25 dəmir yolu dayanacağı və stansiyası istifadəyə veriləcək
Cəmiyyət 28 Yanvar 2026, 10:27
168
2030-cu ilədək Bakıətrafı ərazilərdə dəmir yolları üzrə əlavə 25 dayanacaq və stansiya istifadəyə veriləcək.
Citypost.az xəbər verir ki, bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev deyib.
O qeyd edib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturu təkmilləşdirilir:
“2026–2027-ci illərdə Yeni Suraxanı–Hövsan, 2026–2028-ci illərdə Bakıxanov–Binə–Qala, 2028–2030-cu illərdə isə Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur.
2025-ci ildə adıçəkilən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb. Layihələndirmə işlərinin bəziləri tamamlanıb.
Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri həyata keçirilib, stansiyaların yerləri müəyyən olunub.
Zabrat–Maştağa–Bağlar xəttində Maştağa və Bağlar stansiyaları daxil olmaqla 7, Bakıxanov–Binə–Qala xəttində Binə və Qala stansiyaları daxil olmaqla 7, Yeni Suraxanı–Hövsan xəttində isə ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək”.
Həmçinin oxuyun
“Həmçinin Baş Keşlə və Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqlarının yaradılması planlaşdırılır. Dərnəgül dayanacağının tikintisi davam etdirilir”, - deyə A.Rzayev əlavə edib.
(APA)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 1-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.Citypost.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz.Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar....
28 Yanvar 2026, 11:28
Daha bir alim Fazil Mustafaya CAVAB VERDİ
Tarix üzrə fəlsəfə elmləri doktoru Ceyhun Bayramlı Milli Məclisin deputatı Fazil Mustafanın Kulis.az saytında alim, sabiq təhsil naziri Firudin Cəlilov barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.Ceyhun Bayramlı sosial şəbəkə hesabında paylaşdığı statusda Fazil Mustafanı müxtəlif mövzularda əsassız və qeyri-peşəkar mövqe sərgiləməkdə ittiham edib. O, deputatın Firudin Cəlilovun alim olmadığını iddia etməsini qətiyyətlə rədd edərək, bu fikirləri Azərbaycan elminə və ziyalılarına hörmətsizlik kimi qiymətləndirib.Bayramlı bildirib ki, Fazil Mustafa uzun illərdir tarixi şəxsiyyətlərə və tanınmış mütəfəkkirlərə qarşı tənqidi və bəzən də təhqiramiz mövqeyi ilə gündəmə gəlməyə çalışır. Onun fikrincə, deputat ölkənin bu günü və gələcəyi üçün ciddi elmi və ya ictimai fayda ortaya...
28 Yanvar 2026, 09:00
Niyaməddin Musayevin qızı hər şeyi DANIŞDI
Son günlər Xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayeva haqqında informasiyalar mediada böyük müzakirələrə səbəb olub.Bu gün mediada Röya Musayevanın Fövqəladə Hallar Nazirliyində tutduğu vəzifəsindən azad olunması barədə xəbərlər yayılıb.Manşet.az saytının yazdığına görə,bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.Bu,informasiya da birmənalı qarşılanmayıb.Müəyyən çaşqınlıq yaradıb.Yaranan suallarla bağlı Röya Musayeva Oxu24.com saytına özəl müsahibə verib.Həmin müsahibədən bir hissəni təqdim edirik:-Röya xanım,bu gün yerli mediada Sizin vəzifənizdən azad olunmağınız barədə məlumat yayıldı.Bu informasiya müəyyən suallara səbəb oldu. Siz nə zaman vəzifənizdən azad olunmusunuz?-Bütün bunlar yalnış informasiyalardır.Mən Kanadaya köçməmişdən öncə ərizəmi yazıb,işdən çıxmışam.Bundan əvvəl yazılan xəbərlərdə də,mənim həmin Nazirlikdə...
27 Yanvar 2026, 21:50
Nazir müavini vəzifəsindən azad edildi
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad olunub. CityPost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 1985-ci il təvəllüdlü S.Cəfərov Azərbaycan Prezidentinin 2020-ci il 30 iyul tarixli sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilmişdi. Dövlət başçısının digər sərəncamları ilə Zaur Əliyev və Seymur Səfərli kənd təsərrüfatı nazirin müavinləri təyin ediliblər. Z.Əliyev indiyədək kənd təsərrüfatı nazirinin müşaviri, S.Səfərli isə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təçkili və monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıblar. Bununla da kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 4-ə çatıb. Bunlar İlhamə Qədimova, Elçin Zeynalov, Zaur Əliyev və Seymur Sədərlidir. Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 26-da “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də...
27 Yanvar 2026, 18:48
Bəzi rayonlarda qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var.Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.
27 Yanvar 2026, 17:39
Paytaxtda narkotik satışını həyata keçirən 6 nəfər tutulub
Paytaxtda narkotiklərin satışını həyata keçirən 6 nəfər saxlanılıb.Bu barədə Citypost.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin paytaxt ərazisində satışını həyata keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev, Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanova tutulublar.Onlardan 21 kq marixuana, heroin, metamfetamin və 246 ədəd psixotrop tərkibli həb aşkarlanıb.Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin əlbəəl satışı və qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Narkotik vasitələrin qanunsuz dövriyyəsinə...
27 Yanvar 2026, 17:30