Bizə yazın

Baku

-°C

USD

-

“Oğlum vaxtsız getdi, Sayalım da öldü” - Ər-arvadın ölümünün təfərrüatı 

Hadisə 07 İyun 2025, 21:24

3980

Xəbər verdiyimiz kimi, ötən gün Mingəçevirdə mənzildən ər-arvadın meyiti tapılıb.

Citypost.az  Teleqraf-a istinadən xəbər verir ki, evdə xanımı ilə birgə meyiti aşkarlanan 64 yaşlı kişi Rusiya vətəndaşıdır.

Belə ki, hadisə şəhərin 20 Yanvar küçəsi, 6 ünvanında yerləşən həyət evində baş verib.

Həmin ünvandakı evdə ölmüş vəziyyətə aşkarlanan 1961-ci il təvəllüdlü Mustafa Babayevin və onun 1962-ci il təvəllüdlü xanımı Sayalı Babayevanın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Mərhum Mustafa Babayevin qudası - qızının qayınatası Nuraləm Əsgərovun verdiyi məlumata görə, bir oğul və bir qız övladı olan mərhum cütlük mehriban və xoşbəxt yaşayıb. Rusiya vətəndaşı olan Mustafa Babayev 30 il orada fasiləsiz yaşayıb.

Ailənin xoşbəxtliyi iki ay öncə pozulub. Ailənin Rusiyada yaşayan yeganə oğul övladı Murad münaqişə zəminində tacik millətindən olan cinayətkarlar tərəfindən qətlə yetirilib. Mərhumun meyiti Mingəçevirə gətirilərək dəfn olunub.

Mayın 1-də Muradın 40 günlük yas mərasimi keçirilib.

Yaxınlarının sözlərinə görə, övlad itkisi ata-ananın dərin üzüntüsünə səbəb olub. Xəstə olan ana infarkt keçirib.

Dünən Sayalı Babayeva növbəti dəfə infarkt keçirərək vəfat edib.

Həyat yoldaşının öldüyünü görən Mustafa Babayev qudası Nurələm kişiyə və dostuna qısa məzmunlu mesaj yazıb: “Oğlum vaxtsız getdi, Sayalım da öldü. Daha yaşamağa həvəsim yoxdur. Salamat qalın, mən gedirəm. 15 dəqiqə sonra gələrsiniz bizə”.

Mesajı göndərdikdən dərhal sonra Mustafa Babayev həyətdə özünü asaraq öldürüb.

Mesajı alan quda, kürəkən və digər doğmalar tələsik özlərini həmin ünvana çatdırsalar da, ər-arvadı ölmüş vəziyyətdə aşkar ediblər.

Qeyd edək ki, ailədən yeganə sağ qalan ailəli qız övladıdır. Rusiyada qətlə yetirilmiş Murad subay olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Badamdarda açıq ərazidə yanğın olub

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində açıq ərazidə yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində 100 kv.m. sahədə qamışlıq yanıb.Yaxınlıqda yerləşən tikililər və kommunikasiya xətləri yanğından mühafizə olunub....

05 İyun 2026, 18:05

Bakıda obyektdən 6 ton metal avadanlıq oğurlanıb

Sabunçu rayonu ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 8000 manat olan 6 ton metal avadanlıq oğurlanıb.DİN-in Mətbuat xidmətindən Citypost.a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş 33 yaşlı T.Əzimov müəyyən edilərək saxlanılıb.Araşdırmalar zamanı onun işlədiyi obyektdən dəmir avadanlıqları hissə-hissə talayaraq metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.Faktla bağlı araşdırmalar davam etdirilir....

05 İyun 2026, 17:54

Ağcabədidə avtomobil qəzası olub, xəsarət alanlar var 

Ağcabədi rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi prospektində qeydə alınıb.Cavid Əfqanlının idarə etdiyi "VAZ-2106" və Elvin Əliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin "VAZ-2106"da olan 3 yaşlı uşaq ağır xəsarətlər alıb. Onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.

05 İyun 2026, 16:10

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib 

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.Bu barədə  Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən edilən daha bir şəxsin iyunun dördündə nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.Belə ki, 2022-ci ildən etibarən bir qrup vətəndaşı əlillik təqaüdünün təyin etdirilməsi və ya işə düzəltmək adı ilə aldadaraq, vətəndaşların etibarından sui-istifadə etməklə qeyd olunan məqsədlə onlardan pul vəsaiti almaqla zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqda ittiham edilmiş...

05 İyun 2026, 00:08

Zelenski Putinə açıq məktub ünvanlayıb 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb.CityPost.az  xəbər verir ki, məktubda Zelenski Putini müharibəyə son qoymağa və liderlər səviyyəsində birbaşa danışıqlara keçməyə çağırıb.Zelenski xatırladıb ki, 26 il əvvəl Putin Rusiyanı idarə etməyə başlayanda Ukraynada bir çoxları ona müsbət yanaşırdı. Amma onun sözlərinə görə, bu, artıq keçmişdə qalıb."İndi ukraynalıların mütləq əksəriyyəti uzunmənzilli dronlarımızın 1000 kilometrdən çox məsafəni qət edərək Sankt-Peterburqda forumunuzun açılışında iştirak etməsinə müsbət yanaşır. Bildiyiniz kimi, bu məsafə bizim imkanlarımız daxilindədir", - Zelenski qeyd edib.O, Putinin 26 illik hakimiyyətinin Ukrayna ilə Rusiya arasındakı münasibətlərdə gündəmi tamamilə dəyişdirdiyini vurğulayaraq, xalqların ticarət müzakirələrindən yalnız zərbələr və itkilərə...

04 İyun 2026, 23:34

Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb 

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bildirilib ki, qəza səbəbindən prospektin hər iki istiqamətində sıxlıq yaranıb.Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

04 İyun 2026, 16:51