Nazirlik sabiq döyüşçünü get-gələ salıb - ŞİKAYƏT
Hadisə 02 Dekabr 2024, 13:20
9222
Dövlət Məşğulluq Agentliyinin Biləsuvar rayon şöbəsində döyüşçüyə sayqısızlıq göstərilir.
İkinci Qarabağ müharibəsində təcavüzkar erməni birləşmələrinə qarşı vuruşlarda iştirak etmiş cəsur döyüşçülərdən biri də Biləsuvar rayonun Ağalukənd kəndində anadan olmuş Məhəmməd Mehtiyevdir.
CityPost.az xəbər verir ki, O,Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik haqqında” sərəncamına uyğun olaraq döyüşlərə qatılıb.
Elə ilk gündən ermənilərin qorxulu kabusuna çevrilən Məhəmməd Mehdiyev Füzuli-Şuşa istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olub.
Döyüş yoldaşlarının və komandirlərinin dərin hörmətini qazanan Məhəmməd döyüşlərdə öndə gedənlərdən olub.Müharibə ərəfəsində O dəfələrdə kiçik yaralar və zədələr alsa da hospitala müraciət etmədən döyüş yolunu davam etdirib.
Döyüşlərin birində düşmənin atdığı qumbaranın partlaması nəticəsində ağır kəllə-beyin zədəsi alan Məhəmməd Mehtiyevin danışıq və nitqində ciddi qüsur yaranıb.O,adi danışıq zamanı belə fikrini çətinliklə izah edir.
Həmçinin oxuyun
Biləsuvar Rayon Hərbi Həkim Komissiyasında ona bildiriblər ki,”Allahına şükür etki,sağsan.Başqaları kimi ömürlük şikəst və ya əlil olmamısan.Sən fikrini çətinliklə də olsa, izah edə bilirsən.Ömürlük şikəst olsaydın nə edərdin?”
Məhəmməd Mehtiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Məşğulluq Agentliyinin Biləsuvar rayon şöbəsinə özünüməşğulluq proqramı çərçivəsində müraciət edib.Orada da xoşagəlməz mənzərə ilə qarşılaşıb. Agentliyin əməkdaşı ona deyib ki, Biləsuvar rayonundan döyüşlərdə iştirak edənlər çoxdur. Sən də onlardan birisən. Gedib, nə üçün fərdi əməklə məşğul olmursan?
Sabiq döyüşçü Məhəmməd Mehtiyev müxbirimizlə söhbəti zamanı bildirib ki, belə mənzərələr onu sarsıtmır. Heç də ruhdan və həvəsdən salmır.
Vətənimizə və xalqımıza qarşı hər hansı təhlükə olarsa,Prezident yenidən səfərbərlik elan edərsə,həmən döyüşlərə qatılmağa hazır olduğunu bildirib.
“Mən döyüşlərə medal qazanmaq,məşğulluq proqramında iştirak etmək və ya hər hansı dvident qazanmaq niyyəti ilə qatılmamışam...Vətənim hər qarışından ötrü canımı belə fəda etməyə hazıram.”
Qeyd edək ki,Mehtiyev Məhəmməd Amil oğlu Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xəzər rayonunda 6 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
Xəzər rayonunda 6 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb.Araşdırma zamanı ondan ümumilikdə 6 kiloqram 765 qram həşiş və marixuana aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib....
07 May 2026, 13:07
İsmayıllıda 43 yaşlı kişi itkin düşüb
İsmayıllıda 43 yaşlı kişi itkin düşüb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, İsmayıllı rayon sakini 43 yaşlı Aqşin Behbudov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. "Onun əlamətləri: boyu 185 sm, saçları şabalıdı, arıq bədən quruluşludur. Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və Nazirliyiin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020 -285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur",- deyə, məlumatda qeyd edilib....
07 May 2026, 10:55
İki gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Biləsuvarda iki gəncə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə zamanı 23 yaşlı Kənan Rəhimli və 20 yaşlı Tərlan Şahbazov bıçaqlanıblar.Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.
07 May 2026, 08:23
Beynəlxalq axtarışa verilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək
Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Şamilov Elşən Həsən oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib:"Belə ki, Bakı şəhərinin Nərimanov rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 30.07.1993-cü il tarixdə tamah məqsədilə mənzilə basqın edərək bir nəfəri qətlə yetirməsinə, daha sonra müxtəlif vaxtlarda qeyd olunan şəxslərə birgə digər cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən Elşən Şamilovun təqsirləndirilən...
06 May 2026, 13:00
Şəkidə avtomobil aşdı - 23 yaşlı gənc həyatını itirdi
Şəki rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.Citypost.az xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb."VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində maşında olan sərnişin, 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb. Sürücü, 22 yaşlı Ömər Tanrıverdiyev və 16 yaşlı digər sərnişin isə xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.
06 May 2026, 09:27
Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib
Ötən ay Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi ilə bağlı məlumat daxil olub.AQTA-dan Citypost.az-a verilən məlumata görə, müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.Bildirilib ki, məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə “dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi” diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini...
05 May 2026, 16:53