2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək
Cəmiyyət 01 Noyabr 2024, 12:55
5211
Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək.
Mərkəzi Seçki Komissiyasından (MSK) CityPost.az-a verilən məlumata görə, bu günə qurumun iclası təyin edilməyib.
Seçki Məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini MSK təyin edir:
“Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi
213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir”.
Həmçinin oxuyun
Bundan əvvəlki bələdiyyə seçkiləri hər 5 ildən bir dekabrın 23-də keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.
Seçki Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir:
“Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti
8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir”.
Bununla da belə qənaətə gəlmək olar ki, 2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək bələdiyyə seçkisi 2025-ci ilə təsadüf edəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Dekabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.İran Prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.Məsud Pezeşkian ölkəmizə səfərlərini və dövlətimizin başçısı ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb.Telefon söhbəti zamanı 2026-ci ildə təmaslar və Azərbaycan-İran dostluq əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb....
23 Dekabr 2025, 19:47
Elşad Abdullayevlə Qənimət Zahidə hökm oxundu
Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona qiyabi hökm oxunub.Hökmə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu il mayın 2-si Abdullayev Elşad İslam oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək Baş Prokurorluğun İstintaq idarəsinə çağırılıb. Çağırışa gəlməyən E. Abdullayev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.İbtidai istintaqın yekununda Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya...
23 Dekabr 2025, 19:08
Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.CityPost.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verdi.Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də...
23 Dekabr 2025, 14:01
"Azərbaycan dövləti rəsmən heç bir dövlətin müharibəsində hərbi müttəfiq kimi iştirak etmir" - Zahid Oruc
“Son illər Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qatılan onlarla azərbaycanlının həlak olması və ya itkin düşməsi barədə mediada üzücü məlumatlar yayılır. Müharibəyə könüllü və ya yaşadığı dövlətin tələbi ilə qoşulan həmyerlilərimizlə yanaşı, Azərbaycan vətəndaşlarının muzdlu şərtlərlə əməliyyatlara cəlb edilməsi halları artır”.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.Zahid Oruc bildirib ki, sosial şəbəkələrdə kəşfiyyat mərkəzlərinə bağlı olduğu şübhə doğurmayan səhifələr hədəfli reklamlar, “müqavilə ilə xidmət” “iş” və ya “təlim” adı altında yığım kampaniyası aparır: “Rəsmi statistika olmadığından hərbi təşkilatların verdiyi rəqəmlərə görə yüzlərlə soydaşımız və vətəndaşımız qarşı səngərlərdə...
23 Dekabr 2025, 13:28
Liderin qalib statusu dünyada təsdiqlənib - RƏY
İlham Əliyev yeni geosiyasi reallıqların memarı, qalib Prezidentdir.CityPost.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.Zahid Oruc deyib ki, işğal dövründə İlham Əliyevə ünvanlanan təbriklərdə “sabitlik”, “regional əməkdaşlıq”, “enerji tərəfdaşlığı” kimi ehtiyatlı və neytral diplomatik terminlərdən istifadə olunurdu: “İndi eyni dünya liderləri İlham Əliyevi “yeni geosiyasi reallıqların memarı”, “qalib prezident”, “regional nizamın qurucusu və strateq” kimi təqdim edirlər. Təbriklərin dili dəyişib- çünki dövlətimizin siyasi çəkisi artıb və liderin qalib statusu dünyada təsdiqlənib”.Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Vətəni Zəfərə qovuşduran, Zəfəri isə ləyaqət simvoluna çevirən Müzəffər Ali Baş Komandanın...
23 Dekabr 2025, 12:48
Bakıda uşaq bağçasında yanğın olub
Bakı şəhəri, Yasamal rayonunda yanğın hadisəsi baş verib.Yanğın Tağı Şahbazi küçəsində yerləşən 79 saylı uşaq bağçasında qeydə alınıb.Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib.
23 Dekabr 2025, 12:36