Bizə yazın

Baku

-°C

USD

-

Hacıqabul sakini itkin kimi axtarılır 

Hadisə 10 Aprel 2026, 14:42

390

Hacıqabul sakini itkin düşüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Əsgərov Baxış Absalam oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

B.Əsgərovun əlamətləri: boyu 160 sm., orta bədən quruluşludur.

Evdən çıxan zaman əynində qara rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (021 204 10 32, 050 356 97 18) məlumat vermələri xahiş olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sumqayıtda yanğın təhlükəli mağazanın fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən “Tinderyol Baku” geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.Citypost.azxəbər verir ki, bu barədə FHN-dən bildirilib.Məlumata görə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyi qənaətinə gəlinib.Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Tinderyol Baku” geyim mağazasının fəaliyyətinin dayandırılması barədə qərar...

10 Aprel 2026, 14:04

Badamdarda evlərdən 23 min manatlıq oğurluq olub 

Badamdarda evlərdən 23 min manatlıq oğurluq olub."Report" xəbər verir ki, xüsusi texniki vasitələrlə qorunan həmin evdən aprelin 6-sı saat 03:13-də Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Əraziyə gələn Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları evə baxış keçirən zaman şübhəli şəxs mənzilin 1-ci mərtəbəsinin pəncərəsindən həyətə tullanaraq qaçmağa cəhd göstərib.Əlində kəsici-deşici alət olmasına baxmayaraq həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Aparılan araşdırma zamanı oğurluğa cəhd edən şəxsin əvvəllər də talama cinayətləri etdiyinə görə dəfələrlə məhkum olunan 43 yaşlı Zakir Ordiyev olduğu müəyyən edilib.Mənzilə baxış keçirilən zaman evə heç bir maddi ziyanın dəymədiyi müəyyən edilib. Hadisə yerindən isə cinayət törədən...

10 Aprel 2026, 13:09

Qanunsuz saxlanılan silahlar aşkarlanıb 

Aprelin 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 4 tüfəng, 14 patron darağı və 104 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədən Citypost.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib."Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd olunub.

10 Aprel 2026, 10:49

Qazaxda 74 yaşlı kişini avtomobil vuraraq öldürüb 

Qazaxda 74 yaşlı kişini avtomobil vuraraq öldürüb.Citypost.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Kazımov Anar Rəhman oğlu idarə etdiyi BMW markalı avtomobillə Qazax şəhəri, Səməd Vurğun küçəsində hərəkətdə olan zaman yolu keçən piyada, 1952-ci il təvəllüdlü İsmayılov Faiq Məcid oğlunu vurub.Nəticədə kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

10 Aprel 2026, 09:38

Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub 

Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb. Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, "Hyundai" markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsini azyaşlıya həvalə etdiyi müəyyən edilib. Həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunub.Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin idarə edilməsinin azyaşlıya həvalə olunması qanunazidd olmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Nəqliyyat vasitəsi sahiblərindən və...

09 Aprel 2026, 14:18

Bu il motosiklet və mopedlərin iştirakı ilə qəzalarda 3 nəfər ölüb 

Təkcə ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ü motosiklet sürücülərinin iştirakı ilə baş verib.Citypost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin motosiklet və moped sürücülərinə müraciətində deyilir.Məlumata görə, Yasamal, Xətai və Abşeron rayonları ərazisində qeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib. Qeyd olunub ki, cari ilin ilk 3 ayı ərzində isə respublika üzrə motosiklet və moped sürücülərinin təqsiri səbəbindən baş verən 5 yol-nəqliyyat hadisəsində 3 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb.Müraciətdə deyilir ki, motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri bu kateqoriyadan olan nəqliyyat vasitələrinin idarə olunması zamanı yol...

09 Aprel 2026, 13:48