Qisas almaq üçün ailəni sosial şəbəkədə təhqir etdi - HƏBS olundu
Hadisə 12 Oktyabr 2026, 08:12
459
Sosial şəbəkələrdə bir ailəni təhqir edən şəxs həbs olunub.
Citypost.az Publika.az-a istinadən xəbər verir ki, 33 yaşlı Telman Salmanov (şərti adla) münasibətləri pis olan qadını, onun valideynlərini və övladlarını “Bigo Live” sosial şəbəkəsində açdığı canlı yayımlarda 1 il ərzində söyüb.
Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Telman polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və millimənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Telman Salmanov ifadəsində bildirib ki, təxminən 1 il əvvəldən bu vaxtadək Lyudmila adlı qadınla şəxsi narazılıq səbəbindən ona qarşı mənfi münasibətləri yaranıb. Qisas almaq üçün “Bigo Live” sosial şəbəkəsində Lyudmilanı, valideynlərini və övladlarını canlı yayımda izləyicilərin də eşitdiyini bilərək, qəsdən təhqir edib. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
Həmçinin oxuyun
Zərərçəkən qadın isə Telmanın barəsində ciddi qanuni tədbir görülməsini xahiş edib.
Məhkəmənin qərarı ilə T. Salmanov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda 4 avtomobil yanıb
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.Citypost.az hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.Yanğın qısa müddətdə söndürülüb.Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.
10 Oktyabr 2026, 09:15
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 40 yaşlı kişinin meyiti tapılıb.Citypost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb.Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Ramal Novruzlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti ailəsi tərəfindən yaşadığı mənzildə aşkarlanıb.Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
10 Oktyabr 2026, 08:00
Masazırda “Mercedes Vito” yanıb
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində avtomobildə yanğın baş verib.Fövqəladə Hallar Nazirliyindən Citypost.az-a verilən məlumata görə, hadisə yerinə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Mercedes Vito” markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.Xəsarət alan olmayıb.
09 Oktyabr 2026, 20:37
Ceyranbatanda mənzil yanır
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzil yanır."Report"un yerli bürosu xəbər verir ki, hadisə qəsəbədə yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb.Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
09 Oktyabr 2026, 17:28
Beyləqanda 14 nəfər xəstəxanalıq oldu – TƏBİB-dən AÇIQLAMA
Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) 9 oktyabr tarixində saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib."Onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müaliələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir", - məlumatda deyilir.
09 Oktyabr 2026, 15:57
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmaların qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədilə növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.Citypost.az xəbər verir ki, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 5 nəfər saxlanılıb, 15 cinayətin üstü “isti izlər”lə açılıb.Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32, xırda xuliqanlıq və xırda talama ilə əlaqədar isə 60 fakt müəyyən edilib.Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən 3 sürücü barəsində inzibati tədbir görülüb. Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin...
08 Oktyabr 2026, 17:06