Bizə yazın

Baku

-°C

USD

-

Bakıda narkotik alverinə qarşı əməliyyat: 6 nəfər Saxlanıldı

Hadisə 26 Mart 2026, 13:40

267

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunmuş Tural Abdullayev, Murad Tağıyev, Turan Quliyev, Ceyhun Məmmədov, İsa Heydərov və Dövlət Dövlətov saxlanılıblar.

Onlardan ümumilikdə 10 kiloqramdan artıq heroin, metamfetamin, marixuana və 1727 ədəd narkotik tərkibli həb aşkarlanıb. Saxlanılan şəxslərin narkotik vasitələri satmaq məqsədilə əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağdamda mina partladı

Ağdamda mina hadisəsi baş verib.APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində qeydə alınıb.Kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerinə cəlb olunub.Faktla bağlı araşdırma aparılır.

26 Mart 2026, 14:13

Gəncədə evdə yanğın olub, bir nəfər həyatını itirib

Gəncədə yanğın hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.Belə ki, fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.Yanğın zamanı ev sahibi 1960-cı il təvəllüdlü Z.Məmmədov tüstüdən zəhərlənərək ölüb.Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

26 Mart 2026, 11:42

İsmayıllıda məktəblinin meyiti tapılıb 

İsmayıllıda 11-ci sinif şagirdi Dadaşov Furkan Samir oğlunun meyiti tapılıb.Citypost.az xəbər verir ki, hadisə rayonun Hacihətəmli kəndində baş verib.Yeniyetmənin ölümü ilə bağlı araşdırma aparılır. (Teleqraf)

26 Mart 2026, 10:19

Dayının bacısı oğluna qarşı iyrənc cinayəti... 

Bakıda tüküpərdici cinayət hadisəsi baş verib.“Qafqazinfo”nun məlumatına görə, 30 yaşlı dayı 15 yaşlı bacısı oğluna qarşı əxlaqsız hərəkətlər edib.Belə ki, R.E 9-cu sinifdə təhsil alan bacısı oğluna qarşı üç dəfə seksual xarakterli hərəkətlər edib və bunu telefona çəkib.R.E-ni elə həmin video ələ verib. Onun telefonundakı kadrları həyat yoldaşı təsadüfən görüb. Qadın ərinin hərəkətlərinə dözməyərək polisə məlumat verib.Zərərçəkmiş məktəbli və onu təmsil edən hüquqi varisi məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olmayıblar. Təqsirləndirilən şəxs və zərərçəkmiş aralarında cəmi bir dəfə elə bir şey yaşandığını, həmin gün ikisinin də sərxoş vəziyyətdə olduqlarını deyiblər.O da məlum olub ki, təqsirləndirilən şəxs bundan əvvəl başqa birini şantaj...

25 Mart 2026, 21:37

Biləsuvarda baş verən qəzada 4 nəfər xəsarət alıb 

Biləsuvarda iki maşın toqquşub, xəsarət alanlar var.APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt–Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.Astara istiqamətində hərəkətdə olan “Mercedes” və “Rexton” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “Rexton” markalı avtomobildə olan Qubadlı rayon sakinləri olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.“Mercedes” markalı avtomobildə olan bir nəfər isə topuq nahiyəsindən xəsarət alıb. Həmin şəxsə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır....

25 Mart 2026, 17:17

Göyçayda yanğın olub

Göyçayda yanğın hadisəsi qeydə alınıb.APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çayarxı kəndi ərazisində baş verib. Qamışlıq və yabanı kolluq ərazidə başlayan yanğın qısa müddətdə genişlənərək xeyli sahəni əhatə edib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılıb. Yanğının yaxınlıqda yerləşən yaşayış tikililərinə, təsərrüfat sahələrinə və meyvə bağlarına keçməsinin qarşısı alınıb.Yanğın tam söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır....

25 Mart 2026, 16:29