Hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 03 Dekabr 2024, 12:21
7338
Bakıda və Abşeron yarımadasında noyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Həmçinin oxuyun
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə Quba-Qusar zonasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabahın havası açıqlanıb
Fevralın 8-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-90 %, gündüz 75-80 % təşkil edəcəkAzərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi...
07 Fevral 2026, 12:49
5 idarə LƏĞV EDİLDİ
Azərbaycanda beş idarə ləğv olunduğunu elan edib.Citypost.az xəbər verir ki, bunlar Neftçala Melioservis, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama, Ucar Melioservis, Yevlax Melioservis və Bərdə Melioservis idarələridir.Qeyd edək ki, Neftçala Melioservis İdarəsi 2002-ci ildə yaradılıb. İdarənin son rəisi Nizami Nəsirov olub. Qurumun hazırda dövlətə 93 min 285.84 manat borcu var.Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi isə 1995-ci ildə yaradılıb və axırıncı rəisi Ramis İsmayılovdur.Yevlax Melioservis İdarəsi 1999-cu ildə yaradılıb, ləğv edilənədək rəisi Cəsarət Zülüyev olub.Bərdə Melioservis İdarəsi 2002-ci ildə yaradılıb, ləğv olunanadək ona Nüsrət Məmmədov rəhbərlik edib. Müəssisənin hazırda dövlətə 8 min 532.45 manat borcu mövcuddur. /İqtisadiyyat.az/...
07 Fevral 2026, 12:33
Allahşükür Paşazadə Roma Papası ilə görüşəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.Bu barədə Citypost.az-a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur....
07 Fevral 2026, 12:18
Qadın narkotiklə tutuldu
Siyəzəndə 6 kiloqram narkotik vasitə aşkarlanıb.CityPost.az -ın məlumatına görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Bayramova saxlanılıb.Ondan 6 kiloqrama yaxın marixuana, külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, həmçinin psixotrop tərkibli 120 ədəd preqabalin həbi maddi sübut kimi götürülüb.Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib...
07 Fevral 2026, 12:09
Onlara pul ödəndi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.Nazirlikdən verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlər əməkhaqlarından ibarət olub.Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 8 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar....
07 Fevral 2026, 12:07
Yol Polisi sürücülərə müraciət edib
"Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir".CityPost.az xəbər verir ki, bu, Bakı Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.Bildirilib ki, istirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur:"Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır.Baş Dövlət...
07 Fevral 2026, 09:59