Bizə yazın

Baku

-°C

USD

-

Sabah dağlıq rayonlarda yollar buz bağlayacaq

Cəmiyyət 11 Fevral 2025, 13:00

6382

Fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarda yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri barədə qərar qəbul edildi

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılıb və qərar qəbul edilib.Qərara əsasən, şikayət təmin edilməyib.Qeyd edək ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.Faktla bağlı "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, mərkəzin əməkdaşları - Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıb. Məhkəmənin qərarı ilə onların hər biri barəsində 2 ay 10 gün müddətə həbs qətimkan tədbiri seçilib.Onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma),...

05 Fevral 2026, 16:23

Sayman Aruz: “Ədəbiyyat milli birlik üçün strategiyadır”

 "Azərbaycan ədəbiyyatının vahid ideologiya və vahid mərkəzdən idarə olunması". Kimlərəsə bu sadə və əhəmiyyətsiz bir mövzu kimi görünə bilər ancaq  bu məsələ artıq tək ədəbi zövq məsələsi deyil, zaman ötdükcə milli təhlükəsizlik, kimlik və geosiyasi davamlılıq məsələsinə çevrilir.Müasir mərhələdə Azərbaycan dili və mədəniyyəti sadəcə estetik sahə deyil, dövlətçilik arxitekturasının əsas sütunlarından biri kimi çıxış edir. Son illərdə dövlət səviyyəsində ana dilinin qorunması, dünyada yaşayan azərbaycanlıların mədəni hüquqları, kimlik təhlükəsizliyi və informasiya suverenliyi ilə bağlı vurğular təsadüfi deyil. Bu, siyasi ritorika yox, tarixi mərhələnin diktə etdiyi reallıqdır. Belə bir şəraitdə ədəbiyyatın da pərakəndə yox, məqsədli mədəni sistem kimi fəaliyyət göstərməsi məsələsi gündəmə...

05 Fevral 2026, 16:01

ADY ilə Ağdama səfər işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini təmin edir 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini təmin edir.Citypost.az-a "APA-Economics"ə verilən məlumata görə, bilet rəsmiləşdirilən zaman DİN-in elektron portalından sözügedən icazə avtomatik əldə edilir."Doğma Qarabağın kəşfinə qatarla çıxmaq – Ağdamdan adlayıb Şuşaya, Xankəndiyə, Xocalıya, Xocavəndə, Ağdərəyə və digər azad olunmuş ərazilərə keçmək artıq daha rahatdır", - məlumatda qeyd edilir.Məlumata görə, sərnişinlər səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla rahat qayıda bilər.Qeyd edək ki, biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək olar.Video...

05 Fevral 2026, 15:44

Magistraturaya qəbul imtahanı keçiriləcək 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 15 fevral 2026-cı il tarixində keçiriləcək.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün bu linkə daxil olmalıdırlar.Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır....

05 Fevral 2026, 15:28

Ağıllı saatlar sağlamlığımızı necə izləyir?

Son illərdə ağıllı saatlar təkcə vaxt göstərən cihaz deyil, eyni zamanda sağlamlığın gündəlik izlənməsi üçün vacib vasitəyə çevrilib. Bu cihazlar istifadəçilərin fiziki aktivliyini və bədən göstəricilərini real vaxt rejimində izləməyə imkan verir.Citypost.az-ın məlumatına görə,ağıllı saatlar gün ərzində atılan addımların sayını, yandırılan kaloriləri və fiziki hərəkət səviyyəsini qeyd edir. Bundan əlavə, nəbzin ölçülməsi və yuxu rejiminin təhlili vasitəsilə orqanizmin ümumi vəziyyəti barədə məlumat toplanır.Mütəxəssislərin fikrincə, bu cihazlar istifadəçiləri daha aktiv olmağa təşviq edir və sağlam həyat tərzinin formalaşmasına kömək edir. Saatlar uzun müddət hərəkətsiz qalma zamanı xəbərdarlıq göndərərək gündəlik vərdişlərin dəyişdirilməsinə şərait yaradır.Bəzi ağıllı saat modelləri stress səviyyəsini və oksigen miqdarını...

05 Fevral 2026, 15:25

Bakıda yeni dayanacaqlar quraşdırılacaq 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həm paytaxtda, həm də regionlarda sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq və şəffaf idarəetməni təmin etmək məqsədilə tender layihələrinə start verib.Citypost.az xəbər verir ki, agentlik tərəfindən elan olunmuş tenderlərin ehtimal olunan cəmi qiyməti 3 693 073,57 azn (üç milyon altı yüz doxsan üç min yetmiş üç manat, əlli yeddi qəpik) təşkil edir.Layihələrin ən böyük hissəsi sərnişinlərin rahatlığının təmin olunmasına yönəldilib.Belə ki, Bakı şəhəri və müxtəlif regionlardakı küçə və prospektlərdə müasir standartlara cavab verən yeni avtobus dayanacaq pavilyonlarının quraşdırılması planlaşdırılır.Bu genişmiqyaslı infrastruktur işləri üçün 3 654 073,57 AZN vəsait ayrılıb.AYNA öz maliyyə fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu yoxlamaq üçün...

05 Fevral 2026, 15:23