Ağcabədidə çoxillik tut bağında baş verən yanğın məhdudlaşdırılıb
Hadisə 14 Sentyabr 2026, 16:45
279
Ağcabədi rayonunda çoxillik tut bağında baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Ağcabədi rayonu, Hindarxı qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Həmçinin oxuyun
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ağcabədidə çoxillik tut bağı yanır
Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb."Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.
14 Sentyabr 2026, 15:10
“Şadlıq evində 28 kamera olsa da, cinayətin görüntüləri çıxarılmadı” - Toyda öldürülən İlkinin ailəsi
Ağdaş şəhərində yerləşən “Səma” şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.Citypost.az “Qafqazinfo”a istinadən, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törədən 1970-ci il təvəllüdlü Qadir Məmmədova hökm oxunub.Araşdırmalarla müəyyən edilib ki, İlkin həmin gün Qobustandan Ağdaşa dostları ilə birgə toya gedib. Toyun sonlarına yaxın onlarla gəlinin bir neçə qohumu arasında mahnıya görə mübahisə yaranıb. Mübahisə zəminində tərəflər şadlıq evinin foyesinə çıxıblar və burada İlkin bıçaqlanaraq öldürülüb.Mərhumun ailəsi iddia edib ki, hadisədə 20-30 nəfər iştirak edib və İlkinə kütləvi hücum edərək döyüb bıçaqlayıblar: “Şadlıq evində 28 kamera var, amma cinayətin görüntüləri çıxarılmadı. Həmçinin...
14 Sentyabr 2026, 14:25
Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb
Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb.Citypost.az xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.Belə ki, 2014-cü il təvəllüdlü E.C yaşadığı binanın 4-cü mərtəbəsinin dəhlizindəki pəncərədən ehtiyatsızlıqdan yerə yıxılaraq ölüb.Faktla bağlı araşdırma aparılır
14 Sentyabr 2026, 12:05
İrandan Azərbaycana 65 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.DSX-nın Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.Belə ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 03:11-də İrandan Azərbaycana paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir....
14 Sentyabr 2026, 12:00
İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib
İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib.Bu barədə “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib.Mənbənin sözlərinə görə, razılaşmanın yaxın vaxtlarda Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə elan edilməsi planlaşdırılır.Bildirilib ki, razılaşma yalnız İran və Oman arasında əldə olunub. Digər ölkələrin nümayəndələri isə yeni marşrutun detalları və gəmiçilik qaydaları ilə tanış olmaq məqsədilə toplantıda iştirak edəcəklər.Razılaşmaya əsasən, Hörmüz boğazından Fars körfəzinə giriş marşrutu tamamilə İranın ərazi sularından keçir. Körfəzdən çıxış marşrutunun bir hissəsi də İranın ərazi sularını əhatə edir....
12 Sentyabr 2026, 22:23
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
12 Sentyabr 2026, 18:09