Azərbaycanda bu internet provayderləri ləğv edilir
Cəmiyyət 29 Noyabr 2024, 15:33
12468
"Enginet" və "Extranet" MMC-lər "Uninet" MMC-yə qoşulması nəticəsində ləğv edilirlər.
Citypost.az xəbər verir ki, Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Həmçinin oxuyun
Belə ki, "Uninet" MMC "Enginet" MMC və "Extranet" MMC-nin ona qoşulması ilə yenidən təşkil edildiyini və adları çəkilən hüquqi şəxslərin hüquqi varisi olduğunu elan edib.
Qeyd edək ki, "Uninet" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 100 010 manat olan şirkətin qanuni təmsilçisi İlqar Şamil oğlu Nəhmədovdur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Magistraturaya qeydiyyat üçün son gündür
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və 14 aprel saat 23:59-dək davam edəcək.Bu barədə Citypost.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.Bildirilib ki, 14 aprel saat 09:30-a olan məlumata əsasən 19564 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 18080; rus bölməsi - 1484)."2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizemag/erize) daxil olmaqla qeydiyyatdan keçirlər.İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla...
14 Aprel 2026, 09:57
Xankəndi Tibb Mərkəzinin rəhbəri dəyişdirildi
Xankəndi Tibb Mərkəzinin rəhbəri dəyişib.Oxu.Az-ın məlumatına görə, mərkəzin qanuni təmsilçisi vəzifəsinə Elmar Novruz oğlu Əliyev təyin olunub.Xatırladaq ki, "Xankəndi Tibb Mərkəzi" MMC 21 noyabr 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Xankəndi şəhərində dövlət qeydiyyatına alınıb.Mərkəzin əvvəlki qanuni təmsilçisi Elvin Aydın oğlu Mahmudov olub.
14 Aprel 2026, 09:45
Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPost.az-ın məlumatına görə, aprelin 14-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0380 manat təşkil edib. Avro 2.0004 manatadək, Rusiyanın 100 rublu isə 2.2320 manatadək bahalaşıb.
14 Aprel 2026, 09:35
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.Bildirilib ki, zəlzələ aprelin 14-də yerli vaxtla 06:43-də qeydə alınıb.Zəlzələnin ocağı 50 kilometr dərinlikdə olub.
14 Aprel 2026, 09:19
Məkkəyə girişə məhdudiyyət qoyuldu
Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində artan izdihamın qarşısını almaq üçün yeni qaydalar tətbiq edib. Qərara əsasən, Məkkə şəhərinə giriş artıq xüsusi icazə ilə mümkün olacaq.Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.Bildirilib ki, 14 aprel tarixindən etibarən Məkkəyə daxil olmaq istəyən şəxslər müvafiq qurumlardan rəsmi icazə almalıdır. İcazəsi olmayan şəxslərin şəhərə girişi qadağan ediləcək.Məkkədə yaşayış icazəsi olanlar, Həcc vizası sahibləri və müqəddəs ərazilərdə işləyən şəxslər bu qaydadan istisna olunur.Qərara əsasən, Ümrə vizası ilə ölkədə olan xarici ziyarətçilər 18 aprel 2026-cı ilədək ölkəni tərk etməlidirlər. Bu tarixdən sonra ölkədə qalan şəxslərin sanksiyalarla üzləşə biləcəyi bildirilib.Həmçinin “Nusuk”...
14 Aprel 2026, 09:00
Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;7. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi...
14 Aprel 2026, 08:25