Bizə yazın

Baku

-°C

USD

-

ABŞ və Aİ Çinə qarşı tarif ittifaqı yarada bilər  

Dünya 15 Aprel 2025, 14:14

19534

Avropa İttifaqı (Aİ) və ABŞ-ın danışıqlar yolu ilə gömrük tarifləri ilə bağlı problemləri aradan qaldıra və bu çərçivədə Çinə qarşı ittifaq qura biləcəyi nəzərdə tutulur.

CityPost.az xəbər verir ki, Brüsseldə yaşayan ticarət analitiki Johann Weick AB ilə ABŞ arasında ticarət gərginliyi və ABŞ-ın tariflərinin Avropaya təsirləri ilə bağlı qiymətləndirmələr aparıb.

ABŞ-ın tariflərlə xüsusilə istehsal sektorunda iş yerlərini ölkəyə qaytarmaq istədiyinə diqqət çəkən Weick, "Bunun işə yarayacağını düşünmürəm" dedi.

ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin mahiyyət etibarı ilə vergilər olduğunu ifadə edən Weick, bu vergilərin qiymətləri artıracağını və yüksək qiymətlərin son istehlakçıya da yansıyacağını qeyd edib.

Şirkətlərin investisiya planlarını diqqətlə qurduqlarına, hökumətlərdən proqnozlaşdırıla biləcəyinə diqqət çəkən Weick, Trampın tariflərin bu gün cazibədar bir mühit təmin etdiyinə dair iddialarına baxmayaraq, 1930-cu illərdə tətbiq edilən proteksionist ticarət tariflərinin baha başa gəldiyini və Böyük Depressiyanı başlatdığını xatırladıb.

Weick, Aİ-nin kifayət qədər karbohidrogen enerji ehtiyatlarına və döyüş təcrübəsi olan hərbi qüvvələrinə malik olmadığından, Aİ-nin ABŞ-a qarşı durmağa kömək edəcək ticarət və tariflər baxımından çoxlu üstünlüklərə malik olmadığını bildirib.

Weick, hətta Aİ-nin daha çox enerji məhsulu almaq istəyinin də Prezident Trump tərəfindən kafi hesab edilmədiyinə diqqət çəkdi.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bank kartı itdikdə mobil tətbiqdən anında nə etməli? – Pulun çəkilməməsi üçün ilk addım

Bank kartının itirilməsi və ya oğurlanması gözlənilməz maliyyə itkiləri riskini kəskin şəkildə artıran həssas vəziyyətlərdən biridir. Kartın yad şəxslərin əlinə keçməsi halında dələduzlar təmassız ödəniş funksiyasından və ya onlayn alış-veriş platformalarından istifadə edərək bir neçə dəqiqə ərzində hesabdakı bütün vəsaiti mənimsəyə bilərlər. Belə xoşagəlməz halların qarşısını almaq və pulun hesabdan çəkilməsinə imkan verməmək üçün vaxt itirmədən atılmalı olan ilk və ən vacib addım kartın mobil tətbiq vasitəsilə bloklanmasıdır.Citypost.az xəbər verir ki, mobil bankçılıq tətbiqləri kart itdikdə bankın müştəri xidmətlərinə zəng etmək və ya filiallara getmək kimi vaxt aparan prosesləri aradan qaldıraraq əməliyyatları saniyələr ərzində dayandırmağa imkan verir. Kartın itdiyini hiss...

11 Avqust 2026, 20:19

Səfirliklərin vizadan imtina faizləri açıqlandı: Ən çox rədd cavabı verən ölkələr

Xaricə səyahət etmək, təhsil almaq və ya işləmək üçün viza müraciəti edənlərin sayı hər il artır, lakin pasportu pasportüstə qoyub cavab gözləmək getdikcə daha gərgin prosesə çevrilir. Avropa İttifaqı və digər aparıcı ölkələrin konsulluqları son illik statistikalarını açıqlayıb və mənzərə çox da ürəkaçan deyil: rədd cavablarının sayında kəskin artım var.Citypost.az xəbər verir ki, səfirliklərin qapısını bağlamasına və vizaya "yox" deməsinə səbəb olan ölkələrin başında Şengen zonasının bəzi üzvləri gəlir. Xüsusilə İsveç, Norveç və Avstriya kimi Şimal və Mərkəzi Avropa ölkələrinin konsulluqları ən sərt mövqe nümayiş etdirənlər arasındadır. Bu ölkələrdə müraciət edənlərin təxminən hər üçündən birinə, bəzən də yarısına imtina verilir....

10 Avqust 2026, 21:00

Lionel Messinin atası vəfat edib 

Argentinalı futbolçu Lionel Messinin atası Xorxe Messi vəfat edib.Bu barədə Argentina mediası məlumat yayıb.Xorxe Messi müalicə olunduğu xəstəxanada 68 yaşında dünyasını dəyişib.Onun səhhətində bir müddətdir problem yarandığı bildirilir.

08 Avqust 2026, 16:05

Viza müraciətində ən çox rədd cavabı gətirən səbəblər: Səfirliklərin diqqət etdiyi maliyyə çıxarışları

Xarici ölkələrə səyahət, təhsil və ya iş məqsədilə viza müraciəti edən şəxslərin qarşılaşdığı ən böyük maneələrdən biri gözlənilmədən gələn rədd cavablarıdır. Şengen zonası, Böyük Britaniya və ya ABŞ kimi ciddi viza rejimi tətbiq edən ölkələrin konsulluqları müraciətləri qiymətləndirərkən son dərəcə həssas davranırlar. Səfirliklərin imtina qərarlarında əsas yeri gediş-gəliş məqsədinin inandırıcı olmaması tutsa da, statistikaya əsasən ən çox rədd cavabına səbəb olan faktor təqdim edilən bank və maliyyə çıxarışlarındakı şübhəli məqamlardır.Citypost.az xəbər verir ki, konsulluq zabitləri üçün bank hesabındakı məbləğ sadəcə bir rəqəm deyil, müraciət edənin öz ölkəsindəki maliyyə sabitliyinin və səfər xərclərini sərbəst qarşılaya biləcəyinin əsas göstəricisidir. Səfirliklərin maliyyə sənədlərində...

07 Avqust 2026, 11:26

Dnepropetrovsk hücuma məruz qaldı - Ölənlər var

Rusiya ordusu Dnepropetrovsk vilayətinə zərbə endirib, nəticədə 5 nəfər ölüb.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk regional hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja Teleqram kanalında məlumat verib.Hücum nəticəsində üç nəfər yaralanıb. Yaralılar hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

06 Avqust 2026, 18:11

Kiyevdə matəm elan edildi

Rusiyanın raket və dron hücumu qurbanları üçün Kiyev bölgəsində matəm elan edilib.Citypost.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko Teleqramda məlumat verib.Matəm əlaməti olaraq, Kiyev bölgəsində Ukraynanın Dövlət bayrağı yarıyadək endiriləcək və əyləncə tədbirləri məhdudlaşdırılacaq.Qeyd edək ki, Kiyev vilayətinə avqustun 5-i gecəsi edilən kütləvi raket və dron hücumu nəticəsində yaralıların sayı 44 nəfərə çatıb, 17 mülki şəxs həlak olub....

05 Avqust 2026, 16:50