Nikahdankənar doğulan uşaq vərəsə ola bilərmi?
Hüquq 13 May 2026, 08:44
143
Vərəsəlik hüququ ilə bağlı vətəndaşların ən çox ünvanladığı suallardan biri də nikahdankənar doğulan uşağın miras hüququna sahib olub-olmaması ilə bağlıdır.
Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, nikahdankənar doğulan uşaqlar da qanunvericiliyə əsasən vərəsə olmaq hüququna malikdirlər. Lakin bunun üçün əsas şərt uşağın atalıq faktının qanunla müəyyən edilmiş qaydada təsdiqlənməsidir.
Mütəxəssislər bildirirlər ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi və müvafiq hüquqi normalara əsasən, atalıq könüllü qaydada tanındıqda və ya məhkəmə qərarı ilə müəyyən edildikdə, həmin uşaq digər övladlarla eyni hüquqlara malik olur.
Hüquqşünasların fikrincə, atalıq faktı rəsmən müəyyən edildikdən sonra nikahdankənar doğulan uşağın miras hüququ məhdudlaşdırıla bilməz.
Belə uşaqlar da digər vərəsələr kimi qanun üzrə mirasdan pay almaq hüququ qazanırlar.
Həmçinin oxuyun
Ekspertlər qeyd edirlər ki, praktikada bu məsələ ilə bağlı bir çox mübahisələr məhz atalıq faktının müəyyən olunmaması səbəbindən yaranır. Buna görə də hüquqi prosedurların vaxtında həyata keçirilməsi vacib hesab olunur.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vərəsəlikdən imtina ərizəsini geri götürmək mümkündürmü?
Hüquqşünasların sözlərinə görə, vərəsəlikdən imtina barədə verilmiş ərizə geri götürülə bilməzCitypost.az xəbər verir ki, vərəsəlik məsələləri ilə bağlı vətəndaşların ən çox ünvanladığı suallardan biri də mirasdan imtina etdikdən sonra həmin qərarın dəyişdirilməsinin mümkün olub-olmaması ilə bağlıdır.Hüquqşünasların sözlərinə görə, bəzi hallarda şəxslər ailədaxili münasibətlər, emosional qərarlar və ya müxtəlif səbəblərlə notariat qaydasında vərəsəlikdən imtina barədə ərizə verirlər. Lakin müəyyən müddət keçdikdən sonra peşman olaraq həmin ərizəni geri götürmək istəyirlər.Mütəxəssislər bildirirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi bu məsələni konkret şəkildə tənzimləyir. Qanunvericiliyə əsasən, vərəsəlikdən imtina barədə notariat qaydasında verilmiş ərizə geri götürülə bilməz.Hüquqşünasların fikrincə, mirasdan imtina edən şəxs həmin əmlak üzərindəki pay...
13 May 2026, 10:58
Elektrik xətti torpağın özəlləşdirilməsinə maneə deyil - ŞAD XƏBƏR
Torpaq münasibətləri sahəsində vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri də torpaq sahələrinin özəlləşdirilməsi zamanı müxtəlif səbəblərlə imtina cavablarının verilməsidir. Xüsusilə torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi bəhanə gətirilərək müraciətlərin rədd olunması son dövrlər daha çox müzakirə edilir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bəzi hallarda vətəndaş torpaq sahəsinin özəlləşdirilməsi və ya mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün aidiyyəti quruma müraciət edir. Lakin həmin qurum torpaq sahəsinin müəyyən hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyini əsas gətirərək müraciəti təmin etməkdən imtina edir.Mütəxəssislər bildirirlər ki, belə imtinalar bir çox hallarda qanunvericiliyin tələblərinə uyğun olmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər...
13 May 2026, 10:01
İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya necə alınır?
Bəzi iş yerlərində işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya düşmədiyi bildirilir.Citypost.az xəbər verir ki, hüquq mütəxəssisləri isə qeyd edirlər ki, bu məsələ əmək qanunvericiliyində konkret şəkildə tənzimlənir və bir çox hallarda işçinin həmin ödənişi tələb etmək hüququ var.Mütəxəssislərin sözlərinə görə, əmək müqaviləsinə xitam verildiyi zaman işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə mütləq kompensasiya ödənilməlidir. Bu, işçinin qanunla qorunan hüquqlarından biridir və işəgötürən həmin ödənişi verməkdən imtina edə bilməz.Hüquqşünaslar bildirirlər ki, bəzi hallarda işçilər illərlə məzuniyyətə buraxılmır və sonradan onlara “kompensasiya düşmür” cavabı verilir. Halbuki əmək qanunvericiliyinə əsasən, istifadə edilməmiş məzuniyyət günləri üzrə kompensasiya hesablanmalı və işçiyə ödənilməlidir.Ekspertlər əlavə edirlər...
12 May 2026, 12:55
Stress altında olan ilanlar öz quyruqlarını yeyə bilərmiş
Mütəxəssislərin sözlərinə görə, ilanlar həddindən artıq stres altında olduqları zaman qeyri-adi davranışlar nümayiş etdirə bilirlər.Citypost.az-ın məlumatına görə, bu davranışlardan ən maraqlı və təhlükəlilərindən biri isə bəzi hallarda öz quyruqlarını ov hesab edərək yeməyə çalışmalarıdır.Araşdırmalara görə, güclü stres, yüksək temperatur, uyğun olmayan saxlanma şəraiti və ya nevroloji problemlər ilanların davranış sisteminə təsir göstərə bilər. Nəticədə heyvanın ov instinkti ilə normal orientasiya qabiliyyəti pozulur və ilan öz quyruğunu yad bir canlı kimi qəbul edə bilir.Mütəxəssislər bildirirlər ki, bu vəziyyətdə ovlanma və qidalanma instinkti o qədər güclü olur ki, ilan öz bədənini dişlədiyini dərhal fərq etmir. Bəzi hallarda onlar quyruqlarını udmağa qədər davam...
12 May 2026, 12:45
“Ərizə yaz, yoxsa çıxarılacaqsan” — DİQQƏT bu qanunsuz ola bilər
Əmək münasibətləri zamanı işçilərin ən çox qarşılaşdığı problemlərdən biri də iş yerində qanunsuz təzyiq və hüquq pozuntuları ilə bağlıdır. Xüsusilə “ərizə yaz, yoxsa işdən çıxarılacaqsan” kimi ifadələrin işçilərə qarşı təzyiq vasitəsi kimi istifadə olunması son illər tez-tez müzakirə olunur.Citypost.azın məlumatına görə,hüquq mütəxəssislərinin sözlərinə görə, bəzi hallarda işçilərin aylarla əməkhaqqının ödənilməməsi, illərlə yığılan əmək məzuniyyətindən istifadə etmələrinə icazə verilməməsi və ya həmin məzuniyyətə görə kompensasiyanın verilməməsi əmək qanunvericiliyinin pozulması hesab oluna bilər.Mütəxəssislər bildirirlər ki, işçinin xəstəlik səbəbindən aldığı əmək qabiliyyətsizlik vərəqəsinə — yəni “xəstəlik kağızına” görə ödənişlərin gecikdirilməsi də qanunvericilik çərçivəsində hüquqi məsuliyyət yarada bilər. Bəzi hallarda işçilər xəstəlik məzuniyyətindən qayıtdıqdan...
12 May 2026, 10:43
Evdə əvvəlki sakinlərin qeydiyyatda qalması problem yarada bilərmi?
Daşınmaz əmlak alqı-satqısı zamanı vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri də mənzildə əvvəlki sakinlərin qeydiyyatda qalması ilə bağlıdır. Xüsusilə evin yeni sahibi sonradan mənzildə əvvəlki mülkiyyətçinin və ya onun qohumlarının qeydiyyatda olduğunu aşkar etdikdə narahatlıq yaranır. Əsas suallardan biri isə budur: həmin şəxslər sonradan ev sahibindən pul və ya kompensasiya tələb edə bilərlərmi?Citypost.az xəbər verir ki,hüquqşünasların sözlərinə görə, ilk növbədə qeydiyyatda olmaq şəxsin avtomatik olaraq mülkiyyət hüququna malik olması demək deyil. Əgər şəxsin evdə payı və ya mülkiyyət hüququ yoxdursa, onun sadəcə qeydiyyatda qalması ev üzərində sahiblik hüququ yaratmır.Mütəxəssislər bildirirlər ki, mənzil satılarkən həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış...
11 May 2026, 12:47