Qazaxda 74 yaşlı kişini avtomobil vuraraq öldürüb
Hadisə 10 Aprel 2026, 09:38
247
Qazaxda 74 yaşlı kişini avtomobil vuraraq öldürüb.
Citypost.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Kazımov Anar Rəhman oğlu idarə etdiyi BMW markalı avtomobillə Qazax şəhəri, Səməd Vurğun küçəsində hərəkətdə olan zaman yolu keçən piyada, 1952-ci il təvəllüdlü İsmayılov Faiq Məcid oğlunu vurub.
Nəticədə kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həmçinin oxuyun
Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Aprelin 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 4 tüfəng, 14 patron darağı və 104 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədən Citypost.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib."Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd olunub.
10 Aprel 2026, 10:49
Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub
Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb. Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, "Hyundai" markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsini azyaşlıya həvalə etdiyi müəyyən edilib. Həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunub.Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin idarə edilməsinin azyaşlıya həvalə olunması qanunazidd olmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Nəqliyyat vasitəsi sahiblərindən və...
09 Aprel 2026, 14:18
Bu il motosiklet və mopedlərin iştirakı ilə qəzalarda 3 nəfər ölüb
Təkcə ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ü motosiklet sürücülərinin iştirakı ilə baş verib.Citypost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin motosiklet və moped sürücülərinə müraciətində deyilir.Məlumata görə, Yasamal, Xətai və Abşeron rayonları ərazisində qeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib. Qeyd olunub ki, cari ilin ilk 3 ayı ərzində isə respublika üzrə motosiklet və moped sürücülərinin təqsiri səbəbindən baş verən 5 yol-nəqliyyat hadisəsində 3 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb.Müraciətdə deyilir ki, motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri bu kateqoriyadan olan nəqliyyat vasitələrinin idarə olunması zamanı yol...
09 Aprel 2026, 13:48
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Aprelin 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança və 7 tüfəng aşkar edərək götürüblər.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən məlumat veilib.Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
09 Aprel 2026, 10:20
Saatlıda su kanalından 2 avtomat tapılıb
Saatlı rayonunun Nərimankənd kəndi ərazisindən keçən su kanalından odlu silahlar tapılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşlarının hadisə yerinə baxışı zamanı 2 avtomat aşkarlanaraq götürülüb.Faktla bağlı araşdırma aparılır.
09 Aprel 2026, 09:45
Nəsimi rayonunda 72 kiloqram narkotik dövriyyədən çıxarılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.Bu barədə Citypost.az DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 31 yaşlı Saleh Soltanovdan 14 kiloqram 240 qram tiryək və marixuana, 46 yaşlı Eldəniz Bağırovdan 17 kiloqram 350 qram marixuana, 200 ədəd metadon həbi, 22 yaşlı Nicat Hüseynov və onun tanışı 31 yaşlı Zeynalxan Süleymanovdan 18 kiloqram 620 qram marixuana, 43 yaşlı Rauf Ələsgərov və 28 yaşlı Baba Əzizovdan isə 22 kiloqram həşiş qətranı, tiryək, marixuana aşkarlanıb.Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 72 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial...
09 Aprel 2026, 09:15