Tağıyev qəsəbəsində yaşlı kizi dəm qazından HƏYATINI İTİRİB
Hadisə 28 Yanvar 2026, 09:59
179
Sumqayıtda da 71 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Citypost.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1955-ci il təvəllüdlü Albaxış Qardaşbək oğlu Baxışev yaşadığı ünvanda dəm qazından boğularaq həyatını itirib.
Həmçinin oxuyun
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Neftçalada 20 kq narkotik vasitə aşkarlandı
Neftçalada narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 43 yaşlı Samiq Abuşov saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Belə ki, sözügedən şəxsin idarə etdiyi "Toyota" markalı nəqliyyat vasitəsindən ümumi çəkisi 20 kiloqrama yaxın olan narkotik vasitə həşiş və marixuana aşkarlanıb. S.Abuşov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib....
28 Yanvar 2026, 09:52
Bərdədə gizlədilən silah-sursat tapılıb
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Citypost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bərdə rayonunun Yeni Həyət kəndindən Çəmənli kəndi istiqamətinə gedən yolun üzərindəki körpünün yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 30 ədəd güllə aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır....
27 Yanvar 2026, 14:08
Evlərdən oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Qaradağ və Nəsimi rayonlarında evlərdən oğurluq edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək yaşadıqları evlərdən təmir-tikinti alətlərinin və qızıl-zinət əşyalarının talandığını bildiriblər.Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Kərimli müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
27 Yanvar 2026, 13:36
Dərədən meyiti tapıldı
Şəmkir rayonunda dərədən meyiti tapılan şəxsin öldürüldüyü məlum olub, oğlu şübhəli bilinir."Report"un məlumatına görə, rayonun Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin evinin yaxınlığındakı dərədə onun meyiti tapılıb.Aparılan araşdırmalar nəticəsində onun qətlə yetirildiyi məlum olub.Hadisənin törədilməsində onun yeniyetmə oğlu şübhəli bilinir.Həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.Faktla bağlı araşdırma aparılır.
27 Yanvar 2026, 10:05
Sabunçuda moped oğurlayanlar saxlanıldı
Sabunçu rayonunda oğurluq hadisəsi olub.Citypost.az xəbər verir ki, Maştağa qəsəbə sakini polisə müraciət edərək axşam saatlarında çalışdığı təmir sexinin qarşısından naməlum şəxsin 1550 manat dəyərində mopedini oğurladığını bildirib.Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Məmmədov müəyyən edilərək saxlanılıb.Faktla bağlı araşdırma aparılır.(Modern.az)
27 Yanvar 2026, 09:53
Sabunçuda 16 kq narkotik aşkarlanıb
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib.Daxili İşlər Nazirliyindən Citypost.az-a verilən məlumata görə, əməliyyatlar zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 29 yaşlı Mirtərlan Əsgərzadə və 37 yaşlı qadın saxlanılıb.Həmin şəxslərdən 16 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana, metamfetamin və tiryək aşkarlanıb. Saxlanılan şəxslər ifadələrimdə narkotikləri sosial şəbəkədə tanış olduqları İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracaqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 37 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb....
26 Yanvar 2026, 18:35