Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Prezidenti Donald Trampı təbrik edib

Cəmiyyət 21 Yanvar 2025, 13:20

25001

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır.

Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.

ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim.

Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik.

İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.

Bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.Citypost.az  xəbər verir ki, başsağlığı mətnində deyilir:"Hörmətli Kasım-Jomart Kemeleviç,Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin!"Xatırladaq ki, ötən gün Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı hərbçiləri axın aparıb, 14 nəfər həlak olub....

25 Sentyabr 2026, 20:21

‘’İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir’’ mövzusunda konfrans keçirilib 

‘’İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir’’ mövzusunda konfrans keçirilib

25 Sentyabr 2026, 19:10

“Azəriqaz”ın rəhbəri Xankəndidə vətəndaşların müraciətlərini dinlədi

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Xankəndi şəhərində vətəndaş qəbulu keçirib. Birlik rəhbəri Xankəndi və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciətlərini dinləyib.Citypost.az xəbər verir ki, müraciətlər əsasən işə qəbul, iş yerinin dəyişdirilməsi, sahibkarlıq obyektlərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı olub.Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Qarabağ Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib....

25 Sentyabr 2026, 18:00

Bakının bu ərazisində YENİ İŞIQFORLAR quraşdırıldı 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində təhlillər aparılıb.NİİM-dən Citypost.az-a verilən məlumata görə, nəqliyyatın intensiv olduğu, xüsusilə də günün pik saatlarında kəsişmədə yaranan sıxlığı aradan qaldırmaq üçün tədbirlərə başlanılıb.Bu məqsədlə nəqliyyatın nizamlı hərəkəti və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi üçün yeni işıqforlar quraşdırılıb. “A” və “L” tipli olmaqla, 7 ədəd dirək üzərində quraşdırılan işıqforlar artıq hərəkət iştirakçılarının istifadəsindədir....

25 Sentyabr 2026, 17:55

SOCAR ABŞ şirkəti ilə yeni investisiya imkanlarını müzakirə edib 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Apollo Global Management" şirkəti arasında əməkdaşlıq məsələləri və yeni investisiya imkanları müzakirə edilib.Citypost.az xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" hesabındakı paylaşımında bildirib.Bununla bağlı müzakirələr R. Nəcəfin şirkətin idarəedici direktoru Conatan Bar ilə görüşündə aparılıb.R. Nəcəf bildirib ki, SOCAR-ın "upstream" layihələrinə uzunmüddətli beynəlxalq investisiyaların cəlb edilməsi, investisiya əməliyyatlarının strukturlaşdırılması və maliyyələşdirmə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirilib.O qeyd edib ki, irimiqyaslı enerji layihələrinin həyata keçirilməsi effektiv maliyyələşdirmə modelləri, çevik maliyyə həlləri və etibarlı tərəfdaşlıq tələb edir: "Apollo Global Management" ilə əməkdaşlığımızın genişləndirilməsinin yeni investisiya imkanlarının reallaşdırılmasına və SOCAR-ın beynəlxalq fəaliyyətinin...

25 Sentyabr 2026, 17:41

Volodimir Zelenski: ABŞ Əmirliklərdə üçtərəfli görüş təklif edir 

Amerika tərəfi Ukrayna ilə üçtərəfli danışıqlarla bağlı təşəbbüs irəli sürüb və artıq məkan barədə qərar verib.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib.ABŞ texniki səviyyədə, üçtərəfli formatda hazırlıq görüşünün keçirilməsini təklif edib.“Üçtərəfli görüşlə bağlı Amerika tərəfi onu hazırlamağı və texniki səviyyədə üçtərəfli formatda görüşməyi təklif edib”, - deyə Ukrayna Prezidenti bildirib.ABŞ məkan olaraq Birləşmiş Ərəb Əmirliklərini seçib. Ukrayna hazırda Vaşinqtondan tarixlə bağlı təklif gözləyir.Zelenski qeyd edib ki, Yaxın Şərq ölkələri Qara dənizdə atəşkəslə bağlı Rusiya ilə artıq əlaqə saxlayıb. O təsdiqləyib ki, Kiyev bu təmasların nəticələrini gözləyir....

25 Sentyabr 2026, 17:35