Bizə yazın

Baku

-°C

USD

-

Növbə Əhəd Əhmədova çatdı  

Hadisə 23 Yanvar 2026, 16:59

10365

Adı 1 milyon manatlıq qalmaqalda hallanan sabiq deputat əks tərəfi dələduz adlandırdı.

“Rusiya–Ukrayna müharibəsindən sonra qardaşlarım Azərbaycana gəlib və Qarabağda tenderdə qalib gələn şəxslərlə birgə iş görüblər. Lakin bu fəaliyyətdən heç bir gəlir əldə etməyiblər, əksinə, qoyduqları vəsaiti də bu günədək geri ala bilməyiblər. Nəticədə gördülər ki, Azərbaycanda biznes qurmaq heç də asan deyil”.

Bu sözləri deputat Razi Nurullayev TV Müsavat-ın canlı efirində, Sevinc Telmanqızının təqdimatında yayımlanan “Canlı söhbət” verilişində demişdir. Deputat onu da bildirmişdi  ki, qardaşları Azərbaycanda dələduzluğun qurbanı olublar:

“Bir nəfər qardaşımdan 1 milyon manat pul alıb və ona qarşı dələduzluq edib. Söhbət keçmiş deputat Əhəd Əhmədov və onunla birgə daha üç nəfərdən gedir. Qardaşım bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Pulu ondan tikinti işi qurmaq adı ilə almışdılar. Daha sonra isə dövlət adından saxta “kupça” təqdim etmişdilər”.

Xatırladaq ki, adı  deputatın qardaşı məşhur iş adamı Hasil Nurullayevə kələk gəlməkdə halllanan Əhəd Əhmədov 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat olduğu günlərdə mətbuatda onun bərəsində bir-birindən qalmaqallı xəbərlər yayılıb. Sürücüsü ilə həyat yoldaşının birləşib onu döymələrindən tutmuş, bəzi şəxslərdən külli miqdarda pul alıb qaytarmaması kimi iddialar da olub. Onun Əyyubovlar komandasının üzvü olduğu bildirilirdi.Digər xəbərlərə görə O,Əyyubovlara da kələk gəlib və  onlara məxsus milyonlarla vəsaiti ələ keçirib.

CityPost.az  -ın apardığı araşdırma nəticəsində bəlli olub ki,zərərçəkmiş Hasil Nurullayev Əhəd Əhmədovun dələduzluq əməlləri barədə Baş Prokurorluğa müraciət edib.Daha sonra isə işin təqibi hadisənin baş verdiyi ərazi üzrə Xətai Rayon Polis İdarəsində aparılıb.Ə.Əhmədov vurduğu ziyanın bir qismini qaytarıb.Barəsində istintaq işi isə davam edir.Onun həbs ediləcəyi gözlənilir.

Əhəd Əhmədov isə suallarımıza cavab olaraq bildirib:

“Hasil Nurullayev kimdir ki,məni polisə versin.Dələduz onlar özləridir.Onlar qələt edirlər.Belə adamlar barədə danışmağı özümə rəva bilmirəm.Siz işin axırını gözləyin”.

Müşərrəfxanım

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi 

Bakıda məktəbli qıza qarşı əxlaqsızlıq hərəkətləri etmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 2000-ci il təvəllüdlü V.Abbasova hökm oxunub.O, Cinayət Məcəlləsinin 150.2-1.1-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə təqsirli bilinib.Məlum olub ki, V.Abbasov paytaxtın Qaradağ rayonunun Qızıldaş qəsəbə sakinidir və “Sədərək” ticarət mərkəzində satıcı kimi işləyib. O, Lökbatan qəsəbəsində olarkən avtobusdan düşən 17 yaşlı məktəbli qızı görüb və izləyib. Qızın ardınca binanın dəhlizinə daxil olan 26 yaşlı oğlan ona hücum edərək ağzını bağlayıb və seksual xarakterli zorakılıq hərəkətləri törədib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Abbasova 5 il...

04 Sentyabr 2026, 14:22

Bakıda avtomobil ağaca çırpıldı: sərnişin öldü

Bakıda maşın ağaca çırpılıb, sərnişin ölüb.Citypost.az  xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.Belə ki, 2000-ci il təvəllüdlü Tehran Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun sağ hissəsindəki ağaca çırpılıb.Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Eşqin Qasımov hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanılıb.

04 Sentyabr 2026, 09:36

Xırdalanda obyektdə yanğın baş verib 

Xırdalanda obyektdə yanğın baş verib.Fövqəladə Hallar Nazirliyindən Citypost.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

04 Sentyabr 2026, 08:46

Qusarda təcili tibbi yardım avtomobili yük maşını ilə toqquşub

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerıi bürosunun xəbərinə görə, hadisə rayonun Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində qeydə alınıb. Təcili tibbi yardım avtomobili ilə yük maşını toqquşub.İlkin məlumata görə, xəsarət alan olmayıb, təcili tibbi yardım avtomobilinə ziyan dəyib.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

03 Sentyabr 2026, 18:00

Şəkidə fərdi yaşayış evi yanıb

Şəkidə fərdi yaşayış evində yanğın hadisəsi olub.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Çələbixan qəsəbəsində axşam saatlarında Vüqar Barat oğlu İbadova məxsus fərdi yaşayış evində yanğın baş verib.Yanğın nəticəsində evin 45 kv/m-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.Faktla bağlı araşdırma aparılır....

02 Sentyabr 2026, 21:00

Rusiyada qadını zorlayaraq öldürməkda ittiham olunanlara ağır cəza istənilib 

12 il əvvəl Rusiyada zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə  məhkəmə istintaqı yekunlaşıb Citypost.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirlqndirilənlərin hər ikisi ayrı-ayrılıqda 15 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib .Müdafiə tərəfi çıxışa hazır olmadıqlarından növbəti proses sentyabrın 16-na təyin edilib.Qeyd edək ki,hadisə 2013-cü il iyunun 25-də Rusiyanın Tatarıstan respublikası ərazisində baş verib.Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının...

02 Sentyabr 2026, 16:22