Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Hadisə 11 Mart 2025, 14:58
22917
Bakıda yanaraq dünyasını dəyişən müğənni Həmidə Elşən qızı Tağıyevanın anası qızının ölümü ilə bağlı şok iddialar səsləndirib.Hadisə 2024-cü ilin mayın 3-də gecə saatlarında Xırdalan qəbiristanlığında baş verib. Yanıq xəsarətləri alaraq ölən müğənninin anası Samirə Tağıyeva hadisənin əslində intihar yox,cinayət əməli olduğunu bildirib.
Bu barədə O, CityPost.az saytına verdiyi müsahibəsində bildirib.
“Qızım müğənnilik edirdi.O,məclislərin birində Nəsirov Tahir Vaqif oğlu ilə tanış olmuşdu. Aralarında sevgi münasibətləri yaranmışdı. Daha sonra öyrəndik ki,Tahirin yaşı çoxdur və kriminal işlərlə məşğuldur. Bu əməllərinə görə uzun müddət həbsdə olub, məhkumluq həyatı yaşayıb. Bunu bildikdən sonra qızım Tahirdən uzaqlaşmaq istəyirdi. Bu səbəbdən də aralarında dəfələrlə münaqişələr yaşanmışdı. Sonuncu dəfə qızıma tələ quraraq onu evdən çıxardıblar. Hadisə günü gecə qızımı “şaurma” yemək adı ilə evdən çağırdılar. Tahir qızımı gecə saatlarında Xırdalan qəbiristanlığına apararaq orada üstünə benzin tökərək yandırıb. Bununla da öz aləmində qızımı cəzalandırmaq istəyib.
Qızımın yanıqlarının ağır olduğunu gördükdən sonra onu ağır vəziyyətdə Nərimanov rayonu ərazisində yerləşən 5 saylı Şəhər Xəstəxanasına aparıblar. Bütün bunlar hamısı təbii ki,şəhərdə olan təhlükəsizlik kameralarına düşüb. Tahir qızıma hədə-qorxu gəlib ki, müstəntiqlərə desin ki, guya özü intihara cəhd edib. Qızımı qorxudub ki, belə ifadə verməsən ailənin başına oyun açacam. Qızım da ondan qorxduğu üçün təzyiq altında ifadə verib. Qızım yandıqdan sonra bizim heç birimizi xəstəxananın palatasına buraxmadılar. Tək olduğu üçün qorxusundan Tahirin dediyi kimi ifadə verib.3 gündən sonra mən zorla da olsa,qızımın yanına girə bildim.Gördüm ki, balam tamamı ilə yanıb. Mənə dedi ki,”ay mama,məni Tahir yandırdı. Burdan çıxarın,yoxsa, məni öldürəcəklər”. Bu sözləri qızım mənə deyən zaman otaqda tibb bacısı da var idi. Daha sonra o işçilər də xəstəxanadan yoxa çıxdılar. Çox narahat oldum. Çölə çıxdım ki, bu haqda yaxınlarıma da məlumat verim.Mən çölə çıxandan sonra qızıma iynə vurub öldürdülər. (Red- Bu,müsahibin iddiasıdır.Onun fikirləri saytın xəbər siyasəti ilə üst-üstə düşməyə də bilər.)”,-deyə Samirə Tağıyeva bildirib.
s,hadisə baş verən avtomobil kimə məxsus olub?
Ölən qızın anası bildirib ki,hadisə ilə bağlı gizlədilən bir nəfər qız var.Avtomobil də həmin şəxsə məxsus olub.
“Qara “Hunday Elantra” 10 – CK- 016 dövlət nömrə nişanlı avtomobillə gecə qızımı aparıblar. Maşın qızımın rəfiqəsi Miriyeva Fatimə Fəxrəddin qızına məxsusdur. Həmin Fatimənin də əvvəllər Tahirlə sevgi münasibətləri olub. Qızım da Tahiri Fatiməyə görə tanıyıb. Hadisə olandan sonra Tahir maşını aparıb xüsusi vasitə ilə yuduzdurub ki,iz itsin. Tahirin verdiyi ifadələr hamısı ziddiyət təşkil edir. Bu işdən həmin Fatimənin də xəbəri var.Amma bütün bunları gizlədir .Çünki,onun da Tahirlə əlaqələri var”,- deyə şikayətçi bildirib.
Samirə Tağıyevanın sözlərinə görə,işin istintaqından narazıdır. Bu səbəbdən də bir neçə dəfə rəsmi şəxslərin qəbulunda olub.Bu qəbullardan sonra iş Abşeron Rayon Prokurorluğundan alınaraq 2024-cü ilin dekabrından Binəqədir Rayon Prokurorluğuna verilib.
CityPost.az adı hallanan Nəsirov Tahir Vaqif oğlu ilə əlaqə saxlamağa çalışsa da,O telefon zənglərinə cavab verməyib.
Sayt yazıda adı hallanan Fatimə Miriyeva ilə də əlaqə saxlayıb.
Fatimə Miriyeva avtomobilin ona məxsus olduğunu təsdiqləyib.
Həmçinin oxuyun
“ Faciəli şəkildə dünyasını dəyişən Həmidə mənim qohumumdur.Hadisədən yalnız səhər saatlarında xəbər tutmuşam. Mən maşınımı Tahirə sürməyə vermişdim.Qalan orada nə baş verməsindən və digər heç nədən xəbərim olmayıb. Müstəntiqlər tərəfindən bütün bunlar araşdırılıb,mənim telefonumun anten məlumatları çıxarılaraq yoxlanılıb”,-deyə O, bildirib.
Bəs,avtomobili Tahir Nəsirova idarə etmək üçün etibarnamə vermişdinizmi? sualına Fatimə Miriyeva belə bir sənədin olmadığını bildirib.
“Etiraf edirəm ki,burada səhv etmişəm.Ona sürmək üçün etibarnamə verməmişdim.Mən hardan bilərdim ki, belə hadisə baş verə bilər.Bir sözü də deyim ki,Həmidə ilə Tahir sevgili idilər və bir evdə yaşayırdılar. Hadisə baş veribsə,burada mənim nə günahım var?”,-deyə O, bildirib.
Mövzu ilə bağlı Həmidə Tağıyevanın ailəsinin hüquqi nümayəndəsi,hüquqşünas Samir Zeynallı bəzi məqamlara diqqət çəkib.
Tahirin deməsinə görə saat 03:30 radələrində onlar Xırdalan qəbiristanlığında olublar. Buna əsas səbəb kimi Həmidənin öz nənəsinə fatihə oxuması istəyini göstərib. Hansı ki, Həmidənin nənəsi Xırdalan qəbiristanlığında dəfn olunmayıb və Həmidə ağır vəziyyətdə verdiyi ifadəsində belə olduqları yerin qəbiristanlıq olduğunu qeyd etmir.
Tahir ifadəsində həmçinin onu göstərir ki, Həmidənin yanmasının səbəbi ehtiyatsızlıqdan olub. Belə ki, Həmidə siqaret çəkmək istəyərkən ehtiyatsızlığı ucbatından göstərilən hadisə baş verib və həmin an Həmidənin əlində benzin olub. Tahirin deməsinə görə o özü həmin müddətdə telefonla danışırmış. Maraqlıdır ki, Tahir ola-ola Həmidə ocaq qalamaq işini nədənsə öhdəsinə götürüb və nəticə etibarı ilə bir anın içində alovlara qərq olaraq bədənin 55 faizdən çox hissəsinin yanmasına məruz qalıb. Benzinin məhz Həmidənin əlində olmasını nəzərə alsaq, bu qənaətə gəlmək olur. Yoxsa ki, siqareti Həmidə benzinlə yandıracaq qədər ağılsız deyildi ki...
Burada sadə məntiqi işə salaq və bu sualı verək: Tahirin bu ifadəsi inandırıcı və həqiqətə uyğun görünürmü...?! Əlbəttə ki, xeyr! Tahir ifadəsində həmçinin qeyd edir ki, Həmidə ondan siqaret istəyib, lakin o buna etiraz edib. Daha sonra göstərir ki, siqaret maşının arxa oturacağında olub. Buradan o nəticə hasil olur ki, Tahir Həmidəyə etiraz etdiyindən sözsüz ki, ona siqaret verməyib və bunu görən Həmidə siqareti maşının arxa oturacağından götürüb.
Hüquqşünas Samir Zeynalov
Sual: Məgər bunu Həmidə öncədən edə bilməzdi...?! Axı o siqaretin əslində Tahirdə yox, maşının arxa oturağında olduğunu axı bilirdi. Bundan başqa Həmidənin Tahirdən çəkindiyini, yəni bir qadın olaraq qorxduğunu nəzərə alsaq, Tahrinin etirazından sonra onun belə bir addım atması da inandırıcı görünmür.
Onu da qeyd etməkdə fayda var ki, Həmidə ağır şəraitdə verdiyi ifadəsində siqaret çəkmədiyini bildirib.
Onu da əlavə edim ki, Həmidənin izahatı video çəkiliş vasitəsilə qeydə alınıb və istintaq materiallarında olan məlumata əsasən Həmidənin izahatı alınarkən növbətçi həkim Cəfərova Vüsalə Sabir qızı da iştirakçı olub. Lakin Həmidənin anasının deməsinə görə Vüsalə Cəfərova qeyd olunan faktı təkzib edib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanılsa da heç bir zəruri araşdırma aparılmadan 03 iyun 2024-cü il tarixdə iş üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilib.
Həmin qərar tərəfimizdən edilən çoxsaylı şikayətlərin nəticəsi olaraq 23 iyul 2024-cü il tarixdə ləğv edilmiş və iş üzrə əlavə araşdırma aparılıb.
Lakin göstərilən ziddiyyətlər üzrə həqiqətin müəyyən edilməsi təmin edilməyib.
2024-cü ilin sentyabr ayında Baş Prokuror cənab Kamran Əliyevin iş üzrə qəbulu həyata keçirilmiş, bir müddət sonra verilmiş göstərişə əsasən iş üzrə icraat Abşeron rayon prokurorluğundan alınaraq, davam etdirilməsi üçün Binəqədi Rayon Prokurorluğuna həvalə edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
İstəkli tələbimiz ondan ibarətdir ki, iş üzrə icraat Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilsin. Əslində bu hal sentyabr ayında gerçəkləşməli idi. Çünki itirilmiş zaman cinayət işi üzrə həqiqətin müəyyən edilməsini xeyli çətinləşdirib. Bu isə öz növbəsində vətəndaşın pozulmuş hüquq və mənafeyinin bərpasını təmin etmir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb
İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən Elvin Mustafayev və tanışı N.İsaxanova saxlanılıblar.Onlardan 15 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Mustafayev və N.İsxanova sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib....
11 Fevral 2026, 10:47
İlhamə Quliyevanın bacısı qızı həbs edildi
Azərbaycanın mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib.Citypost.az xəbər verir ki, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilir.Qeyd edək ki, daha əvvəl Nigar Həsənovanın sahibkardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı. O, İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır. (Manset.az)...
11 Fevral 2026, 10:21
Gəncədə güclü yağış fəsadlar törədib
Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub.APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarından yağan güclü yağış nəticəsində şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel keçib. Qəsəbədə əsas küçələrindən birini sel basıb.Bunda başqa, sel sulları qəsəbədə piyadaların və avtomobillərin hərəkətinə çətinliklər yaradıb.Qəsəbə sakinləri APA-nın yerli bürosuna bildiriblər ki, küçəyə dolan sel sulların evlərə ziyan vurub. Sakinlər bununla bağlı adiyyəti qurumlara məlumat veriblər. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir....
10 Fevral 2026, 17:00
Yaşlıların təqaüd kartlarını talayan şəxs saxlanıldı
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.Citypost.az xəbər verir ki, araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb.Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib.Faktlarla bağlı araşdırma aparılır....
10 Fevral 2026, 11:22
Lənkəranda ahıl şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.CityPost.az-ın verdiyi xəbərə görə, araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb.Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib. Faktlarla bağlı araşdırma aparılır....
10 Fevral 2026, 10:06
Samuxda evdə 26 yaşlı oğlanın meyiti tapılıb
Samuxda evdə meyit tapılıb.Citypost.az-nın yerli bürosunun məlumatına görə, rayon sakini 2000-ci il təvəllüdlü Ə.Ələkbərovun meyiti yaşadığı evdə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Ölümün hansı səbəbdən baş verməsi məlum deyil.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
09 Fevral 2026, 13:47