Bizə yazın

Baku

-°C

USD

-

18 mərtəbəli binanın 19-cu mərtəbəsi - "MAİN" MTK-da baş verənlər

Cəmiyyət 11 Fevral 2025, 13:30

26358

Elton Məmmədov binanın damını satdı

Bakının Şamaxinka kimi tanınan ərazisində Yasamal rayonu,Moskva prospekti 8,3168-ci məhəllə ünvanında yerləşən “MAİN” Yaşayış Kompleksinin keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədova məxsus olduğu heç kimə sirr deyil.

Citypost.az  xəbər verir  ki, həmin kompleksdə çoxlu sayda günün tələblərinə  cavab verməyən,heç bir müvafiq lisenziyası olmadan qanunsuz (təndirxana,şirniyyat sexi,avtoyuma məntəqəsi,aptek,təsərrüfat və tikinti materialları dükanı,estetik kabinet və digər təyinatlı mağazalar) ticarət-iaşə obyektləri fəaliyyət göstərir.

Kompleksin sakinləri “MAİN” MTK-nın rəhbərliyindən şikayətçidirlər. Kompleksdə  yerləşən 33 saylı , 18 mərtəbəli binanın dam hissəsi  Elton Məmmədov tərəfindən hansısa iş adamına yüksək məbləğdə pula satıldığına dair iddialar var. Binanın dam hissəsində qanunsuz, hazırda  mövcud olan heç bir tikinti normalarına cavab verməyən tikinti-quraşdırma işləri aparılıb. Bina  sakinlərinin  FHN-ə,Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətlərinə və digər müvafiq aidiyyatı  orqanlara müraciətlərindən sonra qeyri-qanuni aparılmış tikinti-quraşdırılma işləri dərhal dayandırılıb və Yasamal Rayon İcra Hakimiyyətinin göstərişinə əsasən söküntü işlərinin aparılmasına start verilib.

 

 

Aparılmış qeyri-qanuni tikinti işlərinin nəticəsi olaraq 10-dan çox mənzildə çat əmələ gəlib və binada təhlükəli vəziyyət yaranıb.Tikintinin təyinatı və kim tərəfindən aparıldığı bəlli deyil.

Sakinlərin bildirdiyinə ağır ağır tikinti materiallarının daşınması zamanı binanın lifti də zədələnib.Sakinlər liftin qəzalı vəziyyətə düşməsindən narahat olduqlarını bildiriblər.
Müxbirimizlə söhbət zamanı söküntü işlərini  aparan şəxslər  Yasamal Rayon İcra Hakimiyyətinin göstərişi əsasında həyata keçirildiyini deyiblər.

Xatırladaq ki, qeyri-qanuni tikinti işlərinə rəvac verən E.Məmmədovun adı bir müddət öncə cəmiyyətdə “boz kardinal” kimi tanınan Ramiz Mehdiyev AMEA-nın prezidenti olduğu dövrdə İşlər İdarəsinin müdiri olarkən Dövlət büdcəsindən Akademiya üçün ayrılan pulların bir hissəsini təyinatı üzrə xərclənməməsinə və Dövlət əmlakını istrafçılıq yolu ilə talamasına görə gündəmə gəlmişdi.

Onu da bildirək ki, həmin faktlar Hesablama Palatasının AMEA-da apardığı maliyyə yoxlamaları zamanı aşkar edilmiş və iş üzrə təhqiqat və istintaq aparılması üçün Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir.

Citypost.az məsələ ilə bağlı  “MAİN” MTK ilə əlaqə saxlayıb. Binanın Sənan adlı komendantının  sözlərinə  görə,tikinti  işləri artıq  dayandırılıb  və qanunsuz aparılan   tikinti  sökülür.

Qanunsuz tikintinin kim tərəfindən aparılması sualına MTK-nın komendantı cavab verə bilməyib.

 

 

Miri Məcidli

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Çingiz Abdullayev Gürcüstan xalqına başsağlığı verib

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Çingiz Abdullayev II İliyanın vəfatı ilə bağlı Gürcüstan xalqına başsağlığı verib.Citypost.az xəbər verir ki, yazıçı sosial şəbəkə paylaşımında Gürcüstan patriarxı II İliyanın vəfatından kədərləndiyini bildirib. Çingiz Abdullayev qeyd edib ki, dini liderlə iki dəfə görüşüb və onu olduqca unikal, nurlu və müdrik insan kimi tanıyıb.Yazıçı vurğulayıb ki, II İliya öz ölkəsində böyük nüfuza və sarsılmaz ictimai etimada malik şəxsiyyət idi.Çingiz Abdullayev paylaşımını “İşıqlı xatirəsi daim yaşayacaq” fikri ilə tamamlayıb.Məlumat üçün bildirək ki,  Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib.Patriarx mədə qanaxması diaqnozu ilə Qafqaz Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.II İliya...

23 Mart 2026, 11:14

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib 

Azərbaycan Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib.Citypost.az xəbər verir ki, dövlət başçısı Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

23 Mart 2026, 10:58

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub 

Tarixçi alim, professor Cəmil Həsənli Routledge nəşriyyatında (London və Nyu York) çıxan kitabının (The Iranian Oil Crisis and Mossadegh in the Cold War, 1949-1953) may ayının 14-də ABŞ-ın Stanford Universitetində keçiriləcək təqdimatında iştirak edə bilməyəcək.Modern.az xəbər verir ki, bu barədə onun üzü bildirib.“Bu təqdimatla bağlı mən bu ilin may ayının ortalarında Amerikaya getməli idim. Lakin “Ramiz Mehdiyev işi” ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti ötən ilin noyabrından mənim ölkədən çıxışıma qadağa – yəni stop qoyub”.Təqdimata gedə bilməyəcəyini deyən C.Həsənlinin sözlərinə görə, mərasimə sosial media üzərindən onlayn qatılacaq....

23 Mart 2026, 10:26

Ceyhun Məmmədov: Sosial media gənclərin həyat tərzinə ciddi təsir göstərir  

Gənclərin doğru yoldan sapmasına səbəb olan amillərin çox olduğunu bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media platformalarının bu baxımdan xüsusi təsir gücünə malik olduğunu qeyd edib.Citypost.az xəbər verir ki, deputatın sözlərinə görə, sosial media istənilən məzmunun qısa müddətdə geniş auditoriyaya çatdırılmasına və trendə çevrilməsinə imkan yaradır. O bildirib ki, bir nəfərin paylaşdığı video qısa zamanda böyük yayılma əldə edir və nəticədə çoxsaylı istifadəçi həmin məzmunu təkrarlamağa başlayır.Ceyhun Məmmədov vurğulayıb ki, bu tendensiya gənclərin dəyərlərinə, davranışına və həyat tərzinə təsirsiz ötüşmür. Onun fikrincə, gənclərin rəqəmsal mühitdə doğru informasiya ilə təmin olunması, sosial medianın məsuliyyətli və tənzimlənmiş şəkildə istifadəsi xüsusi əhəmiyyət...

23 Mart 2026, 10:18

Qızıl fyuçerslərinin qiyməti düşməkdə davam edir 

"Comex" birjasında 2026-cı ilin aprel ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 2 fevral 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 4450 dollardan aşağı düşüb.Bunu ticarət platformasının məlumatları təsdiq edir.Bakı vaxtı ilə saat 02:03-ə olan məlumata görə, qızılın qiyməti troy unsiyası üçün 4449 dollar (-0.96%) təşkil edib.Saat 03:00-a qədər metalın qiyməti enişini yavaşladıb və troy unsiyası üçün 4504.5 dollar (-0.09%) səviyyəsində ticarət edilib....

23 Mart 2026, 08:53

Prezident ailəsini şantaj edən Fərid Salmanov KİMDİR?

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir müddət öncə Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb.Oxu24.com xəbər verir ki, saxlanılan şəxslə bağlı maraqlı məqam üzə çıxıb. Bu barədə REAL TV-nin direktoru Mirşahin Ağayev “Mir Şahinin vaxtı” verlişində bildirib.Məlumata görə, həmin şəxs Azərbaycanda saxlanılmayıb.Real TV həmin şəxsin adını da açıqlayıb.O,Fərid Salmanov imiş.Özü də ixtisasca jurnalistdir.Bir müddət "Ayna" və "Zerkalo" qəzetlərində işləyib.Daha ətraflı video materialı təqdim edirik:...

22 Mart 2026, 23:00