Bizə yazın

Baku

-°C

USD

-

DTX onu həbs etdi

Cəmiyyət 11 Fevral 2025, 10:06

24319

Bakı şəhəri Səbail rayon məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Bağırov Azər Akif oğlu barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.

Citypost.az  xəbər verir ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycan Respublikasına gətirilib.

İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan Respublikasının vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.

Məhkəmə Bağırov Azər Akif oğlu barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 

Bakının Binəqədi və Sabunçu rayonlarında iki küçədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, təmir işləri ilə əlaqədar avqustun 12-də saat 08:00-dan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinin bir hissəsində, saat 11:00-dan isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin bir hissəsində hərəkət dayandırılacaq.Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.Sürücülərdən alternativ yollardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş edilir....

11 Avqust 2026, 21:22

ŞAİR ÇİNGİZ ƏLİ OĞLUNUN FƏXRİ XİYABAN HAQQI

Azərbaycan ədəbiyyatında elə sənətkarlar var ki, onların yaradıcılıq yolu yalnız yazdıqları şeirlərin sayı ilə ölçülmür. Hemde onların ədəbiyyata xidməti bütöv bir ömrü, tərcüməçilik fəaliyyətini, nəşriyyatçılıq əməyini, milli ədəbi prosesə verdikləri töhfəni və Azərbaycan sözünü dünya ədəbiyyatı ilə bağlayan körpüləri əhatə edir.Çingiz Əlioğlu da belə sənətkarlardandır.1944-cü ildə Füzulidə anadan olan Çingiz Əlioğlu yarım əsrdən artıq yaradıcılıq fəaliyyəti ilə Azərbaycan poeziyasının özünəməxsus simalarından birinə çevrilib. Onun yaradıcılıq irsi yalnız şeirlə məhdudlaşmayıb. O, tərcüməçi, redaktor, nəşriyyatçı və mədəniyyət təşkilatçısı kimi də Azərbaycan mədəniyyətinə xidmət edib.Onun müəllifliyi ilə 50-dən artıq kitabın nəşr edilməsi, əsərlərinin müxtəlif dillərə çevrilməsi və müxtəlif ölkələrdə çap olunması bu yaradıcılığın...

11 Avqust 2026, 20:37

Prezident İlham Əliyev Naxçıvanda səfərdədir 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.CityPost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

11 Avqust 2026, 20:12

İLYAS İSMAYILOV: "SƏMƏD VURĞUN AZƏRBAYCAN XALQININ MİLLİ SƏRVƏTİDİR!"    

Mən Baş Prokuror olarkən Mikayıl Müşfiqin cinayət işinin materialları ilə şəxsən tanış olmuşam.Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairlərindəndir. Əslində o, bizim milli sərvətimizdir. İlhamı bulaq kimi çağlayan, hətta bir neçə gün ərzində böyük poema yazacaq qədər mahir sənətkar olan bu adamın yeganə bədbəxtçiliyi sovet hakimiyyətinin ən repressiv dövründə yaşamış olmasıdır. Bununla belə, bütün çətinliklərə baxmayaraq o, ədəbiyyat xəzinəmizə misilsiz əsərlər vermiş, ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz xidmət göstərmişdir. Xüsusilə, II Dünya müharibəsi dövründə onun qələmə aldığı əsərlər bütün dünyanın mübarizə apardığı alman faşizminə qarşı mübarizədə sözün həqiqi mənasında ideoloji silaha çevrilmişdir. Təsadüfi deyil ki, onun müharibə illərində yazdığı "Ukrayna...

11 Avqust 2026, 16:57

Zəfərdən sonra: Naxçıvan xilaskarlıq qalasından

strateji qovşağa doğru

Prezident İlham Əliyevin Naxçıvana səfəri ölkəmizin ayrı-ayrı regionlarına səfərlərindən daha üstün siyasi-iqtisadi məna daşıyır. Bir əsr əvvəl Qafqazlarda dəyişən siyasi xəritənin ağır mirasına malik bir bölgənin tarixi, geosiyasi mövqeyi və Azərbaycanın müstəqilliyində daşıdığı missiya ölkə başçısının məhz avqust ayında - Amerika Birləşmiş Ştatlarında imzalanan üçtərəfli anlaşmaların ildönümündə razılaşmanın strateji hədəflərinə doğru atılan mühüm addımları kimi dəyərləndirilə bilər. Naxçıvan Azərbaycan dövlətçiliyinin həm ən çətin illərinin yaddaşını özündə əks etdirir, həm də Zəfərdən sonrakı yeni regional arxitekturanın əsas coğrafi dayaqlarından biridir. Azərbaycan tarixində elə ərazilər var ki, onların siyasi çəkisi coğrafi ölçülərindən qat-qat böyükdür. Naxçıvan məhz belə məkandır. 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi...

11 Avqust 2026, 15:41

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir 

Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir.Bu barədə  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.Bildirilib ki, əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.Günəş küləyi sürətinin 11-12 avqustda gözlənilən Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə normadan yüksək olacaq.

11 Avqust 2026, 13:30