Bizə yazın

Baku

-°C

USD

-

Yardımlı İcra Hakimiyyətində əməliyyat: 2 nəfər saxlanıldı

Hadisə 15 Sentyabr 2026, 19:34

249

Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Citypost.az  xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıb.

Məhkəmənin qərarı ilə onların barələrində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, bu barədə ilk olaraq “ölkə.az” məlumat yayıb.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb 

1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilmiş bağlamada narkotik aşkarlanıb.Citypost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.Məlumatda bildirilib ki, bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir. Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha bir neçəsi aşkarlanaraq qarşısı alınıb.1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilmiş bağlamaya baxış keçirilərkən orada olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin aşkar edilib.Həmçinin Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün həyat yoldaşı...

15 Sentyabr 2026, 16:00

Dəmiryolundan relslər oğurlandı – 3 nəfər saxlanıldı

Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb.Bu barədə Citypost.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri - 50 yaşlı A. İsayev, 53 yaşlı İ. Qəmbərov və 37 yaşlı N. Bayramov dəmiryolu relslərini kəsərək oğurlayan zaman hadisə yerində saxlanılıblar.Faktla bağlı araşdırma aparılır.

15 Sentyabr 2026, 12:38

Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Citypost.az-a  verilən məlumata görə, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Şahməddin Alıyev saxlanılıb.Ondan ümumilikdə 8 kiloqramdan artıq narkotik vasitə və 180 ədəd psixotrop tərkibli həb aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır....

15 Sentyabr 2026, 11:08

“Sovetski”də söküntü ərazisindən meyit tapıldı

Bakıda söküntü ərazisindən meyit tapılıb.Modern.az xəbər verir ki, hadisə sentyabrın 13-ü saat 17 radələrində Ş.Rəhimov küçəsi 43-də baş verib.“Sovetski”də sökülən binanın qalıqları arasından üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti aşkar edilib.Həmin şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib.Araşdırma aparılır.

14 Sentyabr 2026, 17:46

Ağcabədidə çoxillik tut bağında baş verən yanğın məhdudlaşdırılıb

Ağcabədi rayonunda çoxillik tut bağında baş verən yanğın məhdudlaşdırılıb.Bu barədə "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Ağcabədi rayonu, Hindarxı qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir....

14 Sentyabr 2026, 16:45

Ağcabədidə çoxillik tut bağı yanır 

Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb."Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.

14 Sentyabr 2026, 15:10