Bizə yazın

Baku

-°C

USD

-

Bakıda yağış, bəzi ərazilərdə qar yağacaq - PROQNOZ

Cəmiyyət 24 Noyabr 2024, 12:37

10005

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən CityPost.az-a  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-2° şaxta, gündüz 2-6° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sumqayıtda tonqalda partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb 

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 1 nəfərin müalicəsi davam etdirilir.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Bildirilib ki, qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti stabil qiymətləndirilir.Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan və vəziyyəti stabil olan 2013-cü il təvəllüdlü şəxs (qadın cinsli) ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında ambulator müalicə üçün evə buraxılıb.Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunan bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) isə ambulator müalicə üçün evə...

23 Mart 2026, 15:44

Paytaxtda tıxaclara qarşı 3 yeni yol layihəsi icra olunur

Sürətli urbanizasiya və paytaxtətrafı qəsəbələrin genişlənməsi mövcud infrastrukturun qarşısında yeni əngəllər yaradır. Gündəlik olaraq on minlərlə vətəndaşın eyni saatlarda şəhər mərkəzinə doğru və ya yarımadanın fərqli tərəflərinə hərəkət etməsi əsas magistral yollarda ciddi sıxlıq yaradır. Hazırda ətrafdan, xüsusilə də M4, M1, M3 – Ələt və ümumilikdə Bakıətrafı yollardan gələn, lakin əslində şəhər mərkəzinə daxil olmaq istəməyən sürücülər alternativ dəhlizlər olmadığı üçün məcburi tranzit olaraq mərkəzə daxil olmalı, yəni şəhərin əsas yollarından istifadə etməli olurlar. Mövcud yollar artıq tələbatı ödəyə bilmədiyi üçün sürücülər məcburiyyət qarşısında onsuz da həddindən artıq yüklənmiş mərkəzi arteriyalardan istifadə edirlər.Bu barədə Citypost.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)...

23 Mart 2026, 14:10

Azərbaycan XİN Pakistanı milli bayram münasibətilə təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı milli bayram münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə XİN-in paylaşımında qeyd edilib."Qardaş Pakistan xalqını və hökumətini Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!Milli bayramınız mübarək, Pakistan!" - deyə, paylaşımda vurğulanıb.

23 Mart 2026, 13:43

Ölkədə kərə yağı istehsalı 10% azalıb 

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 882,9 ton kərə yağı istehsal edilib.“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10% azalıb.Mart ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 67,3 ton təşkil edib.Hesabat dövründə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar-fevral aylarına nisbətən 42,8 faiz azalaraq 5 816,4 ton, duru bitki yağının istehsalı isə 30,2% artaraq 9 391,4 ton təşkil edib.Bundan başqa, ötən iki ayda Azərbaycanda 589,1 min dekalitr həcmində ( 1dkl=10 litr ) meyvə və tərəvəz şirələri, 23 min 410,8 ton meyvə-tərəvəz konservləri, 8 436,9 ton pendir və kəsmik istehsal olunub...

23 Mart 2026, 12:57

Sabah Azərbaycanda hava necə olacaq?

Martın 24-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim...

23 Mart 2026, 12:32

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib 

Martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.Citypost.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına liseydə yaradılmış şərait barədə məlumat verdi.Bildirildi ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə...

23 Mart 2026, 12:02