Bizə yazın

Baku

-°C

USD

-

Bakının bu rayonunda qaz olmayacaq

Cəmiyyət 12 Fevral 2025, 10:28

11994

Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 64 ünvanında yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə 12.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Citypost.az xəbər verir ki, qaz təchizatı dayandırılan müddətdə S.İbrahimxəlilov, Ə.Nəzərov, Məktəbli, S.Məmmədov, N.Paşayev, C.Məmmədli, İ.Ağayev, T.Məmmədov küçələrinin, həmçinin 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü Badamdar, Neftçilər döngəsi adlanan yasayış ərazilərin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib 

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib. CityPost.az  xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən...

14 Aprel 2026, 20:30

Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi 

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.CityPost.az  xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.Bildirilib ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.Yusif Mahmud oğlu Nəbiyev isə 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.Apa...

14 Aprel 2026, 18:26

Nigar Arpadarai: Qadınlar qərarverici şəxslər sırasında yer almalıdırlar 

Qadınların masa arxasında olmasını istəyirik, onlar qərarverici şəxslər sırasında yer almalıdırlar."Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un Yüksəksəviyyəli Çempionu Nigar Arpadarai Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilən "Ətraf mühitin qorunması və dayanıqlılığın artırılmasında qadın liderliyi" adlı panel müzakirədə deyib.O qeyd edib ki, Azərbaycanda qadınlar biznes sektorunda çalışır və bunu inkişaf etdirmək vacibdir:"Qadınların masa arxasında olmasını istəyirik, onlar qərarverici şəxslər sırasında yer almalıdırlar. Qadınlar siyasətdə balanslı yanaşma ortaya qoyur. Həmçinin qızlar üçün təhsil əlçatanlılığı olmalıdır. Azərbaycan bu məsələdə nümunədir"....

14 Aprel 2026, 17:54

Fərid Qayıbov Avropa Atletika Assosiasiyasının prezidenti ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovla görüşüb.Citypost.az xəbər verir ki, qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.Görüş zamanı Azərbaycan ilə Avropa Atletika Assosiasiyası arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.Görüşdə Avropa Atletika Assosiasiyasının baş icraçı direktoru Kristian Milz və Kommunikasiya departamentinin rəhbəri Biljana Daniçiç, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və baş katibi Məhərrəm Sultanzadə də iştirak ediblər....

14 Aprel 2026, 17:48

İsmayıllıda taksi sürücüsünə hücum edib

İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Citypost.az-a xəbər verir ki, naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....

14 Aprel 2026, 17:38

İrandakı hadisələr Azərbaycana necə təsir edir? 

Azərbaycanın cənub qonşusu İranla ixrac və idxal əməliyyatlarının ümumi ticarətdə payı yüksək deyil. Modern.az xəbər verir ki, bu fikirləri 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə deyib.Onun sözlərinə görə, ölkənin maliyyə sektorunun İranla inteqrasiya səviyyəsi də aşağıdır. “Bu səbəbdən hazırkı mərhələdə baş verən proseslərin sektora ciddi təsir göstərəcəyi gözlənilmir. Bununla belə, vəziyyətin daim nəzarətdə saxlanıldığı və hər hansı dəyişiklik baş verərsə, mövcud proqnozlara yenidən baxılacaq. Yaxın Şərqdəki proseslər fonunda dünya bazarında neft qiymətlərinin artması da nəzərə alınmalıdır. Bu isə Azərbaycanın valyuta ehtiyatlarının artmasına və tədiyyə balansının möhkəmlənməsinə şərait yaradır və müsbət hal olaraq...

14 Aprel 2026, 17:18