Bizə yazın

Baku

-°C

USD

-

Jurnalist Kənan Rövşənoğlu: “Valideynlər xəstəxanalar arasında avara qalır”  

Cəmiyyət 10 Aprel 2026, 11:09

269

Jurnalist Kənan Rövşənoğlu Səbail Səfərbərlik İdarəsi ilə bağlı yaşadığı narazılığı ictimailəşdirib.

Citypost.az xəbər verir ki, bildirib ki, artıq bir aydır müxtəlif xəstəxanalar və Səbail Səfərbərlik İdarəsi arasında göndərişlər səbəbilə çətin vəziyyətdə qalıb:“İdarə hər dəfə bir xəstəxanaya göndərir ki, uşağın müxtəlif orqanları orada yoxlanılsın. Sonra yenidən başqa xəstəxanaya yönləndirirlər. Bu proses davamlı şəkildə təkrarlanır.”

Kənan Rövşənoğlu qeyd edib ki, sistemdə ciddi koordinasiya problemi var və vətəndaşlar vaxt itkisi ilə üzləşirlər:“Gedirsən göndərilən xəstəxanaya, deyirlər adın sistemdə yoxdur. Beləliklə, yenidən geri qaytarılırsan.”

O, mövcud vəziyyətin valideynlər üçün əlavə çətinlik yaratdığını vurğulayıb:“Bu prosesdə valideynlər günlərlə xəstəxanalar arasında qalır. Əgər əsgər dövlətə lazımdırsa, yoxlama prosesi də daha sistemli və mərkəzləşdirilmiş olmalıdır.”

Kənan Rövşənoğlu əlavə edib ki, hazırkı vəziyyət narahatlıq doğurur və sistemin daha effektiv qurulmasına ehtiyac var.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bozdağ-Güzdək vulkanı püskürüb 

Dünən Abşeron yarımadasında yerləşən “Bozdağ-Güzdək” palçıq vulkanda növbəti püskürmə qeydə alınıb.Citypost.az xəbər verir ki, püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyaları tərəfindən qeydə alınıb.Püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib. Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə - 6.32*106 Coul təyin edilib....

10 Aprel 2026, 13:00

Narkoloji xəstələrlə bağlı işə qəbul qaydaları sərtləşdirilir 

Narkoloji xəstələrlə bağlı əmək münasibətlərində bir sıra yeni tələblər və məhdudiyyətlər müəyyənləşdirilir.Citypost.az-ın məlumatına görə, məsələ Milli Məclisin  bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.Layihəyə görə, fəaliyyət növləri və vəzifələr üzrə məhdudiyyət nəzərdə tutulan sahələrdə işə qəbul zamanı işçilər dövlət narkoloji tibb müəssisəsinin verdiyi tibbi müayinə (yoxlama) haqqında rəy təqdim etməlidirlər. Bu rəy olmadan həmin şəxslərin müvafiq peşə və vəzifələrə işə qəbul edilməsi qadağan edilir.Eyni zamanda, qanuna əlavə edilən müddəalara əsasən, narkoloji xəstə olan şəxslərlə bağlı əmək müqaviləsinə xitam verilməsi halları genişləndirilir. Belə ki,...

10 Aprel 2026, 12:43

 Qala divarında baş vermiş qismən dağılma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür.Citypost.az-a bu barədə İdarənin Mətbuat Xidmətindən bildirilib.Vurğulanıb ki, mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək:"Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib".Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq və bunun nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək.İdarədən bildirilib ki, bu yanaşma daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunub.Qeyd olunub ki, aşınma hadisəsinin baş...

10 Aprel 2026, 12:37

Bibiheybət yolunda bərpa işləri aparılır

İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, ərazidə əlavə risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür: "Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin olunması üçün ərazidə bərpa işləri aparılır. “İnşaat Norma və Qaydaları”na uyğun yeni torpaq yatağı və yol əsası inşa edilir. Ardınca həmin hissəyə yeni asfalt örtüyü döşənəcək. Eyni zamanda, ərazi boyu səth sularının kənarlaşdırılması üçün müvafiq işlər də həyata keçiriləcək. Təmir-bərpa işləri qısa müddət ərzində yekunlaşdırılacaq", - deyə məlumatda qeyd olunub....

10 Aprel 2026, 12:24

Buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq 

Buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq.Citypost.az xəbər verir ki, bunu jurnalistlərə açqılamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.Qeyd edək ki, DİM sədri açıqlamasında 9 martda keçirilən buraxılış imtahanının nəticələrini nəzərdə tutub.

10 Aprel 2026, 12:00

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq 

Bu gün Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq."Azərişıq"dan Citypost.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə aprelin 10-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində əsaslı təmir işləri aparılacaq.Məlumata görə, Hövsan qəsəbəsində yerləşən Transformator Məntəqəsində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar əlaqədar saat 13:00-dan 15:00-dək qəsəbənin Elçin Məmmədov, Oqtay Şabanov, İlqar Əhlimanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

10 Aprel 2026, 11:15