Pezeşkian: İranla Qətər arasında altı milyard dolların verilməsinə dair yaxşı anlaşma əldə olunub
Dünya 04 Oktyabr 2024, 20:11
20145
İranın dondurulmuş altı milyard dollar maliyyə vəsaitinin sərbəstləşdirilməsi istiqamətində Qətərlə “qarşılıqlı faydalı razılaşma” əldə edilib.
CityPost.az “Mehr” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər səfərindən Tehrana qayıdarkən bildirib.
Məlumata görə, Cənubi Koreya bankları sərbəstləşdirdikdən sonra həmin maliyyə vəsaiti Qətərdə saxlanılır.
Həmçinin oxuyun
“Bizim Qətər banklarında altı milyard dollar məbləğində vəsaitimiz var. İki ölkənin mərkəzi banklarının başçıları arasında görüşdə, habelə Qətər əmiri ilə danışıqda biz bu məsələ üzrə qarşılıqlı yaxşı anlaşma əldə etdik”, - İran Prezidenti vurğulayıb.
Xatırladaq ki, Qətərin vasitəçiliyi ilə 2023-cü ildə İran və ABŞ arasında İslam Respublikasının altı milyard dollar maliyyə vəsaitinin sərbəstləşdirilməsinə dair razılıq əldə edilib. Bu maliyyə vəsaiti 2018-ci ildə Cənubi Koreyanın iki bankının ABŞ-nin sanksiyasına məruz qalması nəticəsində dondurulub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Viza müraciətində ən çox rədd cavabı gətirən səbəblər: Səfirliklərin diqqət etdiyi maliyyə çıxarışları
Xarici ölkələrə səyahət, təhsil və ya iş məqsədilə viza müraciəti edən şəxslərin qarşılaşdığı ən böyük maneələrdən biri gözlənilmədən gələn rədd cavablarıdır. Şengen zonası, Böyük Britaniya və ya ABŞ kimi ciddi viza rejimi tətbiq edən ölkələrin konsulluqları müraciətləri qiymətləndirərkən son dərəcə həssas davranırlar. Səfirliklərin imtina qərarlarında əsas yeri gediş-gəliş məqsədinin inandırıcı olmaması tutsa da, statistikaya əsasən ən çox rədd cavabına səbəb olan faktor təqdim edilən bank və maliyyə çıxarışlarındakı şübhəli məqamlardır.Citypost.az xəbər verir ki, konsulluq zabitləri üçün bank hesabındakı məbləğ sadəcə bir rəqəm deyil, müraciət edənin öz ölkəsindəki maliyyə sabitliyinin və səfər xərclərini sərbəst qarşılaya biləcəyinin əsas göstəricisidir. Səfirliklərin maliyyə sənədlərində...
07 Avqust 2026, 11:26
Dnepropetrovsk hücuma məruz qaldı - Ölənlər var
Rusiya ordusu Dnepropetrovsk vilayətinə zərbə endirib, nəticədə 5 nəfər ölüb.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk regional hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja Teleqram kanalında məlumat verib.Hücum nəticəsində üç nəfər yaralanıb. Yaralılar hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
06 Avqust 2026, 18:11
Kiyevdə matəm elan edildi
Rusiyanın raket və dron hücumu qurbanları üçün Kiyev bölgəsində matəm elan edilib.Citypost.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko Teleqramda məlumat verib.Matəm əlaməti olaraq, Kiyev bölgəsində Ukraynanın Dövlət bayrağı yarıyadək endiriləcək və əyləncə tədbirləri məhdudlaşdırılacaq.Qeyd edək ki, Kiyev vilayətinə avqustun 5-i gecəsi edilən kütləvi raket və dron hücumu nəticəsində yaralıların sayı 44 nəfərə çatıb, 17 mülki şəxs həlak olub....
05 Avqust 2026, 16:50
Heqset: ABŞ ordusu İrana zərbə endirməyə tam hazırdır
ABŞ ordusu zərurət yaranacağı təqdirdə, İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyə hazır vəziyyətdədir.Bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset “X” sosial şəbəkəsində bildirib.“ABŞ Müharibə Nazirliyi hazır idi və hazır olaraq qalır. Bu hazırlıq səviyyəsi İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasdadır. Silahlar istifadəyə hazırdır”, – Heqset yazıb.Qeyd edək ki, bu bəyanat ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları və Vaşinqtonla Tehran arasında gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir....
03 Avqust 2026, 12:55
Ceki Çan Bakıya gəldi
Dünya şöhrətli məşhur aktyor Ceki Çan Bakıya gəlib.Citypost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.O, Bakıya film çəkilişi üçün gəlib.|Kult.az
03 Avqust 2026, 11:20
Moskvada restoranda partlayışda ölənlərin sayı 5 nəfərə çatıb
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən restoranda baş verən partlayış nəticəsində ölənlərin sayı beşə çatıb.Bu barədə REN TV məlumat yayıbBildirilib ki, iki nəfər xəstəxanada ölüb. Altı nəfərdən çox yaralının vəziyyəti ağır olaraq qalır və həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparmağa davam edirlər.
02 Avqust 2026, 13:27