Almaniya kansleri Netanyahuya ilhaq siyasətinin qəbuledilməz olduğunu bildirib
Dünya 10 İyul 2026, 09:00
2075
Almaniya kansleri Fridrix Merz İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius bildirib.
Kornelius qeyd edib ki, tərəflər Livan və Fələstin ərazilərindəki vəziyyəti müzakirə ediblər. Kansler vurğulayıb ki, İordan çayının qərb sahilinin faktiki olaraq qismən ilhaqına aparan heç bir addım atılmamalıdır.
Həmçinin oxuyun
Merz həmçinin ABŞ və İran arasında çərçivə sazişinin əhəmiyyətini vurğulayıb və bunu regionda vəziyyətin sabitləşdirilməsi üçün ən yaxşı şans adlandırıb.
İordan çayının qərb sahili Fələstin Dövlətinin bir hissəsidir. 1967-ci ildən bəri bu ərazi İsrailin nəzarəti altındadır. BMT İsrailin bu ərazini işğal etməsini və orada yəhudi yaşayış məntəqələrinin tikintisini qanunsuz hesab edir. 2016-cı ilin dekabr ayında BMT Təhlükəsizlik Şurası İsrailin yaşayış məntəqələri fəaliyyətinə son qoyulmasını tələb edən 2334 saylı qətnamə qəbul edib. İsrail qətnamənin müddəalarına əməl etmir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
KİV: Səhv AI hesabatı ABŞ-ı Çinlə qarşıdurmanın astanasına gətirib
Süni intellektin hazırladığı səhv kəşfiyyat hesabatı ABŞ ordusunun Çin gəmisinə qarşı əməliyyat hazırlamasına səbəb olub.APA CNN-ə istinadən xəbər verir ki, İranla müharibə zamanı ABŞ hərbçilərinə Yaxın Şərqdə hərəkət edən Çin gəmisinin nüvə silahı proqramı üçün komponentlər daşıdığı barədə hesabat təqdim edilib.Məlumat ABŞ ordusunda ciddi narahatlıq yaradıb və gəminin ələ keçirilməsi ilə bağlı hazırlıqlara başlanılıb.Bildirilib ki, əməliyyat başlamazdan əvvəl aparılan əlavə yoxlama zamanı hesabatın ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının analitiki tərəfindən süni intellekt çat-botunun köməyi ilə hazırlandığı üzə çıxıb. AI sistemi gəminin yükünü yanlış şərh edərək səhv nəticəyə gəlib və bu məlumat əsasında hazırlanmış hesabat hərbçilər arasında yayılıb.Mənbələrin sözlərinə görə, hesabat tamamilə...
19 Sentyabr 2026, 15:18
Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötüb
Tbilisidə zəhərlənmə əlamətləri səbəbindən 100-dən çox bağça uşağının xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, uşaqların heç birinin vəziyyətində ağırlaşma riski olmayıb.Nazir zəhərlənmənin səbəblərinin araşdırma nəticəsində müəyyən ediləcəyini vurğulayıb.Qeyd edək ki, Tbilisidə yerləşən 20 uşaq bağçasında kütləvi zəhərlənmə baş verib. İntoksikasiyaya bağçalarda qəbul olunan qida məhsullarından qaynaqlanan bakterial infeksiyanın səbəb olduğu ehtimal edilir. Faktla bağlı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti insan həyatına və sağlamlığına təhlükə olan qida məhsullarının hazırlanması və reallaşdırılması maddəsi üzrə istintaq aparır....
19 Sentyabr 2026, 14:48
İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün, şənbə günü günorta saatlarında telefonla danışıblar.Citypost.az APA-a istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər iki ölkəni maraqlandıran məsələləri, eləcə də regionda baş verən son hadisələri müzakirə edib və fikir mübadiləsi aparıblar.
19 Sentyabr 2026, 14:00
Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Nadir irsi mutasiya siqaret çəkməyən insanlarda belə ağciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər."Report"un məlumatına görə, alimlər Avropa mənşəli 3,3 milyondan çox insanın genetik məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər.Tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.Alimlər ağciyər xərçənginin ən geniş yayılmış növü olan adenokarsinomanın inkişafı ilə əlaqələndirilən EGFR T790M irsi genetik variantının təsirini araşdırıblar. Məlum olub ki, bu mutasiyanın daşıyıcılarında xəstəliyin inkişaf riski mutasiyası olmayan insanlarla müqayisədə təxminən 25 dəfə yüksəkdir.Əlaqə xüsusilə heç vaxt siqaret çəkməyən insanlar arasında güclü olub. Bu qrupda mutasiyanın mövcudluğu ağciyər xərçəngi riskinin təxminən 62 dəfə artması ilə əlaqələndirilib. Müqayisə üçün, tədqiqatda siqaret çəkməyin riski...
19 Sentyabr 2026, 08:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu
Çeçenistan lideri Ramzan Kadırovun 18 yaşlı oğlu Adam Rusiya Dövlət Duması seçkilərindən əvvəl respublikadakı vəziyyətlə bağlı hazırlanmış bir çıxışını oxuyarkən ictimaiyyət qarşısında özünü rüsvay edib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, bu anın videosu "X" şəbəkəsində yayılıb.Görüntülərdə gənc Kadırovun seçki hazırlıqları və mümkün təxribatlar haqqında mətni yavaş-yavaş və çətinliklə oxuduğu görünür.Atası Ramzan Kadırovun üz ifadəsinə əsasən, o özü də oğlunun zəif çıxışından açıq-aydın narazı qalıb. ...
18 Sentyabr 2026, 21:35
Litvada MÜHARİBƏ HƏYƏCANI - Paytaxt kütləvi təxliyəyə hazırlanır
Litva hərbi təhlükə və ya ciddi böhran yarana biləcəyi təqdirdə Vilnüs sakinlərinin təxliyə olunması planını hazırlayıb.Citypost.az xəbər verir ki, "Polşa radiosu"nun məlumatına görə, əsas marşrutlardan biri Polşa istiqamətində təxliyəni nəzərdə tutur.Plana əsasən, paytaxt sakinləri üçün üç əsas təxliyə istiqaməti müəyyən edilib.Marşrutlardan biri Polşa ilə sərhədə, digər ikisi isə şimal istiqamətinə - Panevejis və Şyaulyaya, həmçinin qərb istiqamətinə - Kaunas və Klaypedaya aparır.Polşanın Podlyasye Voyevodalığının hakimiyyət orqanları isə öz növbəsində regionun Baltikyanı ölkələrin sakinləri üçün tranzit koridoru kimi istifadə olunması ehtimalına hazırlaşır.Qeyd olunur ki, konkret təxliyə istiqaməti və qaydası təhlükənin yerindən və miqyasından asılı olacaq. Şəxsi avtomobili olan sakinlərdən əvvəlcədən müəyyən...
18 Sentyabr 2026, 16:28