“Discord”un fəaliyyətində problem yarandı
Dünya 15 Sentyabr 2026, 20:50
187
Məşhur oyun və ünsiyyət platforması “Discord”un fəaliyyətində qlobal kütləvi şəbəkə çökməsi baş verib.
“Qafqazinfo” “TechRadar” nəşrinə istinadla xəbər verir ki, dünyanın bir çox ölkəsində istifadəçilər tətbiqə daxil ola bilmədiklərini bildirirlər.
Problem hazırda xüsusilə Böyük Britaniya və ABŞ-də daha kəskin hiss olunur. Böyük Britaniyada platformanın masaüstü (kompüter) versiyası tamamilə dayansa da, mobil tətbiqin hələ ki işlədiyi və mesajlaşmanın mümkün olduğu bildirilir. ABŞ-də isə istifadəçilər tətbiqin işləməməsi ilə bağlı “X” sosial şəbəkəsində minlərlə şikayət paylaşırlar.
Həmçinin oxuyun
Problemin ilk dəqiqələrində “Discord”un rəsmi status səhifəsində bütün serverlərin qaydasında olduğu göstərilsə də, az sonra məlumat yenilənib. Şirkətdən “sessiya əlçatanlığı” ilə bağlı texniki problemin yarandığı təsdiqlənib və hazırda araşdırma aparıldığı qeyd olunub.
Xatırladaq ki, bu, “Discord”da son günlər baş verən ikinci böyük çökmədir. Sentyabrın 11-də də platformada səsli zənglərlə bağlı kütləvi nasazlıq yaranmış, “Downdetector” xidmətinə 14 mindən çox şikayət daxil olmuşdu. Şirkət həmin vaxt dəqiq səbəbi açıqlamasa da, yenilənmə verərək sistemin bərpa olunduğunu elan etmişdi.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Skott Bessent: ABŞ İran təhdidini bitirir
Prezident Trampın rəhbərliyi altında ABŞ artıq İran təhdidini idarə etmir, onu bitirir.APA xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.O, ABŞ-ın İrana qarşı dünya tarixində ən böyük iqtisadi təcrid əməliyyatı apardığını vurğulayıb.
15 Sentyabr 2026, 20:30
Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib
Maya Bitadze Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib."Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə məlumat verib.M.Bitadze daha əvvəl Gürcüstan parlamentinin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri vəzifəsində çalışıb. O, 2011–2017-ci illərdə Gürcüstanın ətraf mühitin mühafizəsi naziri, 2017–2020-ci illərdə isə Tbilisi merinin müavini olub.Qeyd edək ki, Tinatin Ruxadze iyulun 28-də Gürcüstanın mədəniyyət naziri vəzifəsindən istefa verib....
15 Sentyabr 2026, 18:00
Gələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır
ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb.Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir.Xidmətin tədricən təxminən 100 pilotsuz taksiyə qədər genişləndirilməsi planlaşdırılır.GO şirkəti texnoloji platformanı və taksi sifarişi tətbiqlərinin hazırlanması təcrübəsini təqdim edəcək. Xidmət çərçivəsində "Waymo"nun avtonom idarəetmə texnologiyası ilə təchiz edilmiş avtomobillərdən istifadə olunacaq. Yaponiyanın ən böyük taksi şirkəti olan Nihon Kotsu operativ idarəetmə və digər tapşırıqlara cavabdeh olacaq....
15 Sentyabr 2026, 17:45
Patruşev xəbərdarlıq edib: Rusiya ilə münaqişəyə girəcəyi təqdirdə, Polşa 2-3 gündə yox olacaq
Varşava Rusiyaya qarşı hərbi əməliyyatlara başlasa, Polşa dövlətçiliyi bir neçə gün ərzində mövcudluğunu itirəcək.Citypost.az Bunu Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.“Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara girərsə, ölkəmiz əlindəki bütün güc və vasitələrin arsenalından istifadə edəcək və Polşa dövlətçiliyi iki-üç gündə mövcudluğunu dayandıracaq”, - Patruşev deyib.Onun sözlərinə görə, Polşa xarici işlər naziri Rusiya hərbi gücünü açıq şəkildə diletant şəkildə qiymətləndirir.Patruşev qeyd edib ki, Varşavada Rusiya prezidentinin Rusiyadan Avropaya qarşı hərbi əməliyyatlar aparmaq üçün təhdidlərin və əsasların olmaması barədə sözlərini eşitmək istəmirlər.Qeyd edək ki, daha əvvəl Polşa XİN rəhbəri Kiyevdə çıxış edərək, Polşaya hücum edəcəyi təqdirdə, Rusiya...
15 Sentyabr 2026, 12:56
Çində pərakəndə satış artımı avqust ayında daha da zəifləyib
Çində pərakəndə satışlar avqust ayında gözləniləndən daha zəif artıb. Rəsmi statistikaya görə, satışlar illik ifadədə cəmi 0,4 faiz yüksəlib. Bu, may ayından bəri qeydə alınan ən zəif artım tempi olub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Milli Statistika Bürosunun məlumatına əsasən, pərakəndə satışlardakı artım iyundakı 1 faiz göstəricidən sonra ardıcıl ikinci ay zəifləyib. Nəticə iqtisadçıların 0,8 faizlik proqnozundan da aşağı olub.Çin pandemiyadan sonra daxili istehlakın zəifləməsi ilə mübarizə aparır. İxracın nisbətən güclü qalmasına baxmayaraq, daxili tələbin və iqtisadi fəallığın zəifliyi ölkənin iqtisadi artımına təzyiq göstərir.Eyni zamanda, avqust ayında sənaye istehsalı illik müqayisədə 5,2 faiz artıb. Bu göstərici iyuldakı 4,5 faizlik...
15 Sentyabr 2026, 09:40
Britaniyadan desant üçün mühərrikli paraşüt yeniliyi
Britaniya Müdafiə Nazirliyi düşmən xətlərinin arxasına qoşunların endirilməsi üçün mühərrikli paraşütlərdən istifadə imkanlarını araşdırır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniya Ordusu Komandanlığının məlumatına görə, bu texnologiya bəzi hallarda qoşunların təyyarə ilə desant edilməsindən daha əlverişli ola bilər. Belə ki, mühərrikli paraşütçülərin havaya qalxması üçün aerodroma ehtiyac yoxdur. Uçuş üçün dağ yamacı və arxa külək kifayət edir. Paraşütçünün uçuşa hazır vəziyyətə gəlməsi üçün səkkiz dəqiqədən az vaxt tələb olunur və əlverişli şəraitdə 320 kilometrdən çox məsafə qət etmək mümkündür.Layihədə Britaniyanın Blakcro startapı, UK Defence Innovation və Müdafiə Nazirliyi iştirak edir. Tərəflər qanadla birlikdə xüsusi tutumlu bel çantasına yerləşdirilə bilən titan...
15 Sentyabr 2026, 09:37