Bizə yazın

Baku

-°C

USD

-

COP29-da bu fondların birgə pavilyonu olacaq

Cəmiyyət 01 Noyabr 2024, 18:45

16924

COP29-un Yaşıl Zonasında Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu – COP29-da Həmrəylik Mərkəzi (The Solidarity Hub at COP29) təqdim olunacaq.

Citypost.az xəbər verir ki, bununla da Azərbaycan və Türkiyənin iki fondu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı davamlılıq və sosial inkişaf naminə səylərini birləşdirəcək.

COP29-da Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, QHT-lər, media nümayəndələri və Mavi Zonanın rəsmi nümayəndələrini əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gəldiyi məkandır.

Heydər Əliyev Fondu və Sıfır Atık Fondu cəmiyyətin müxtəlif sahələrinə töhfə verərkən davamlı həllər yaratmağı da hədəfləyir. COP29-dakı birgə layihə hər iki fondun ətraf mühit və sosial məsuliyyət sahələrində fəaliyyətlərini önə çəkir.

Heydər Əliyev Fondunun təhsil, səhiyyə, sosial və mədəniyyət layihələri ilə yanaşı ətraf mühitin qorunması üzrə təşəbbüsləri də öz səmərəsi ilə cəmiyyətdə rəğbətlə qarşılanır. COP29-dakı pavilyon çərçivəsində bu sahədəki fəaliyyət təqdim olunacaq. Təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zona yaradılacaq.

Sıfır Atık Fondu isə bu platformada resurs səmərəliliyi, tullantıların idarə olunması və təkrar emal sahəsindəki layihələrini, ətraf mühitin qorunması üzrə maarifləndirmə istiqamətindəki proqramlarını və innovativ həllərini təqdim edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gənclərin evliliyə və ailəyə yanaşması dəyişir  

Azərbaycanda gənclərin evliliyə və ailəyə yanaşmasında son illərdə nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Ekspertlər bildirir ki, bu dəyişikliklər sosial, iqtisadi və psixoloji amillərlə bağlıdır.Citypost.az-ın məlumatına görə, sosioloqların fikrincə, gənclər artıq ailəni yalnız sosial norma kimi qəbul etmir, həyat yoldaşı seçimində daha çox şəxsi uyğunluğu, qarşılıqlı anlaşmanı və iqtisadi stabilliyi önəmli hesab edirlər. Bununla yanaşı, gənclərin evliliyə gecikməsinin səbəbləri arasında təhsil müddətinin uzanması, iş və karyera prioritetləri və maliyyə çətinlikləri də xüsusi yer tutur.Psixoloqlar bildirir ki, hazırkı nəsil daha çox emosional hazırlığa və münasibətlərin sağlam təməllərə əsaslanmasına üstünlük verir. Onların sözlərinə görə, gənclər arasında ailəyə yönəlmiş qərarlar tələsik deyil, daha düşünülmüş və...

06 Fevral 2026, 12:54

Kamran Əliyev Suraxanıda qəbul keçirəcək 

Baş prokuror Kamran Əliyev fevralın 12-də saat 10:00-da Suraxanı rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Suraxanı rayon sakinlərinin qəbulunu keçirəcək.Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, vətəndaşlar qəbulla bağlı Suraxanı rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və...

06 Fevral 2026, 12:53

Sabah 11 dərəcə isti olacaq 

Azərbaycanda fevralın 7-də havanın yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq....

06 Fevral 2026, 12:52

Yazıçılar Birliyində yarpaq tökümü  

Azərbaycan Yazıçılar Birliyində kadr dəyişikliyi baş verib.Kadrlar şöbəsinin müdiri Arifə Əliyeva tutduğu vəzifədən azad edilib.O,buna dair AYB sədri Anar Rzayevə ərizə təqdim edib.CityPost.az-a AYB-dəki qaynaqdan məlumat daxil olub ki,o 30 ilə yaxındır ki,həmin vəzifədə çalışırmış.Hələlik təfsilatı bəlli olmayan münaqişəyə görə,A.Əliyeva bu addımı atıb.Müşərrəfxanım

06 Fevral 2026, 12:24

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və yaxşı nəticələrin əldə olunduğunu vurğulayan Prezident İlham Əliyev bu səfərdən sonra əlaqələrimizin inkişaf etdiyini bildirdi.Dövlətimizin başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar...

06 Fevral 2026, 11:50

Əli Əsədov yeni qərar imzaladı 

Nazirlər kabineti "Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları"nı təsdiq edib.CityPost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərar "Standartlaşdırma haqqında" 17 may 2019-cu il tarixli qanunun tətbiqi barədə" ölkə Prezidentinin 12 iyul 2019-cu il tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub, ölkədə beynəlxalq, regional, dövlətlərarası və xarici ölkələrin standartlarının tətbiqi mexanizmini tənzimləmək məqsədi daşıyır. Qərarla həmin standartların dövlət standartı kimi qəbul edilməsi, birbaşa tətbiqi, tərcüməsi, ekspertizası və reyestrə daxil edilməsi qaydaları müəyyən edilir.Əsas məqsəd beynəlxalq standartların ölkədə tətbiqini sistemləşdirmək, milli qanunvericiliyə və texniki reqlamentlərə uyğunluğunu təmin etmək, eyni zamanda...

06 Fevral 2026, 11:26