Qubada 11 kq narkotik dövriyyədən çıxarılıb, 4 nəfər tutulub
Hadisə 02 Dekabr 2024, 11:00
6197
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Elşən Heydərov, Elman Əskərov, Rövşən Qasımbəyov və Şabran rayon sakini Mirabtalıb Məsimov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Citypost.az-a verilən məlumata görə üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zamanı ümumilikdə 11 kiloqram marixuana, metamfetamin, tiryək, 50 ədəd metadon həbi və 30 ədəd preqabalin həbi aşkarlanaraq götürülüb.
Həmçinin oxuyun
Məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinənə 37 nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Həmçinin ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub.
24 Mart 2026, 10:03
Mingəçevirdə ağır qəza - Yaralılar var
Mingəçevirdə 2 minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.Citypost.az xəbər verir ki, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb.Belə ki, “Opel” markalı avtomobil hərəkətdə olarkən minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.Qəza zamanı yaralananlar - Zəhra Cəlil qızı Cəfərova (1967), Nurlan Çingiz oğlu Fərəcov (1992), Razi Tahir oğlu Qocayev (1985), Ruhan İkram oğlu Cəfərov (1988), Təranə Vəkil qızı Mustafayeva (1966) və Rəvanə Həmid qızı Cəfərova (1989).Həkimlərin müdaxiləsindən sonra yaralılardan 5 nəfər ambulator müalicəyə buraxılıb. Rəvanə Cəfərovanın vəziyyəti daha ağır olduğundan o, xəstəxananın müvafiq şöbəsinə yerləşdirilib.Faktla bağlı araşdırma...
24 Mart 2026, 10:01
Dünən axtarışda olan 30 nəfər saxlanılıb
Martın 23-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb....
24 Mart 2026, 09:56
Rusiya Ukraynada hotelə və yaşayış binalarına zərbələr endirib, ölənlər və yaralananlar var
Dünən gecə Rusiya qüvvələri Ukraynaya kütləvi raket və PUA hücumu həyata keçirib.UNİAN xəbər verir ki, Poltava vilayətində hotelə və çoxmərtəbəli binalara zərbələr endirilib. Bir neçə bölgədə yaşayış binaları hücuma məruz qalıb, yanğınlar baş verib. Ölənlər və çoxsaylı yaralananlar var.Poltava Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Dyakivniç bildirib ki, hücum nəticəsində yaşayış binalarına və hotelə ziyan dəyib. İki nəfər ölüb, yeddi nəfər yaralanıb.Daha sonra administrasiya rəhbəri itkilərin sayının on birə çatdığını bildirib....
24 Mart 2026, 09:45
Qanunsuz saxlanılan 7 odlu silah aşkarlandı
Ötən gün respublika ərazisində vətəndaşlar tərəfindən saxlanılan qanunsuz odlu silahlar aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, martın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 27 patron darağı, 23 mərmi və 2426 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir....
23 Mart 2026, 16:49
Narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər tutulub.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Xaçmaz rayon sakinləri – 30 yaşlı Kənan Cəbrayılov və əvvəllər məhkum olunmuş 36 yaşlı Anar Məhərrəmov saxlanılıblar.Onlardan ümumilikdə 7 kiloqram 600 qram marixuana, heroin və həşiş qətranı aşkar edilərək götürülüb.Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.
23 Mart 2026, 14:42