FHN-dən ot tayaları ilə bağlı mühüm ÇAĞIRIŞ
Dünya 22 Sentyabr 2026, 10:35
381
Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib.
Nazirlikdən Citypost.az verilən məlumata görə, FHN səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, baş vermiş yanğın hadisələrinin təhlili göstərir ki, qeydiyyata alınan yanğınların bir hissəsi də kənd və qəsəbələrdə fərdi yaşayış evlərinin həyətyanı sahələrində yığılmış ot tayalarının payına düşür:
"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən tədarük edilən otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına yığılması hallarına rast gəlinir. Bununla da yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki, nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir. Belə ki, kənd yerlərində geniş istifadə olunan təndirdən, habelə sobaların tüstü bacasından çıxan ani qığılcım, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma, o cümlədən ətrafa atılan sönməmiş siqaret kötükləri, nəzarətsiz qalan uşaqların odla oynaması və digər səbəblər tez alışma xassəsinə malik olan ot tayasının asanlıqla yanmasına və sonda acı nəticələrə gətirib çıxarır"
Bildirilib ki, təkcə bir faktı demək kifayət edər ki, yalnız cari ilin sentyabr ayının geridə qalan günləri ərzində bu qəbildən olan 22 yanğın faktı qeydə alınıb. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi kənd yerlərində yaşayan, o cümlədən ot tədarükü ilə məşğul olan vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən, ot tayası ilə tikililər arasında ən azı 50 metr, elektrik xətlərindən 15 metr, avtomobil yollarından isə 20 metr yanğına qarşı ara məsafələri gözlənilməlidir.
Həmçinin oxuyun
Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir"
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Avstriyada Google-un məlumat mərkəzi etirazlara səbəb olub
Avstriyanın Kronstorf şəhərində Google tərəfindən inşa edilən məlumat mərkəzi yerli sakinlərin etirazına səbəb olub. Təxminən 400 nəfər layihəyə qarşı Linzdə aksiya keçirib.Citypost.az AFP-ə istinadən xəbər verir ki, etirazçılar mərkəzin böyük həcmdə elektrik və su istehlakından, həmçinin layihə ilə bağlı şəffaflığın olmamasından narahatdırlar. Mərkəzin ilk mərhələsinin 2027-ci ildə istifadəyə verilməsi gözlənilir.Google isə layihənin bulud və süni intellekt xidmətlərinə artan tələbatı qarşılayacağını, təxminən 100 birbaşa və minlərlə dolayı iş yeri yaradacağını bildirir. Şirkət layihənin Avstriyanın rəqəmsal infrastrukturunu gücləndirəcəyini də qeyd edir.Etirazçılar xüsusilə məlumat mərkəzinin soyutma sistemlərində istifadə olunacaq suyun həcmi və enerji tələbatının ətraf mühitə mümkün təsirlərindən narahatdırlar.Turan...
22 Sentyabr 2026, 10:30
Kral Çarlzı qəzəbləndirən Diana xatirələri satışa çıxarılıb
Böyük Britaniyada mərhum Şahzadə Diananın qardaşı Çarlz Spenserin bacısı haqqında yazdığı xatirə kitabı nəşr olunub. “Swan Song: Diana, My Sister” adlı kitabda Diana və kral ailəsi ilə bağlı bir sıra mübahisəli iddialar yer alıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Spenser kitabı Diananın adından danışmaq və onun haqqında illər ərzində formalaşmış bəzi fikirləri düzəltmək məqsədilə yazdığını bildirib.Kitabdan yayılan hissələrdə Spenser Kral III Çarlzın Diananın ölümündən sonra onun haqqında müəyyən ifadələr işlətdiyini iddia edir. Bukinqem Sarayı isə kralın qardaşının xatirələrinin kədər və itkinin yaddaşa təsir edə biləcəyini vurğulayıb.Spenser həmçinin Diananın şəxsi həyatı, Çarlzla münasibətləri və ailədaxili hadisələrlə bağlı yeni detalları açıqlayıb....
22 Sentyabr 2026, 10:27
Çinli robot rəqqaslar “America’s Got Talent” finalında
Çinli küçə rəqqası Vu Yufei və Unitree şirkətinin hazırladığı humanoid robotlardan ibarət rəqs qrupu “America’s Got Talent” yarışmasının finalına vəsiqə qazanıb.Citypost.az france24.com-a istinadən xəbər verir ki, 27 yaşlı Vu robotlarla aylarla məşq etdiyini və onların artıq “soyuq, cansız maşınlar” kimi görünmədiyini bildirib. Robotların rəqs hərəkətləri əvvəlcədən proqramlaşdırılır və bəzi mürəkkəb hərəkətlərin hazırlanması günlər, hətta həftələr çəkə bilir.Mütəxəssislər robotların fırlanma və güc tələb edən hərəkətlərdə uğurlu olduğunu, lakin improvizasiya və musiqidə qəfil dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkdiyini deyirlər.Çində robot rəqsləri son dövrlərdə geniş populyarlıq qazanıb. Mütəxəssislər isə bu çıxışların humanoid robotların imkanlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıdığını bildirirlər.Əli...
22 Sentyabr 2026, 10:20
Yeni Zelandiyanın iki hərbi gəmisi Tayvan boğazından keçib
Yeni Zelandiyanın iki hərbi gəmisi ötən həftə Tayvan boğazından keçib. Yeni Zelandiya Müdafiə Qüvvələri keçidi sentyabrın 18-də Filippinlərlə birgə təlimə gedən zaman həyata keçirildiyini açıqlayıb.Citypost.az france24.com-a istinadən xəbər verir ki, söhbət HMNZS “Te Mana” freqatı və HMNZS “Aotearoa” dəstək gəmisindən gedir. Yeni Zelandiya Baş naziri Kristofer Lakson keçidi “adi tranzit” adlandıraraq, əməliyyatın beynəlxalq sularda və beynəlxalq hüquqa uyğun həyata keçirildiyini bildirib.Tayvan boğazı Çinlə Qərb ölkələri arasında hüquqi statusu ilə bağlı fikir ayrılıqlarının olduğu əsas dəniz marşrutlarından biridir. Yeni Zelandiya gəmilərinin bu boğazdan əvvəlki keçidi 2025-ci ilin noyabrında baş verib....
22 Sentyabr 2026, 10:19
Banqladeşdə Cinnahın fotosu mübahisəyə səbəb oldu
Banqladeşin Dəkkə Universitetində Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın fotosunun nümayiş etdirilməsi etirazlara səbəb olub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, foto universitetin tarixini əks etdirən yeni muzey sərgisində yer alıb. Lakin tələbələrdən biri Cinnahın fotosunu cıraraq onu “cani” adlandırıb. Bundan sonra foto sərgidən çıxarılıb.Mübahisənin əsas səbəbi Cinnahın Benqal dili və milli hərəkatla bağlı tarixi mövqeyi, həmçinin Pakistan-Banqladeş münasibətlərinin mürəkkəb keçmişidir. Banqladeş 1971-ci ildə qanlı müharibə nəticəsində Pakistandan müstəqillik əldə edib.Tələbə birliyinin nümayəndələri isə Cinnahın fotosunun universitetin tarixini əks etdirən xronoloji sərginin bir hissəsi olduğunu bildiriblər. Bəzi tələbələr fotoşəkilin götürülməsini dəstəkləməsələr də, onun tarixdə mühüm yer tutduğunu qeyd ediblər.Turan...
22 Sentyabr 2026, 10:16
"Ömər Baba" da prokurorluğa çağırıldı
Türkiyənin Silivri prokurorluğu, keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada vəfat etməsi ilə bağlı aparılan araşdırmada növbəti mühüm addım atıb.Modern.az yerli mediaya istinadla xəbər verir ki, FETÖ ilə əlaqə ehtimalının da araşdırıldığı istintaq çərçivəsində prokurorlar, "Kurtlar Vadisi Pusu" serialındakı "Ömer Baba" rolu ilə tanınan Emin Olcayın ifadəsini alacaqlar.Olcay daha əvvəl prodüser Osman Sınavın layihədən ayrılmasından sonra serialın istiqamətində dəyişiklik olduğunu qeyd edərək bunları demişdi:"Yəni, şübhələnirdim. Elə vaxtlar olurdu ki, öz-özümə əgər bu məlumatı kimdənsə almırlarsa, bəs bunları necə bilirlər, deyə düşünürdüm. Yazdıqları materialın haradansa gəldiyini güman edirdim".Qeyd edək ki, Bosniyada xidmət etdiyi dövrdə "Fədai", Azərbaycanda "Koroğlu", Əfqanıstanda "Türk generalı" və Türküstanda...
22 Sentyabr 2026, 08:16