Boşanma zamanı şəxsi mülkiyyət – arvad pay tələb edə bilərmi?
Hüquq 17 Yanvar 2026, 11:06
142
Ailə münasibətlərində əmlakın paylaşılması məsələsi boşanma zamanı ən çox mübahisə doğuran mövzulardan biridir. Bir çox insan sual edir: “Əgər mənim atamın adına olan ev mənə qalıbsa, boşananda arvad mənim bu əmlakımdan pay tələb edə bilərmi?”
Citypost.az-ın məlumatına görə Azərbaycan Respublikası qanunvericiliyinə görə, nikaha daxil olanadək ər və arvadın hər biri öz adlarına olan əmlak üzərində tam mülkiyyət hüququna malikdir. Habelə, nikah dövründə hədiyyə şəklində və ya vəsərəsilik yolu ilə əldə olunan əmlak da hər bir tərəfin ayrıca mülkiyyətində sayılır. Belə əmlak boşanma zamanı ər-arvad arasında bölünə bilməz, çünki onlar birgə mülkiyyət hesab olunmur.
Lakin qanun istisnalar da nəzərdə tutur. Əgər nikah dövründə bir tərəfin şəxsi əmlakı hesabına digər tərəfin şəxsi mülkiyyətində olan əmlakın dəyəri əhəmiyyətli dərəcədə artırılıbsa – məsələn, əsaslı təmir, yenidənqurma və ya yeni avadanlıqla təchizetmə kimi xərclər edilibsə – bu halda həmin əmlak birgə mülkiyyət hesab edilə bilər. Belə vəziyyətdə tərəflərdən biri digərindən pay və ya kompensasiya tələb edə bilər.
Nəticə olaraq, atanın adına olan və sənə qalmış ev yalnız sənin şəxsi mülkiyyətin sayılır, arvad bundan avtomatik pay tələb edə bilməz. Yalnız nikah dövründə həmin əmlakın dəyərini artıran böyük maliyyə yatırımlar olduqda, hüquqi mübahisə mümkündür.
Həmçinin oxuyun
"Baş verənlər regionda humanitar vəziyyətə və ictimai sabitliyə də təsirsiz ötüşməyəcək”
Kiberpolis qanunsuz onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxsləri saxlayıb
İranı xaricdən qızıdıranlar var? - Millət vəkili ilə MÜZAKİRƏ
İrandakı hadisələr Rusiyanın mövqeyini daha da zəiflədə bilərmi? – Ekspert şərhi
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nəzarətsiz heyvanların hüquqi taleyi: 6 ay sonra mülkiyyət tapan şəxsə keçir
Sahibsiz və ya nəzarətsiz heyvanlarla bağlı hüquqi münasibətlər ölkə qanunvericiliyində xüsusi qaydada tənzimlənir. Məqsəd həm heyvanların təhlükəsizliyinin təmin edilməsi, həm də mümkün mülkiyyət mübahisələrinin qarşısının alınmasıdır. Qanuna əsasən, nəzarətsiz heyvan aşkar edən şəxs bu barədə müvafiq polis orqanlarına məlumat verməlidir.Daxil olmuş məlumat əsasında aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır və heyvanın sahibinin müəyyən edilməsi üçün zəruri tədbirlər görülür. Əgər polisə məlumat verildiyi tarixdən etibarən 6 ay müddətində heyvanın sahibi tapılmazsa, həmin heyvan onu tapan şəxsin mülkiyyətinə qanuni şəkildə keçir. Bu norma vətəndaşların hüquqlarının qorunmasına və sahibsiz heyvanlara qarşı məsuliyyətli yanaşmanın formalaşdırılmasına xidmət edir.Əli...
17 Yanvar 2026, 12:42
Yaxın qohumların xaricdə bağladığı NİKAH - Ölkəmizdə tanınırmı?
Son vaxtlar yaxın qohumlar arasında xaricdə nikahların bağlanması gündəmə gəlib. Xala qızı ilə xala oğlu, bibi qızı ilə bibi oğlu və ya dayı qızı ilə dayı oğlu kimi münasibətlərdə nikahların xaricdə reallaşması oxucular arasında suallar doğurur: belə nikahlar ölkəmizdə etibarlı sayılacaqmı?Citypost.az-ın məlumatına görə Azərbaycan Respublikasının Ailə Məcəlləsi aydın şəkildə göstərir ki, müəyyən yaxın qohumlar arasında nikah bağlanması qadağandır. Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, xala qızı-xala oğlu, bibi qızı-bibi oğlu, əmi qızı-əmi oğlu, dayı qızı-dayı oğlu kimi şəxslər arasında nikah hüquqi baxımdan mümkün deyil.Hüquqi nəticəsi isə belədir: xaricdə bu şəxslər arasında nikah baş tutsa belə, Azərbaycan qanunvericiliyinə görə o, ölkədə etibarlı...
16 Yanvar 2026, 19:20
Ailə vəziyyətinə görə kimlərə çağırışa möhlət verilir?
Müddətli həqiqi hərbi xidmət hər bir gəncin vətəndaşlıq borcu hesab olunsa da, qanunvericilik sosial məsuliyyət və ailə dəyərlərini də nəzərə alaraq müəyyən hallarda çağırışçıların xidmətə cəlb olunmasına möhlət verilməsini nəzərdə tutur. Xüsusilə ailədə əsas təminatçı rolunu üzərinə götürən, sosial cəhətdən həssas kateqoriyaya aid şəxslərin müdafiəsi dövlətin sosial siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi mexanizmi həm ailə institutunun qorunmasına, həm də sosial ədalətin təmin olunmasına xidmət edir. Mövcud qanunvericilikdə ailə üzvlərinin sağlamlıq vəziyyəti, uşaqların sayı, eləcə də çağırışçının himayəsində olan şəxslərin mövcudluğu əsas meyarlar kimi müəyyən edilib. Məqsəd ondan ibarətdir ki, himayəsində ağır...
16 Yanvar 2026, 16:37
Uşağın ölkədən çıxışına icazə verilmədikdə nə etmək lazımdır?
Bəzən valideynlər arasındakı şəxsi münaqişələr uşağın taleyini girov saxlayır. Xüsusilə boşanmadan sonra yaranan gərgin münasibətlər fonunda tərəflərdən birinin digərinə qarşı mövqeyi, çox vaxt uşağın maraqlarının kölgədə qalmasına səbəb olur. Uşağın təhsil, müalicə və ya digər vacib səbəblərlə ölkədən çıxmasına süni əngəllər yaradılması isə artıq hüquqi müstəviyə keçən problemdir.Citypost.az-ın məlumatına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, 18 yaşına çatmayan şəxsin ölkədən çıxışı üçün hər iki valideynin razılığı tələb olunur. Valideynlərdən biri razılıq vermədikdə, digər valideyn bu vəziyyətlə barışmaq məcburiyyətində deyil və hüquqi mexanizmlərdən istifadə edə bilər.İlk mərhələdə tələbkar tərəf mediasiya (barışdırma) təşkilatına müraciət etməlidir. Mediasiya orqanı qarşı tərəfi mübahisənin dinc yolla həlli...
14 Yanvar 2026, 12:00
Köhnə etibarnamə sürücüyə 20 min manata başa gəldi – (VİDEO)
Ceyhun Məmmədov 2008-ci ildə Hyundai markalı avtomobili 30 illik etibarnamə ilə alıb. Bir neçə ay sonra avtomobili satmaq qərarına gəlib və onu əvvəlki sahibi Nəsrulla Hüseynova geri qaytarıb. Daha sonra avtomobil üçüncü şəxsə satılıb. Sonuncu dəfə isə nəqliyyat vasitəsi 2014-cü ildə idarəetmə hüququ olmayan Bəhruz Mehdiyevin əlinə keçib və Nizami rayonu ərazisində qəza törədərək digər avtomobilə 20 min manatlıq ziyan vurub. CityPost.az xəbər verir ki,zərərçəkən avtomobil “Bakı Sığorta” şirkətində sığortalı olduğundan şirkət ödəniş edib. Lakin 9 il sonra, 2023-cü ildə sığorta şirkəti məhkəməyə müraciət edərək dəymiş zərərin avtomobilin əvvəlki sahibi Ceyhun Məmmədov tərəfindən ödənilməsini tələb edib. Şirkətdən bildirilib ki, artıq məhkəmə qərarı...
13 Yanvar 2026, 13:13
Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb
Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə aid yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə 10 faiz vergi tətbiq olunur. İndiyədək belə şəxslər arasında evlərin kirayəyə verilməsindən əldə olunan gəlirdən 14 faiz vergi tutulurdu. CityPost.az-ın məlumatına görə, bu dəyişiklik o deməkdir ki, evini 400 manata kirayə vermiş şəxs artıq aylıq 56 manat yox, 40 manat vergi ödəməlidir. Yenilik sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklara aid deyil. Bu kateqoriya üçün 14 faizlik vergi dərəcəsi dəyişməz olaraq qalır. Dəyişiklik heç də ev kirayəsindən gəlir əldə edənlərin daha az vergi ödəməsi xarakteri daşımır. Məqsəd...
13 Yanvar 2026, 12:17