Bizə yazın

Baku

-°C

USD

-

“Twitter”in loqosu hərracda 35.000 dollara satılıb

Dünya 22 Mart 2025, 09:24

4115

Tanınmış iş adamı İlon Mask tərəfindən alındıqdan sonra şirkətin San-Fransiskodakı baş ofisindən çıxarılan “Twitter“in mavi quş şəklindəki loqosu hərracda təxminən 35 min dollara satılıb.

Citypost.az xəbər verir ki, bu haqda “Associated Press“ agentliyi məlumat verib.  

Məlumata görə nadir və kolleksiya əşyaları üzrə ixtisaslaşan “RR Auction” hərrac evi 254 kq ağırlığı, 3,7 - 2,7 m ölçüyə sahib lövhənin 34 375 dollara satıldığını açıqlayıb.

Qeyd edək ki, Musk bundan əvvəl “Twitter“in keçmiş ofisindən digər əşyaları, o cümlədən lövhələr, mallar, həmçinin mətbəx avadanlığı və ofis mebellərini hərraca çıxarmışdı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bolqarıstan Rusiya vətəndaşının ABŞ-a ekstradisiyasını təsdiqləyib 

Bolqarıstan məhkəməsi Rusiya vətəndaşı Sergey İvinin ABŞ-a ekstradisiyasını təsdiqləyib.CityPost.az  xəbər verir ki, bu barədə Rusiyanın Sofiyadakı səfirliyindən məlumat verilib.“Sözügedən iş üzrə məhkəmə ittihamın hər iki maddəsi üzrə ekstradisiya tələbinin təmin edilməsi barədə qərar qəbul edib. Vəkil yaxın vaxtlarda apellyasiya üçün sənədlər təqdim etməyi planlaşdırır”, - səfirliyin məlumatında deyilir.Qeyd edək ki, Rusiya vətəndaşları Oleq Olşanski və Sergey İvin Bolqarıstanda ABŞ-ın sorğusu əsasında həbs olunublar. Rusiya vətəndaşları ABŞ sanksiyalarının pozulması və çirkli pulların yuyulmasında ittiham olunurlar....

24 Dekabr 2025, 21:53

Moskvada partlayış nəticəsində ölənlərin sayı üçə çatıb

İki polis əməkdaşı və daha bir nəfər Moskvanın Yeletskaya küçəsində partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb."İstintaqın məlumatlarına görə, 23-dən 24-nə keçən gecə Moskvanın Yeletskaya küçəsində iki DYP əməkdaşı polis xidməti avtomobilinin yanında şübhəli şəxs görüblər. Onlar onu saxlamaq üçün yaxınlaşdıqda, partlayıcı qurğu işə düşüb", - Rusiya İstintaq Komitəsinin teleqram kanalında deyilir.Qurumun məlumatına görə, alınan xəsarətlər nəticəsində iki polis əməkdaşı, eləcə də polislərin yanında olan şəxs həlak olub....

24 Dekabr 2025, 10:33

Ukrayna dronları Rusiyanın ən iri neft-qaz terminalından birinə zərbə endirib 

Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın Krasnodar vilyətində yerləşən Qara dəniz hövzəsinin ən iri neft-qaz terminalına zərbə endirib.Bu barədə Ukrayna ordusunun Baş qərargahı “Telegram” kanalında məlumat yayıb.Məlimata görə, Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsəinin dronları “Tamannefteqaz” dəniz neft terminalına zərbə endirib. Zərbə nəticəsində neft doldurma terminalının avadanlıq elementləri, mayeləşdirilmiş qaz üçün yanalma qurğusu və liman infrastrukturu zədələnib, genişmiqyaslı yanğına başlayıb.Baş qərargah boru kəməri, iki yanalma qurğusunun və 1 gəminin yandığını təsdiqləyib.Bildirilir ki, “Tamannefteqaz” şirkətinin operatoru olduğu “Taman” yük kompleksləri Qara dəniz bölgəsində ən iri komplekslərdən biridir. Neft məhsulları və mayeləşdirilmiş qaz üçün ümumi rezervuar parkının həcmi 1 milyondan kub metrdən çoxdur....

22 Dekabr 2025, 21:45

Moskvadan Antalyaya uçan təyyarə Mersinə təcili eniş edib 

Türkiyənin Moskvadan Antalyaya uçan "Pegasus" aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən Mersin şəhərindəki Çukurova hava limanına təcili eniş edib.CİTYPOST.AZ  xəbər verir ki, bu barədə Türkiyənin mülki aviasiya xəbər platforması "HavaSosyalMedya" məlumat verib.Sinoptiklər əvvəllər bazar günü Antalyada güclü yağış, daşqın təhlükəsi və tufan ehtimalı barədə xəbərdarlıq ediblər.Belə ki, "Pegasus"a məxsus "PC1577" reysini həyata keçirən "TC-NBO" qeydiyyat nömrəli "Airbus A320neo" təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən təyinat yerinə eniş edə bilməyib və Çukurovadakı alternativ aerodroma yönləndirilib.Bölgədə güclü külək və yağışlı hava davam edir. Bu da təyyarənin Antalyaya enişini çətinləşdirir.Qeyd edək ki, Mersinlə Antalya arasındakı məsafə 600 km-dən çoxdur....

21 Dekabr 2025, 12:34

Putin Rusiyanın Ukrayna məsələsində kompromisə razı olduğunu bildirib 

Biz insanların ölməyinə görə məsuliyyət daşımırıq, çünki bu müharibəni biz başlamamışıq.Bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.Rusiya Prezidenti müharibəni Ukraynanın başlatdığını deyib.Putin bu ilin avqustunda Alyaskada ABŞ Prezidenti Donald Trampla danışıqlarda əldə olunan razılaşmalara da toxunub. O vurğulayıb ki, Rusiya Ankoricdə Trampın təklifləri ilə razılaşıb və praktik olaraq onları qəbul edib: “Nəyisə rədd etdiyimizi demək düzgün deyil. Bizə təklif olunan kompromislərlə razıyıq”.Rusiya Prezidenti “topun tamamilə Ukrayna rəhbərliyinin və onların Avropa sponsorlarının tərəfində olduğunu” qeyd edib: “Biz həm danışıqlara, həm də münaqişənin sülh yolu ilə həllinə hazırıq”....

19 Dekabr 2025, 15:45

Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanılır - Tarix açıqlandı 

Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” 2026-cı il üçün altı yeni birbaşa marşrutun açıldığını açıqlayıb.CityPost.az  xəbər verir ki, aviaşirkət həm yay, həm də qış uçuş cədvəllərinə yeni istiqamətlər əlavə etməklə, sərnişinlərə səyahətlərini daha əvvəlcədən planlaşdırmaq imkanı yaradıb. Belə ki, mayın 3-dən Belqraddan Bakıya birbaşa uçuşlar başlanacaq.30 apreldən Santorini, 23 maydan Toronto, 30 sentyabrdan Sevilya, 27 oktyabrdan Terenife, 14 dekabrdan Tromsö istiqamətləri üzrə birbaşa uçuşlara başlanılması nəzərdə tutulub.Qeyd edilib ki, bütün yeni marşrutlar üzrə biletlər artıq satışa çıxarılıb.“Air Serbia” bildirib ki, bu genişlənmə dəyişən səyahət tələblərini nəzərə almaqla, təyyarə parkından ilboyu səmərəli istifadəni təmin edir, mövsümilik təsirini azaldır və Belqradı Avropa, Şimali Amerika...

19 Dekabr 2025, 10:26