Qanunsuz silahlar aşkarlandı
Cəmiyyət 26 Oktyabr 2026, 14:06
798
Azərbaycanda qanunsuz saxlanılan odlu silah-sursatın yığışdırılması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi profilaktik və əməliyyat-axtarış tədbirləri aramsız davam edir.
Citypost.az xəbər verir ki, polis əməkdaşları tərəfindən oktyabrın 24-də və 25-də keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb. Yoxlamalar zamanı vətəndaşlardan 2 ədəd tapança, 1 ədəd tüfəng və 1 ədəd patron darağı müsadirə olunaraq götürülüb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qarabağ qazisi vəfat etdi
Birinci Qarabağ müharibəsinin qazisi Mürşüd Mamedov vəfat edib.Citypost.az xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu sosial şəbəkə hesabında yazıb.O bildirib ki, M.Mamedov Qarabağ döyüşlərində aldığı yaranın (döyüşdə ayağını itirmişdi) iltihabı nəticəsində dünyasını dəyişib.Mərhum bu gün Saatlı rayonunun Günəşli kəndində dəfn olunacaq.
26 Oktyabr 2026, 15:00
Ötən həftə 997 hektar ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə 19-25 oktyabrda 42 tank əleyhinə mina, 122 piyada əleyhinə mina, 526 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.Hesabata əsasən, həmin müddət ərzində 997 hektar ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib....
26 Oktyabr 2026, 14:45
Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər.Citypost.az-ın məlumatına görə, məktubda deyilir:"Hörmətli cənab Prezident!Biz – Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımızı ifadə edirik.Sizin işğaldan azad edilmiş doğma Xankəndiyə və hər bir azərbaycanlı üçün əziz olan Şuşa şəhərinə səfərinizi, Azərbaycan Respublikasına münasibətdə nümayiş etdirdiyiniz xoş məramı, Azərbaycan və İran İslam Respublikası arasında mehriban qonşuluğa verdiyiniz önəmi, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanan münasibətlərinizi yüksək qiymətləndiririk.Sizin həkim kimi onlarla azərbaycanlı pasiyenti əməliyyat etməyiniz, onlara böyük diqqət və qayğı ilə yanaşmağınız, insanlara xidmət...
26 Oktyabr 2026, 14:40
BDYPİ piyadalara xəbərdarlıq edib
Ötən həftəsonu Tovuz və Goranboy rayonları ərazisində qeydə alınan piyadavurma hadisələri hələ də yollarda təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanların sayının az olmadığını göstərir.Citypost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.Belə ki, Tovuzun Əyyublu kənd sakini Ə.Məmmədov, saat 21:00 radələrində idarə etdiyi “VAZ” markalı avtomobillə Bakı-Qazax yolunun 423-cü kilometrində hərəkətdə olarkən yolu keçməyə çalışan həmkəndlisi A.Əsgərovu vurub.Həmin yolun Goran qəsəbəsindən keçən 312-ci kilometrində, yənə də sutkanın qaranlıq vaxtı - saat 19:00 radələrində Y.Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobil Goranboy rayonunun Qarasüleymanlı kənd sakini E.Yusifovu vurub.Hərəkət intensivliyi yüksək olan avtomagistralı qanunla nəzərdə tutulmayan yerdən...
26 Oktyabr 2026, 14:35
YAP-ın Balakən təşkilatının sabiq sədri həbs edilib
Yeni Azərbaycan Partiyasının (YAP) Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.Citypost.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, Azad Balayev sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan faktlarla bağlı həbs edilib.Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvətalma) maddələri üzrə ittiham irəli sürülüb.İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib....
26 Oktyabr 2026, 14:30
Ehtiyatdan çağırılan hərbi vəzifəlilərin təlimləri yekunlaşıb
Azərbaycan Ordusunda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarının başa çatması münasibətilə tədbirlər keçirilib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirlərdə çıxış edənlər toplanışlar müddətində müxtəlif ixtisaslar üzrə keçirilən nəzəri və praktiki məşğələlərin hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılmasına, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldiyini bildiriblər. Qeyd olunub ki, təlim toplanışlarında qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.Sonra toplanışlarda fərqlənən bir qrup hərbi vəzifəli təltif olunub.Tədbirlər şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb....
26 Oktyabr 2026, 14:28