Narkoloji xəstələrlə bağlı işə qəbul qaydaları sərtləşdirilir
Cəmiyyət 10 Aprel 2026, 12:43
429
Narkoloji xəstələrlə bağlı əmək münasibətlərində bir sıra yeni tələblər və məhdudiyyətlər müəyyənləşdirilir.
Citypost.az-ın məlumatına görə, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə görə, fəaliyyət növləri və vəzifələr üzrə məhdudiyyət nəzərdə tutulan sahələrdə işə qəbul zamanı işçilər dövlət narkoloji tibb müəssisəsinin verdiyi tibbi müayinə (yoxlama) haqqında rəy təqdim etməlidirlər. Bu rəy olmadan həmin şəxslərin müvafiq peşə və vəzifələrə işə qəbul edilməsi qadağan edilir.
Eyni zamanda, qanuna əlavə edilən müddəalara əsasən, narkoloji xəstə olan şəxslərlə bağlı əmək müqaviləsinə xitam verilməsi halları genişləndirilir. Belə ki, tibbi müayinə nəticəsində şəxsin narkoloji xəstə olması müəyyən edildikdə və ya bu cür şəxslərin fəaliyyət məhdudiyyəti tətbiq olunan peşə və vəzifələr üzrə işə qəbul edildiyi aşkarlandıqda əmək müqaviləsinə xitam verilə biləcək.
Həmçinin oxuyun
Bundan əlavə, işçinin sağlamlığına mənfi təsir göstərən ağır, zərərli və təhlükəli iş şəraitində, eləcə də əhalinin sağlamlığının qorunması məqsədilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və digər oxşar sahələrdə tibbi arayışı olmayan şəxslərlə əmək müqaviləsinin bağlanması da xitam üçün əsas kimi müəyyən edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Çevikçi" kursunu bitirən hərbi qulluqçulara beretlər təqdim olunub
Dövlət Sərhəd Xidmətinin (DSX) "N" saylı hərbi hissəsində "Çevikçi" kursunu uğurla bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunub.Bu barədə Citypost.az-a DSX-dən məlumat verilib.DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxışında bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların ölkənin müdafiə qüdrətini keyfiyyətcə yeni mərhələyə yüksəldib və bu strategiyanın tərkib hissəsi olaraq DSX-nin maddi-texniki bazası müasir tələblərə uyğun şəkildə gücləndirilib.Bildirilib ki, DSX-nin şəxsi heyəti müasir dövrün tələblərinə uyğun olaraq hazırlıqlı, vətənpərvər və yüksək intizamlı qüvvələr kimi formalaşır. Çevik Hərəkət Qüvvələrinin "Çevikçi" kursunu bitirmiş hərbi qulluqçulara bu gün təqdim edilən beretlər...
10 Aprel 2026, 15:00
Zakir Fərəcov səyyar qəbul keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən növbəti səyyar qəbul keçirilib.İH-dən Citypost.az-a verilən xəbərə görə, qəbul Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində təşkil olunub. Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də yerli sakinlər iştirak ediblər.Şəhər rəhbəri səyyar qəbulların keçirilməsinin əsas məqsədinin vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, onların gündəlik həyatında qarşılaşdıqları çətinliklərin yerində öyrənilməsi və operativ şəkildə aradan qaldırılmasından ibarət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu cür görüşlər vətəndaş məmnunluğunun artırılması və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Qəbul zamanı sakinlər tərəfindən əsasən sosial təminat, məşğulluq imkanlarının...
10 Aprel 2026, 14:52
Baş nazir Əli Əsədov qərar imzaladı
"İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər" təsdiq edilib.Citypost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Tələblərə əsasənistilik şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkənin mühafizə zonalarının ölçüləri müəyyənləşdirilmiş, həmin zonalarda təsərrüfat işlərinin aparılmasına dair tələblər nəzərdə tutulmuşdur.Mühafizə zonalarının ölçüləri yeraltı, yerüstü şəbəkələrdən və açıq istilik təchizatı sistemlərindən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər şaquli və üfüqi məsafələrə əsasən müəyyən edilir....
10 Aprel 2026, 14:25
Sahibə Qafarova parlamentin futbol komandasını təbrik etdi
Parlamentin sədri Sahibə Qafarova Türkiyənin Antalya şəhərində parlamentlərarası beynəlxalq futbol turnirində ikinci yerə çıxan Milli Məclis komandasını təbrik edib.Citypost.az xəbər verir ki, spiker bildirib ki, komandanın heyətində Milli Məclisin deputat korpusunun 10 və Milli Məclisin 7 əməkdaşı iştirak edib. “On hörmətli deputatımız və yeddi nəfər Milli Məclisin əməkdaşları futbol üzrə Türkiyədə, Antalyada turnirdə iştirak etmişdilər və orada da yer tutdular”.“Sağlam idman insanları birləşdirir. Mən inanıram ki, futbola gedən bütün əməkdaşlarımız daha yaxın olacaq” – S. Qafarova qeyd edib.Təbriklərdən sonra spiker sözü komandanın rəhbəri Fazil Mustafaya verib. Deputat oyun haqqında geniş məlumat verib....
10 Aprel 2026, 13:48
Prokurorluq avtomobillərinə yeni statusu verilir
Prokurorluq orqanlarına məxsus kriminalistik avadanlıqlarla təmin edilən avtomobillər operativ nəqliyyat vasitələri hesab ediləcək, onlara xüsusi işıq və səs siqnallarından istifadə hüququ veriləcək.Citypost.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.Qanun layihəsi “operativ nəqliyyat vasitələri” anlayışının yeni redaksiyada genişləndirilməsini nəzərdə tutur.Belə ki, hazırda qüvvədə olan qanuna görə, operativ nəqliyyat vasitələri yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların...
10 Aprel 2026, 13:42
Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti müəyyənləşir
Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti müəyyənləşir.APA xəbər verir ki, bu, Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib...
10 Aprel 2026, 13:25