KİV: Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir
Dünya 11 Fevral 2025, 20:55
9782
Çin Donald Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırmaq qərarından sonra proqramları maliyyəsiz qalan ölkələrə öz yardımını təklif edir.
Bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, Çin rəsmiləri artıq Nepal hökumətinə USAID proqramlarını öz inkişaf layihələri ilə əvəz etməyə hazır olduqları barədə məlumat veriblər.
Bundan əlavə, Baş nazir Mark Braunun başçılıq etdiyi Kuk adalarının rəsmi nümayəndə heyəti bu həftə Çinə səfər edərək ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə dair saziş imzalayacaq. Saziş ada dövlətinin infrastrukturunun inkişafına Çin investisiyalarının artırılmasını nəzərdə tutur.
Həmçinin oxuyun
Kolumbiyada QHT-lər Çinin dondurulmuş USAID proqramlarını əvəz etməkdə maraqlı olduğunu bildirir. 2024-cü ildə ölkə agentlikdən təxminən 385 milyon dollar əldə edib.
Qeyd olunur ki, Pekin yaranmış vəziyyətdən istifadə edərək, Çinin maraqlarını irəli sürmək üçün strateji əhəmiyyət kəsb edən ölkələr və regionlardan mümkün qədər tez ABŞ-ı sıxışdırıb çıxarmaq niyyətindədir.
KİV-in məlumatına görə, Nümayəndələr Palatasının demokratları Tramp administrasiyasını Amerikanın xarici yardımının dayandırılması ilə əlaqədar Çində mümkün yüksəliş barədə xəbərdar etmək üçün strategiya hazırlayıb. Bununla belə, respublikaçılar USAID-i dəstəkləmir və ya maliyyələşdirmənin bərpasını istəmirlər.
Xatırladaq ki, yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp xarici siyasətinə uyğunluğunu yoxlamaq üçün bütün xarici yardım proqramlarının 90 gün müddətinə dayandırıldığını elan edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Avstraliyada Trampın adi ilə bağlı 1.5 milyard dollarlıq layihə ləğv edildi
Avstraliyanın şərq bölgəsində planlaşdırılan və dəyəri 1.5 milyard Avstraliya dolları (təqribən 1.1 milyard ABŞ dolları) həcmində qiymətləndirilən "Tramp Qülləsi" göydələn layihəsinin icrası dayandırılıb. Buna səbəb kimi yerli podratçı şirkətin təqdimatdan üç ay sonra öz öhdəliklərini icra edə bilməməsi göstərilib.Oxu.Az xəbər verir ki, bu faktı layihənin sifarişçisi qismində çıxış edən "Trump Organization" şirkətinin rəsmisi təsdiqləyib."Büdcəsi 1.5 milyard Avstraliya dolları olaraq hesablanan layihə ətrafında aylarla sürən müzakirələr və əsassız vədlərin ardınca "Altus Property Group" şirkəti baza maliyyə öhdəliklərini belə qarşılamaq iqtidarında olmadığını nümayiş etdirib", - deyə qurum nümayəndəsi bildirib.İnşaat şirkəti olan "Altus Property Group"un rəhbəri Devid Yunqun sözlərinə görə, İrandakı hərbi münaqişə...
13 May 2026, 17:47
Həkimlər üçün “virtual xəstə” proqramı hazırlanıb
Belarusda tibb tələbələri və həkimlər üçün “MedExam” adlı virtual xəstə proqramı yaradılıb.AZƏRTAC Belarusun BelTA informasiya agentliyinə istinadla xəbər verir ki, layihə Vitebsk Dövlət Tibb Universiteti və Yüksək Texnologiyalar Parkının rezidentlərindən biri tərəfindən hazırlanıb. Məlumata görə, proqram simulyasiya olunmuş klinik şəraitdə diaqnoz və müalicə bacarıqlarının inkişafına xidmət edir.Platformanın açıq sistemi müxtəlif tibbi ssenarilərin əlavə edilməsinə imkan verir. Hazırda 12 ssenari hazırlanıb.Qeyd olunub ki, virtual xəstə proqramından həm təlim, həm də gələcək həkimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün istifadə ediləcək. ...
13 May 2026, 17:12
Trampın Çinə səfəri başlayıb
ABŞ Prezidenti Donald Tramp Çində səfərdədir.APA xəbər verir ki, Trampın təyyarəsi Pekində hava limanına eniş edib.Trampın Çin Xalq Respublikasının sədri Si Cin Pinlə görüşəcəyi gözlənilir.
13 May 2026, 16:02
Ukrayna Rusiya əsirliyindən 9000-dən çox vətəndaşını geri qaytarıb
Ukrayna Rusiya əsirliyindən 9000-dən çox vətəndaşını geri qaytarıb. Onların arasında Rusiyanın qanunsuz olaraq saxladığı yüzlərlə mülki şəxs də var.AZƏRTAC xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Komissarı, ombudsman Dmitri Lubinets parlamentdə çıxışı zamanı deyib.Onun sözlərinə görə, Rusiya əsirliyindən ümumilikdə 9048 Ukrayna vətəndaşı geri qaytarılıb. Bunlardan 452-si mülki şəxsdir.Ombudsman bildirib ki, 2025-ci ildə Ukrayna Rusiya tərəfi ilə birbaşa əlaqə saxlayıb. Bunun sayəsində Rusiyadakı məhbuslara 5 min bağlama isti geyim və tibbi ləvazimatlar və məktub göndərilib....
13 May 2026, 14:18
ABŞ şirkəti TRIPP ərazisində tədqiqat aparmaq üçün Ermənistana gedib
ABŞ-ın AECOM şirkətinin əməkdaşları TRIPP layihəsinin tikintisi ilə bağlı ərazinin araşdırılması məqsədilə Ermənistana səfər ediblər.APA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.Məlumata görə, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ABŞ nümayəndə heyətini qəbul edib.Görüşdə ABŞ nümayəndələri texniki-iqtisadi əsaslandırmanın hazırlanması üzrə işlərin əsas istiqamətlərini və gözlənilən nəticələri təqdim ediblər.
13 May 2026, 14:06
Serbiya NATO ilə ilk hərbi təlimlərini keçirir
Serbiya tarixində ilk dəfə olaraq NATO ölkələri ilə birgə hərbi təlimlər keçirib. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, respublikanın Müdafiə Nazirliyi öz saytında məlumat verib.Bəyanatda deyilir: "NATO-Serbiya adlanan təlimdə Serbiya Ordusu və İtaliya, Rumıniya və Türkiyə silahlı qüvvələrindən təxminən 600 hərbçi, eləcə də Böyük Britaniya, İtaliya, Almaniya, Rumıniya, ABŞ, Serbiya, Türkiyə, Fransa və Monteneqrodan olan hərbi planlaşdırıcılar və müşahidəçilər iştirak edir".Təlimlərə Serbiyanın Üçüncü Ordu Briqadasının komandir müavini polkovnik Branislav Stevanoviçin rəhbərlik etdiyi dəqiqləşdirilir.Təlimlər taktiki səviyyədə keçirilir və 23 maya qədər davam edəcək. Departamentin məlumatına görə, təlimlər nəticəsində Serbiya və NATO əsgərlərinin "təcrübə mübadiləsi" apara və birgə əməliyyat bacarıqlarını inkişaf...
13 May 2026, 11:32