Bizə yazın

Baku

-°C

USD

-

FHN: Masazırda evdə uçqun olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Hadisə 29 Noyabr 2024, 19:39

10134

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.

Bu barədə  FHN-dən xəbər verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.

Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 985 qram narkotik vasitə (7 kq 885 qram heroin, 4 kq 100 qram metanfetamin) və 20 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir....

19 May 2026, 12:48

“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edilib 

Dövlət Gömrük Komitəsinin Kollegiyası “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov qərar imzalayıb.Qərara əsasən, gömrük orqanlarının vəzifəli şəxsləri onlara korrupsiya ilə bağlı təklif edilən qanunsuz üstünlüklər, maddi və qeyri-maddi nemətlər, imtiyaz və güzəştlərlə bağlı məlumatı artıq yalnız bilavasitə rəhbərlərinə deyil, Komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalar üzrə məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinə (şəxsinə) təqdim etməlidirlər....

18 May 2026, 13:45

Lahıc yolunda qayalar yolun ortasına düşdü

İsmayıllı rayonu ərazisində uçqun hadisəsi qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.Hadisə zamanı Lahıc istiqamətindəki dağ yolunda iri qaya parçaları yola tökülüb

16 May 2026, 08:37

Bakıda məktəbdə şagirdlər arasında DAVA - hüquq-mühafizə orqanları araşdırma aparır 

Mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı 2 nəfər IX sinif şagirdi (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) arasında münaqişə baş verib.271 nömrəli tam orta ümumtəhsil məktəbindən APA-ya verilən məlumata görə, bu barədə şagirdlər müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verməyib.Bildirilib ki, videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb.“Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib.Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb.Elm və...

15 May 2026, 14:05

Ermənistanda Paşinyanı “xain” adlandıran bloqerə cinayət işi açılıb 

Ermənistan İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanı “xain” adlandıran bloqer Artak Avetisyan barəsində cinayət işi açıb və onun həbsi üçün məhkəməyə müraciət edib.Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.Məlumatına görə, Avetisyan mayın 12-də informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək nifrət, ayrı-seçkilik və düşmənçilik yaradan açıqlamalar verib.Bildirilib ki, bloqer həmin fikirləri “Facebook” sosial şəbəkəsində yayımladığı videoda səsləndirib.Komitənin açıqlamasında qeyd olunub ki, Avetisyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə ittiham irəli sürülüb.Maddə ictimai şəkildə nifrətin, ayrı-seçkiliyin və düşmənçiliyin yayılmasına görə 3 ildən 6 ilədək həbs cəzasını nəzərdə tutur....

14 May 2026, 21:22

Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib, gizlədilən silah tapılıb 

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Ədliyyə Nazirliyndən Citypost.az daxil olan məlumata görə, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının DİN-in müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır....

14 May 2026, 14:25