Bizə yazın

Baku

-°C

USD

-

Xaricə gedən azərbaycanlıların ən çox üstünlük verdiyi ölkə AÇIQLANDI

Cəmiyyət 25 Sentyabr 2026, 10:16

383

2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 faiz azalaraq 1384,5 min nəfər olub.

Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlarımızın 43,9 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox), 14,8 faizi Rusiya Federasiyasına (2,2 faiz az), 12,8 faizi Gürcüstana (13,6 faiz çox), 5,3 faizi İrana (41,2 faiz az), 23,2 faizi isə digər ölkələrə (3,9 faiz az) gedib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.

2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 70,7 faizi hava, 27,4 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib 

Tacikistanın Baş naziri Koxir Rasulzoda Bakıda Zəfər parkını ziyarət edib.Citypost.az  xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

25 Sentyabr 2026, 10:28

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, müraciətin mətnini Baş nazirin müavini Samir Şərifov oxuyub.

25 Sentyabr 2026, 10:11

Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq 

Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının bəzi qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Binə Atçılıq yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

25 Sentyabr 2026, 09:11

Rey Kərimoğlu: “Hərbçilərin pensiya kapitalları daha da artacaq”

“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, jurnalist və Qarabağ qazisi Rey Kərimoğlu hərbçilərin maaş və pensiyaları ilə bağlı gözləntilərini bölüşüb.Citypost.az xəbər verir ki, R.Kərimoğlu bildirib ki, əldə etdiyi məlumata görə, hərbçilərin əməkhaqqından əlavə aldıqları müxtəlif ödənişlərin də gələcəkdə pensiya hesablanarkən nəzərə alınması gözlənilir. Onun sözlərinə görə, bu halda hərbçilərin pensiya kapitalları da artacaq.“Hərbiçilərimizin maaş və pensiyaları ilə bağlı ciddi addımlar gözlənilir, inşallah! Aldığım məlumata görə, onların maaşdan başqa aldıqları müxtəlif əlavələri də pensiyaya çıxanda nəzərə alınacaq. Yəni pensiya kapitalları daha da artacaq”, – deyə jurnalist yazıb.R.Kərimoğlu hərbçilərin diqqətdə saxlanıldığını qeyd edərək, gözləntilərin yaxın zamanda tam bəlli olacağına ümid etdiyini...

25 Sentyabr 2026, 09:07

Osman Gündüz: “Nuru Əhmədov Azərbaycan texnologiya tarixinin bir hissəsi idi”

Nuru Əhmədovun vəfatı Azərbaycanın texnologiya ictimaiyyəti üçün böyük itkidir. Nuru müəllim ölkəmizdə telekommunikasiya və internetin inkişafında dərin iz qoymuş insanlardan biri idi. Texnologiya sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışmış, xüsusilə 90-cı illərin sonlarında AzEuroTel-in qurulması və inkişafına, yerli mütəxəssislərin hazırlanmasına böyük əmək sərf etmişdi. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Azərbaycanda Cazz sənətinin inkişafında böyük rol oynamış Nuru Əhmədovun vəfatı ilə bağlı yazıb."Onu yalnız peşəkar rabitəçi kimi deyil, ləyaqətli, vicdanlı və öz sahəsini ürəkdən sevən Gözəl İnsan kimi xatırlayacağam.O illərdə AzEuroTel-ə məxsus beynəlxalq  rabitə kanallarının gecəykən  AzTelekom əməkdaşalrı  tərəfindən balta və mişarla kəsildiyi günlər də yadımdadır. Həmin kanallardan...

25 Sentyabr 2026, 09:00

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib 

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib.Citypost.az xəbər verir ki, hadisə yarışın startında qeydə alınıb.İkinci döngəyə gedən yolda "İnvicta Racing"in pilotu Rafael Kamaranın idarə etdiyi bolid "Prema Racing"in sürücüsü Mari Boyanın avtomobilinə dəyib.Nəticədə sarı bayraq qaldırılıb.Qeyd edək ki, Bakıdakı qran-pri sentyabrın 26-da başa çatacaq.

25 Sentyabr 2026, 08:53