Bizə yazın

Baku

-°C

USD

-

Tramp Livana dəstək vəd edib - ABŞ-dan birbaşa uçuşların bərpasını açıqlayıb  

Dünya 22 İyul 2026, 11:19

361

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Livan Prezidenti Cozef Aun ilə keçirdiyi görüşdə Vaşinqtonun Livana dəstəyini davam etdirəcəyini bildirib.

Citypost.az "The Associated Press"in istinadən xəbər verir ki, Tramp Livanın uzun müddətdir çətinliklərlə üzləşdiyini qeyd edərək, ölkəyə layiq olduğu hörmətin göstəriləcəyini və ABŞ-ın ona kömək edəcəyini vurğulayıb.

Görüş zamanı İsrail ordusunun Livan ərazisindən çıxarılması məsələsinə də toxunan Tramp bu prosesin davam etdiyini desə də, əlavə təfərrüat açıqlamayıb.

Livan Prezidenti Cozef Aun isə Trampın regionda sülh və sabitliklə bağlı baxışlarının öz mövqeyi ilə üst-üstə düşdüyünü bildirib və iki ölkənin bu istiqamətdə birgə fəaliyyət göstərə biləcəyini qeyd edib.

ABŞ prezidenti daha sonra 40 ildən artıq fasilədən sonra Amerika aviaşirkətlərinin Livana birbaşa uçuşlar həyata keçirməsinə icazə veriləcəyini açıqlayıb. Tramp bu qərarın amerikalıların Livanı daha rahat ziyarət etməsinə imkan yaradacağını bildirib.

Livan Prezident Aparatının yaydığı məlumata görə, görüşdə iki ölkə arasında təhlükəsizlik, siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, ABŞ-ın Livan Silahlı Qüvvələrinə dəstəyinin artırılması, iqtisadi bərpa, yenidənqurma və investisiya imkanları da müzakirə olunub. Aun, həmçinin İsrail qoşunlarının Livan ərazisindən tam çıxmasının ölkədə sabitliyin təmin olunması üçün vacib olduğunu vurğulayıb.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Avstraliya Çinin raket sınağını "sabitliyi pozan addım" adlandırıb  

Avstraliyanın xarici işlər naziri Penni Vonq Çinin Cənubi Sakit okeanda nüvə başlığı daşıya bilən ballistik raket sınağını tənqid edərək, bunu regional sabitliyi pozan addım kimi qiymətləndirib.Citypost.az AFP-ə istinadən xəbər verir ki,  Penni Vonq Filippinin paytaxtı Manilada keçirilən Cənub-Şərqi Asiya ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşündə bu narahatlığı birbaşa onun diqqətinə çatdırdığını bildirib.Nazir vurğulayıb ki, Avstraliya regionda sülhün, sabitliyin və beynəlxalq hüquqa, xüsusilə də dəniz hüququna hörmətin qorunmasının tərəfdarıdır.Qeyd edək ki, Çin bu ayın əvvəlində Sakit okeana ballistik raket buraxıb. Avstraliya raket sınağı ilə bağlı əvvəlcədən kifayət qədər məlumatlandırılmadığını bildirib. Sakit okeandakı bir sıra ada...

22 İyul 2026, 11:44

Litva Qırmızı Ordu əsgərlərinin məzarlarını köçürür  

Litva Sovet dövrünün izlərini aradan qaldırmaq məqsədilə İkinci Dünya müharibəsi zamanı həlak olmuş Qırmızı Ordu əsgərlərinin məzarlarının köçürülməsini davam etdirir.Citypost.az AFP-ə istinadən xəbər verir ki, paytaxt Vilnüs yaxınlığındakı Vievis şəhərində aparılan qazıntılar zamanı arxeoloqlar sovet əsgərlərinin qalıqlarını çıxararaq onların yaxınlıqdakı pravoslav qəbiristanlığında yenidən dəfn olunması üçün hazırlıq görürlər.Litva hökuməti bu addımı 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra qəbul edilən "de-sovetləşmə" siyasəti çərçivəsində atıb. Rəsmi Vilnüs sovet dövrünə aid memorialları keçmiş işğalın simvolu kimi qiymətləndirir.Moskva isə bu qərara sərt reaksiya verərək, Litvanı tarixi saxtalaşdırmaqda ittiham edib və məsələ ilə bağlı etirazını diplomatik kanallarla çatdırıb.Litva Xarici İşlər Nazirliyi bildirib ki, qalıqlar...

22 İyul 2026, 11:42

Yaponiyada ilk dəfə "dəhşətli isti gün" qeydə alınıb  

Yaponiyada ilk dəfə olaraq temperaturun 40 dərəcəni keçdiyi günlər üçün tətbiq edilən yeni meteoroloji termin – "kokuşobi" ("dəhşətli isti gün") rəsmi şəkildə istifadə olunub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, ölkənin mərkəzində yerləşən üç şəhərdə temperatur 40 dərəcəni keçib. Daha sonra Naqoya və Tokio yaxınlığındakı bir sıra yaşayış məntəqələrində də oxşar göstəricilər qeydə alınıb.Həddindən artıq istilərlə əlaqədar ölkənin 47 prefekturasından 41-də istilik xəbərdarlığı elan edilib. Sakinlərə, xüsusilə yaşlı insanlara zəruri ehtiyat tədbirləri görmək və uzun müddət günəş altında qalmamaq tövsiyə olunub.Yerli KİV-in məlumatına görə, Toçiqi prefekturasında 85 yaşlı kişi təsərrüfatındakı istixanada huşsuz vəziyyətdə tapılıb və...

22 İyul 2026, 11:40

Qayanada bərə faciəsi ilə əlaqədar üç günlük matəm elan edilib

Qayana Prezidenti Məhəmməd İrfaan Əli ölkə sahillərində baş vermiş bərə qəzasında çoxsaylı insanın həlak olması ilə əlaqədar 22–24 iyul tarixlərini milli matəm günləri elan edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bu barədə News Guyana xəbər portalı məlumat yayıb.Məlumata görə, MV Barima bərəsi iyulun 18-də axşam saatlarında Qayana sahillərində qəzaya uğrayaraq aşıb. Sağ qalan sərnişinlərdən birinin yerli Kiskadee Watch qəzetinə verdiyi məlumata əsasən, bərə böyük dalğanın təsiri nəticəsində tarazlığını itirib və gəminin içinə su dolmağa başlayıb.Hadisə zamanı bərədə ümumilikdə 179 nəfər olub. Hökumətin açıqladığı son məlumata görə, qəza nəticəsində 53 nəfər həyatını itirib. Axtarış-xilasetmə işləri davam etdirilir.Əli...

22 İyul 2026, 11:16

Avstriyada Hitlerin doğulduğu ev polis məntəqəsinə çevrilib 

Avstriyanın Braunau-na-İnne şəhərində Adolf Hitlerin doğulduğu ev yenidənqurma işləri başa çatdıqdan sonra polis məntəqəsinə çevrilib."Report" xəbər verir ki, bu barədə SRF portalı yazır.Yenidənqurma işləri bir neçə il davam edib və təxminən 20 milyon avroya başa gəlib.Uzun müddət xüsusi mülkiyyətdə olmuş binada rayon polis idarəsinin və yerli polis məntəqəsinin əməkdaşları fəaliyyət göstərəcək.

22 İyul 2026, 11:03

Paşinyan Ermənistanı qəfəsdə çırpınan quşla müqayisə edib 

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsini qəfəsdə çırpınan quşla müqayisə edib.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, Paşinyan pəncərəyə dəyən quşun videosunu "Tarix dərslərində gözlənilməz paralellər" başlığı ilə paylaşaraq yazıb:"Tarixin axarını dəyişdirmək üçün köhnə məntiqdən imtina edib fərqli bir yol seçməliyik. Bu kiçik quş içəri uçub və yeddi-səkkiz saatdır ki, şüşəyə çırpılaraq çıxmağa çalışır, çünki qarşıda açıq məkan görür. Və aydındır ki, nə qədər çırpılsa da, məlum səbəblərdən çıxa bilməyəcək. Bu arada, qonşu qapıda onun küçəyə uça biləcəyi açıq bir qapı var. Kiçik quşumuz üçün yeganə çıxış yolu daim şüşəyə çırpılmaq məntiqindən imtina edib fərqli bir yol seçməkdir. Və tariximiz haqqında...

22 İyul 2026, 09:18