Bizə yazın

Baku

-°C

USD

-

Bakı sakini dəm qazından boğulub 

Hadisə 02 Dekabr 2025, 10:58

142

Bakı sakini dəm qazından boğularaq ölüb.

CityPost.az  xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Orxan Bayramov yaşadığı Qaraçuxur qəsəbəsindəki evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır  

Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.CityPost.az  gununsesi.info-a istinadən xəbər verir ki, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.Məlumatda Əli Kərimlinin təkadamlıq kamerada yerləşdirildiyi məlum olub.Bu arada AXCP sədrinin vəkili Aqil Layıc müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub....

02 Dekabr 2025, 11:09

İrandan Azərbaycana 21 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb 

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.Bu barədə  Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.Belə ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

01 Dekabr 2025, 12:42

Cəmil Həsənlinin şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb

Cəmil Həsənlinin şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.CityPost.az   xəbər verir ki, Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə şahid qismində dindirilmək üçün bu gün DTX-ya çağırılmışdı.

30 Noyabr 2025, 21:12

Əli Kərimli və müşaviri Ramiz Mehdiyevin cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olunub 

Ötən gün AXCP sədri Əli Kərimli və AXCP sədrinin müşaviri Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılıb, daha sonra onlar DTX-yə aparılaraq orada dindiriliblər.Bu gün isə "Report"a məlum olub ki, hər iki şəxs PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə artıq şübhəli şəxs qismində istintaqa cəlb ediliblər.Hələlik onlara ittiham elan olunmayıb.Qeyd edək ki, axtarış zamanı Əli Kərimlinin evindən "Milyarderlər İttifaqı" ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb.Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə...

30 Noyabr 2025, 20:17

Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir 

Sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.CityPost.az  xəbər verir ki, bu barədə keçmiş millət vəkili özü sosial şəbəkə hesabında məlumat yayıb.O bildirib ki, İstanbulda polis idarəsinə gətirilib və böyük ehtimalla Azərbaycana deportasiya olunacaq.Qeyd edək ki, Gültəkin Hacıbəylinin adı “Ramiz Mehdiyevin işi”ndə hallanır.

30 Noyabr 2025, 09:43

Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində yaşayış binasında yanğın baş verib 

Noyabrın 29-u axşam saatlarından etibarən Rusiya ordusu pilotsuz uçuş aparatları ilə Kiyev vilayətini hədəfə alıb.Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik “Telegram” kanalında məlumat verib.Onun sözlərinə görə, zərbələr yaşayış məhəllələrinə tuş gəlib. Hücum nəticəsində bir sıra dağıntılar qeydə alınıb.“Təəssüf ki, Vışqorodda hücum nəticəsində çoxmərtəbəli binada yanğın başlayıb. Hadisə yerində xilasedicilər, polis və tibb əməkdaşları çalışır”, – deyə o bildirib.Bundan əlavə, bir fərdi yaşayış evi dağılıb, bir müəssisənin ərazisində də yanğın qeydə alınıb....

30 Noyabr 2025, 09:09