İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
Cəmiyyət 01 İyun 2026, 15:53
431
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Citypost.az xəbər verir ki, dövlət başçısı Kaleb Orra "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən sərgilərin və "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkürünü bildirib.
ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirdi, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə edib.
Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlət başçısı Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının, həmçinin bu Xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxunub, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini vurğulayıb.
Bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığı bildirilib.
Dövlət başçısı "Bakı Enerji Həftəsi" çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxunub.
Kaleb Orr ABŞ Prezidenti Donald Trampın və Dövlət katibi Marko Rubionun salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Donald Trampa və Marko Rubioya çatdırmağı xahiş edib.
Qonaq vurğulayıb ki, Donald Trampın "Bakı Enerji Həftəsi"nə məktub ünvanlaması tədbirin Amerika Birləşmiş Ştatları üçün nə qədər önəmli olduğunu göstərir.
Kaleb Orr, eyni zamanda deyib ki, bu tədbir enerji bazarlarının vəziyyəti ilə bağlı müzakirələr aparmaq baxımından Prezident İlham Əliyevin liderlik rolunu nümayiş etdirir.
Söhbət zamanı "Bakı Enerji Həftəsi"nin qlobal enerji məsələləri barədə fikir mübadiləsi aparmaq, həmçinin dünyanın qabaqcıl enerji şirkətləri, dövlət qurumları, investorlar və sənaye mütəxəssisləri arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün uğurlu platforma olduğu vurğulanıb.
Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib
Böyük Britaniya hökuməti Ruanda ilə bağlanmış və sonradan ləğv edilmiş sığınacaq sazişi ilə bağlı beynəlxalq arbitraj məhkəməsində qalib gəlib.AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, London hökuməti Ruandaya əlavə milyonlarla funt sterlinq ödəməli olmayacaq. Ruanda hökuməti Böyük Britaniyanı sazişin şərtlərini pozmaqda ittiham edərək, 100 milyon funt sterlinqdən çox kompensasiya tələb etmişdi.Saziş əvvəlki Mühafizəkarlar Partiyası hökuməti tərəfindən imzalanmışdı və qanunsuz yollarla Böyük Britaniyaya daxil olan sığınacaq axtaran şəxslərin Ruandaya göndərilməsini nəzərdə tuturdu. Plana əsasən, onların müraciətləri Ruandada araşdırılmalı, qaçqın statusu alan şəxslər isə həmin ölkədə qalmalı idilər.Böyük Britaniyanın vəkilləri Niderlandda keçirilən üçgünlük məhkəmə dinləmələri zamanı bildiriblər ki, hakimiyyətə Leyboristlər...
01 İyun 2026, 17:20
Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanılıb
Paytaxtın Binəqədi rayonunda evlərdən birindən 6000 dollar nağd pul naməlum şəraitdə oğurlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 51 yaşlı G.İsgəndərov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun taladığı evdə bir müddət usta kimi çalışdığı da məlum olub.Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə iki marketdən spirtli içki, tütün məmulatı və digər məhsulları oğurlamaqda şübhəli bilinən 48 yaşlı R.Hüseynov və 21 yaşlı A.Abbaslı da polis əməkdaşları tərəfindən saxlanılıblar.Araşdırmalar aparılır....
01 İyun 2026, 17:07
Azərbaycan-Misir enerji əməkdaşlığının inkişafı müzakirə edilib
“Bakı Enerji Forumu” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Misirin neft və mineral ehtiyatlar naziri Karim Badavi arasında görüş keçirilib.Cityost.az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və əldə olunmuş razılaşmaların əhəmiyyəti vurğulanıb. Azərbaycanın son illərdə Misirlə enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyi qeyd olunub. Bu kontekstdə iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış elektrik və bərpa olunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, eləcə də bu ilin martında SOCAR və EGPC arasında neft, neft məhsulları və LNG ticarəti, habelə hasilat, kəşfiyyat, emal və insan kapitalının inkişafı sahələrini əhatə edən Çərçivə Sazişinin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki,...
01 İyun 2026, 17:00
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
İyunun 2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az=a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax,Tərtər, Quba, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək....
01 İyun 2026, 16:55
Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək
İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.Məlumata görə, tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edəcəklər.Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən Bakı–Tbilisi–Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası...
01 İyun 2026, 16:45
Elçin Quliyev iranlı generalla sərhəd mühafizəsini müzakirə etdi
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin İran İslam Respublikası ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikasının Nizam-İntizam Qüvvələrinin Baş Komandanının müavini general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Bildirilib ki, görüşdə Azərbaycan–İran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, Azərbaycan–İran dövlət sərhədinin işğaldan azad edilmiş hissəsində dövlət sərhədinin mühafizəsinin təşkili, eləcə də Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması istiqamətində görülən işlər müzakirə olunub.Müzakirələr zamanı iki ölkənin...
01 İyun 2026, 16:37