Professor Nizaməddin Şəmsizadənin ölüm səbəbi açıqlanıb
Cəmiyyət 24 Fevral 2025, 11:10
27428
Professor Nizaməddin Şəmsizadə poliorqan çatışmazlığı səbəbindən ölüb.
Bu barədə TƏBIB-dən bildirilib.
"Həkimlərin bütün cəhdlərinə baxmayaraq, yanvarın 24-ü saat 02:55-də poliorqan çatışmazlığından şəxsin ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
***
Həmçinin oxuyun
08:56
Professor Nizaməddin Şəmsizadə 70 yaşında vəfat edib.
Bu barədə onun ailə üzvləri məlumat verib.
Qeyd edək ki, mərhum alim bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona sepsis diaqnozu qoyublar. Yanvarın 23-dən o, süni nəfəs aparatına qoşulub.
Xatırladaq ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubada anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib. 1978-1990-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant (1978), kiçik elmi işçi (1981), baş elmi işçi (1986) kimi elmi fəaliyyət göstərib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib. 1985-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvü olub. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi pedoqoji fəaliyyətini davam etdirib: müsabiqə yolu ilə baş müəllim (1990), dosent (1991),professor (1992) seçilib. 1991-ci ildən 2006-ci ilin sentyabr ayınadək “Ədəbiyyat və dillər”, “Ədəbiyyat və Azərbaycan dili” və “Ədəbi yaradıcılıq” kafedralarının müdiri vəzifəsində işləyib. 2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının (2003) laureatıdır. "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”(müştərək) kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. 2019-cu ildə isə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə Citypost.az-a AYNA-dan məlumat verilib.Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 22, 31, 67, 92 nömrəli şəhərdaxil, 172 və 191 nömrəli şəhərətrafı, Mingəçevir şəhəri üzrə 5 nömrəli şəhərdaxili, Bakı-Gəncə, Bakı-İsmayıllı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Sabirabad, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Naftalan, Sumqayıt-Xankəndi-Laçın, Kəlbəcər-Tərtər, Tərtər-Xankəndi, Mingəçevir-Qax, Mingəçevir-Ağcabədi, Şəki-Gəncə, Bərdə-İsmayıllı və Tərtər-Bərdə şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin...
24 Sentyabr 2026, 17:40
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin bəyənilməsi, layihələrin "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə qanuna uyğun olaraq Prezident İlham Əliyevə təqdim edilməsi haqda qərar qəbul edib.Bu barədə Citypost.az-a hökumətdən bildirilib.Məlumata görə, bununla bağlı qərar Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda qəbul olunub....
24 Sentyabr 2026, 17:32
Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır
Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirlib.Məlumata görə, "Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər."Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik", DİN-in məlumatında deyilir....
24 Sentyabr 2026, 17:25
Kamran Əsədov vəkilini dəyişib
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovla bağlı məhkəmə prosesi davam etdirilib.Citypost.az bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamran Əsədov vəkilini dəyişdiyini bildirib.Yeni təyin olunan vəkil işlə tanış olmaq üçün vaxt istəyib.Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin edilib.Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında...
24 Sentyabr 2026, 17:14
Vilayət Eyvazov xarici dövlətlərin Polis Akademiyalarına ezam olunan polis kursantlarını qəbul edib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov beynəlxalq əməkdaşlıq çərçivəsində xarici dövlətlərin Polis Akademiyalarında hüquq təhsili almaq üçün ezam olunan kursantları qəbul edib.DİN-dən Citypost.az-a verilən məlumata görə, nazir həyatlarında ən əlamətdar günlərdən biri - polis kursantı adına layiq görülmələri münasibətilə gəncləri təbrik edib, uğurlar arzulayıb.Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai həyatında təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını diqqətə çatdırıb.Kursantlara Vətənimizin, eləcə də Azərbaycan Polisinin adını daim uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz...
24 Sentyabr 2026, 16:25
Prezident Babək rayonunun icra başçısını AZAD ETDİ
Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Qeyd edək ki, Ovni Muradov bu vəzifəyə 2024-cü ilin aprel ayında təyin olunmuşdur.
24 Sentyabr 2026, 16:23