Bizə yazın

Baku

-°C

USD

-

Rusiyada terrora cəhd

Dünya 14 İyul 2025, 20:05

3147

Rusiya FTX əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarının Tümen vilayətində Rusiya Silahlı Qüvvələrinin hərbçisinə qarşı planlaşdırdığı terror aktının qarşısını alıblar.

CityPost.az  xəbər  verir    ki, bu barədə rayon üzrə idarənin mətbuat xidmətindən məlumat verilib.

Bu ilin əvvəlindən 38 yaşlı rusiyalı ukraynalı kuratorunun göstərişi ilə bölgədəki strateji obyektlər və hərbi qatarların keçməsi haqqında məlumat toplayıb ötürüb.

“Terror aktının hazırlanması ilə bağlı göstəriş aldıqdan sonra o, Tümen şəhərində hərbçinin hərəkət marşrutlarına nəzarət edib və avtomobilinin altına partlayıcı qurğu yerləşdirmək üçün yer seçib”, - idarənin məlumatında deyilir.

Həmin şəxs partlayıcı qurğunu əvvəlcədən hazırlanmış anbardan götürərkən FSB əməkdaşları onu saxlayıblar. Cinayətkar müqavimət göstərərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb, nəticədə o, məhv edilib.

Qeyd olunur ki, rusiyalı cinayəti törətdikdən sonra Ukraynada gizlənməyi və Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırıb.

"Hadisə yerində aşağıdakılar götürülüb: partlayıcı qurğu, həqiqi güllə atmaq üçün modifikasiya edilmiş travmatik tapança və onun üçün sursat. Onun ünvanında həmçinin iki əldəqayırma qumbara tapılıb", - Rusiya FSB-nin bəyanatında deyilir.

Partlayıcı maddələrin qanunsuz dövriyyəsi faktı ilə bağlı cinayət işi açılıb.

Miri

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur 

İranın xarici işlər naziri Abbas Əraqçi və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.CityPost.az "Tasnim"ə istinadən xəbər verir ki, tərəflər söhbət əsnasında ABŞ ilə İsrailin İrana qarşı hücumundan sonrakı hadisələr barədə fikir mübadiləsi aparıblar.Əraqçi vurğulayıb ki, İranın addımları müdafiə hüququ çərçivəsində və beynəlxalq hüququn tanınmış normaları əsasında həyata keçirilir.Əraqçi daha sonra hərbi təcavüzün BMT Təhlükəsizlik Şurasında pislənilməsinin əhəmiyyətini qabardıb.Antonio Qurterreş ABŞ və İsrailin İrana qarşı təcavüzkar hücumu barədə danışıb və beynəlxalq hüquq prinsiplərinə hörmət etməyin zəruriliyini vurğulayıb. O bildirib ki, İranın özünü müdafiə etmək hüququ barədə heç bir şübhə yoxdur.Quterreş həmçinin münaqişələrin genişlənməsinin qarşısını almaq, eləcə də onun...

10 Mart 2026, 23:44

Trampın İran müharibəsindən kim pul qazanır?  

 Dünya mediası çərşənbə axşamı iki əsas xəbərlə açılıb: yaxınlaşan qlobal neft böhranı və Donald Trampın İranla müharibənin “demək olar ki, bitdiyi” iddiası ilə çıxış edir.Ciytpost.az “The Washington Post”a istinadən xəbər verir ki, Pentaqon müharibənin ilk iki günündə 5,6 milyard dollar xərcləyib, lakin bu müharibədən bəzi şəxslər gəlir əldə edir. “The Wall Street Journal” yazır ki, Trampın oğulları ayda 10.000 dron istehsal etməyi hədəfləyən şirkəti dəstəkləyir. Şirkət Pentaqonun 2027-ci ilə qədər dronlara ayıracağı 1,1 milyard dollarlıq payı hədəfləyir. Eyni zamanda, ABŞ-ın İrana ilk hücumlarına kriptovalyuta bazarında mərc edən anonim oyunçular 1,2 milyon dollar qazanıb.Digər xəbərlərdə isə Fransada bələdiyyə seçkilərinin ilk turu...

10 Mart 2026, 14:48

Fransanın AI startapı AMI 1 milyard dollar topladı

 Meta-nın keçmiş baş süni intellekt alimi Yann LeCun tərəfindən təsis edilən Fransanın süni intellekt startapı AMI, çərşənbə axşamı fiziki dünyanı anlaya bilən modellər hazırlamaq üçün 1 milyard dollar topladığını açıqlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, startapın ilk maliyyələşdirmə mərhələsidir və Toyota, Nvidia, Samsung kimi qlobal şirkətlərin, həmçinin Google-ın keçmiş CEO-su Erik Şmidt və Amazon-un qurucusu Jeff Bezos-un dəstəyi ilə həyata keçirilib. LeCun bildirib ki, bu mərhələdən sonra AMI “çox qısa müddətdə” 20-30 nəfəri işə götürəcək.LeCun açıqlamasında vurğulayıb ki, AMI-nin məqsədi ChatGPT və Gemini kimi mətni başa düşən modellərdən fərqli olaraq, dünyanı “heyvanlar və insanlar kimi” başa düşə bilən...

10 Mart 2026, 14:45

NASA-nın 600 kiloqramlıq peyki yerə düşəcək

Bu gün, 10 mart 2026-cı il, NASA-nın ən böyük elmi peyklərindən biri olan Van Allen Probe A Yerə qayıdacaq. Təxminən 14 ildir kosmosda olan 600 kiloqramlıq (1323 funt) cihaz atmosferə yenidən daxil olacaq və yanacaq, lakin insanlar üçün risk çox aşağıdır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Van Allen zondları – A və B – 30 avqust 2012-ci ildə kosmosa buraxılmış və Yerin maqnit sahəsi tərəfindən tutulmuş Van Allen radiasiya kəmərlərini öyrənmək missiyasını yerinə yetirmişdi. Bu kəmərlər günəş fırtınaları zamanı peyklər, astronavtlar və yerüstü rabitə sistemləri üçün təhlükə yarada bilər. Missiya yalnız iki il üçün nəzərdə tutulsa da, zondlar daha...

10 Mart 2026, 14:37

Tehranda yaşayış binaları atəşə tutulub, 40 nəfər həlak olub 

Tehranın Risalət meydanında bir neçə yaşayış binası hava zərbələrinə məruz qalıb.Bu barədə "Tasnim" məlumat yayıb.Nəticədə binaların 40 sakini həlak olub, lakin ölü sayının artacağı istisna edilmir.Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

09 Mart 2026, 23:28

İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb 

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, səfirə İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan ballistik raketlə bağlı rəsmi Ankaranın etirazı çatdırılıb.

09 Mart 2026, 21:58