Azərbaycana 20 sm qar yağdı
Cəmiyyət 29 Noyabr 2024, 10:00
2072
Azərbaycanda noyabrın 29-u saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunur.
Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 28 mm-dək (aylıq normanın 50-115 %-i), Ağdamda 10 mm, Füzuli, Qusarda 5 mm, Şuşa, Altıağacda 4 mm, Xaçmaz, Xaltan, Şəki, Naxçıvan, Şəmkir, Qax, Oğuz, Qobustan, İmişli, Sabirabad, Şabran, Kəlbəcər, Zəngilan, Cəfərxanda 3 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 20, Əlibəydə (Zaqatala) 18, Qrızda 17, Şahdağda 12, Altıağacda 10, Xınalıqda 9, Ləzə, Xaltanda 5, Gədəbəydə 2 sm olub.
Həmçinin oxuyun
Bəzi ərazilərində şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsəndə 20 m/s, Qobustan, Mingəçevirdə 18 m/s, Lerikdə 16 m/s-dək güclənib. Bu da sarı xəbərdarlığa uyğundur.
Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.
Sumqayıt, Quba, Qrız, Şəki, Altıağac, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Bildirilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxta qeydə alınıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fəzail Ağamalıya Almaniyadakı ailəsindən XƏBƏR VAR
CityPost.az-ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə,Fəzail Ağamalının rus millətindən olan İra adlı qadından 1987-ci il təvəllüdlü İlqar adlı oğlu olduğu barədə məlumat vermişdik.Mənbə bildirib ki,adı İlqar olsa da,onu uşaqlıqdan Oleq deyə çağırırlarmış.İlqar Ağamalıyev atası tərəfindən anası ilə birgə əvvəlcə Rusiyanın Sank-Peterburq şəhərinə mədəni sürgün edilib.Ailə bir müddət orada yaşadıqdan sonra Almaniyada məskunlaşıb.Mənbənin verdiyi məlumata görə,Fəzail Ağamalı onu övladları Elçin,Yalçın və Günaydan heç də ayırmırmış.Partiya sədrinin evində onun qeyri-rəsmi ikinci evliliyinə görə,tez-tez dava düşürmüş,söz-söhbət olurmuş.Fəzail Ağamalı ailənin qərarı ilə İlqarı anası ilə birgə onların istəklərinə uyğun olaraq,Rusiyanın Sank-Peterburq şəhərinə köçürüb.Fəzail Ağamalının qeyri-rəsmi oğlu İlqar Ağamalıyev atasından fərqli olaraq dərin zəkaya,...
06 Noyabr 2025, 12:59
Tale Heydərov: Prezident İlham Əliyev AMEA-dakı çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi
“Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi. Dilimizin xarici təsirlərdən qorunmasının və onun təmiz saxlanılmasının vacibliyindən danışdı.Belə bir mesajın bilavasitə dövlət başçısı tərəfindən verilməsi bu məsələnin nə qədər vacib və aktual olmasının əyani sübutudur. Ana dilimizlə, milli kimliyimizlə bağlı çox mühüm bir məsələnin ictimaiyyətin diqqətinə bu cür yüksək və mötəbər səviyyədən, ali tribunadan çatdırılması özlüyündə çox sevindirici haldır. Bu mövzuya dair öz fikirlərimi, mülahizə və təkliflərimi bildirmək istəyirəm”.CityPost.az xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbinin, “TEAS PRESS” Nəşriyyat Evinin və “Libraff” kitab mağazalarının təsisçisi Tale Heydərov...
06 Noyabr 2025, 11:00
AZTV-dən üzr istədilər
Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AZTV) ilə bağlı yanlış məlumatlar yayan sayt üzr istəyib.Cityost.az-ın məlumatına görə, “Metbuat.az” xəbər portalı 5 noyabrda “AzTV sədri buna görə vurulurmuş” başlığı ilə yayımlanan məqaləyə görə üzr istəyib.Portal təkzib mətnində qeyd edib ki, məqalə "redaksiyaya göndərilən məlumatlar əsasında hazırlanıb": "Təəssüf ki, hazırladığımız məqalə sosial şəbəkə platformalarında mövcud olan bir sıra qruplar və səhifələr tərəfindən təkrarən paylaşılarkən, ona əsası olmayan əlavələr edilib, təhriflərə yol verilib".Portal məlumatın hazırlanmasında və saytda yerləşdirilməsində mənfi niyyət olmadığını, "AzTV-nin və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdan uzaq" olduğunu da qeyd edib. “Metbuat.az” saytı məlumatı silib və AZTV-dən üzr istəyib....
06 Noyabr 2025, 10:48
“Dəstəkləmək lazımdır” - Ekspert AzTV sədrinin helikopter almasından yazdı
“AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır? Son günlər AzTV sədri Rövşən Məmmədovun “helikopter almaq istəyi” və yaradıcı işçilərə verdiyi qonorarlara görə tənqidlər gündəmdədir. Amma məsələ bir qədər fərqli görünür”.CityPost.az xəbər verir ki, bunu İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında yazıb.O bildirib ki, dünyada əksər TV kanallar çəkiliş üçün helikopterlərdən istifadə edir: pizza mizza“Düşünürəm ki, əslində AzTV-ni, eləcə də İTV və digər televiziya kanallarını belə bir təşəbbüsə görə təqdir etmək daha doğru olardı. Əgər məqsəd televiziyanın çəkiliş və texnoloji imkanlarını genişləndirmək, ucqar və çətin ərazilərdən - xüsusilə regionlardan və Qarabağdan - operativ...
05 Noyabr 2025, 17:29
Elton Məmmədov həbsxananın kəndarında - Nəsib Məhəməliyev də “boz kardinal”ın adamı imiş
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin sabiq müdiri,hazırda isə Rəyasət Heyəti Aparatının Sosial Xidmətlər Şöbəsinin müdiri vəzifəsini tutan,sabiq deputat Elton Məmmədov barəsində (Ramiz Mehdiyevin AMEA-nın prezidenti olduğu dövrü əhatə edən dönəmdə) 3 milyon manatdan artıq yeyintiyə və israfçılığa yol verdiyinə görə,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.Cinayət işinin təqibi Azərbaycan Respublikasının Baş Prokuru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə olunub.Elton Məmmədov və qardaşı sabiq nəqliyyat naziri Ziya Məmmədovun bu və ya digər neqativ əməlləri barədə mətbuatda hər gün rəngarən xəbərlər yer alır.Elton Məmmədov isə haqqında medianın tirajladığı xəbərlərə dözümsüzlük nümayiş etdirərək,hətta,mətbuat nümayəndələrinə yalan məlumat ötürməklə çaşqınlıq...
05 Noyabr 2025, 15:34
Mehdiyevin Hacıbəyliyə hədiyyələri üzə çıxdı - Fotofakt
Dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamları ilə ev dustaqlığına məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövlət çevrilişindən sonra 50 nəfərlik “Dövlət Şurası” yaratmaq istədiyi haqda məktubu tirajlanmışdı. Bunun ardınca isə R.Mehdiyevin “Dövlət Şurası”nda görmək istədiyi 50 nəfərin kimliyi gündəmə gəldi.Teleqraf agentliyi 50 nəfərdən ikisinin kimliyi haqda özəl mənbələrə istinadla məlumat yaymışdı ki, onlardan da biri sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir.Gültəkin Hacıbəyli isə Ramiz Mehdiyevin kadrı olması barədə səsləndirilən ittihamları təkzib etməyə çalışdı.CityPost.az xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com geniş araşdırma aparıb. Saytın səhih mənbələrinə istinadla yazdığına görə, Gültəkin Hacıbəyli...
05 Noyabr 2025, 13:41