Bizə yazın

Baku

-°C

USD

-

Karantin cərimələri: Silmək mümkündürmü?  

Hüquq 26 Yanvar 2026, 13:15

108

Karantin dövrü həyatımızın gündəlik ritmini dəyişdiyi kimi, insanların davranışlarını da ciddi şəkildə məhdudlaşdırmışdı. O vaxt bir çox vətəndaş karantin qaydalarını pozduğuna görə inzibati cərimələrə məruz qaldı. Bəziləri isə tibbi maskadan istifadə etməmək kimi kiçik qanun pozuntuları səbəbindən cərimələndi.

Bəs bu cərimələri silmək mümkündürmü?

Citypost.az-ın məlumatına görə, hüquqi baxımdan buna müəyyən müddət limiti tətbiq olunur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh barədə qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməzsə, artıq icra edilmir.

Yəni 2020-ci ildə tətbiq olunmuş karantin qaydalarını pozduğuna görə verilmiş cərimələr, həmin qərarın qüvvəyə mindiyi gündən 5 il keçdikdən sonra icra olunmamışsa, vətəndaşlar barələrində qəbul edilmiş qərarın ləğvi üçün məhkəməyə müraciət edə bilərlər. Bu, vətəndaşın hüquqlarını qoruyan hüquqi mexanizmlərdən biridir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xəyanətə görə təzminat mümkündürmü?  - QANUN nə deyir?

Nikah həyatında xəyanət hər zaman emosional sarsıntılarla müşayiət olunur. Bu, bir çox qadın və kişi üçün yalnız şəxsi deyil, eyni zamanda hüquqi narahatlıq yarada bilər: “Xəyanətə görə mən pul tələb edə bilərəmmi?”Citypost.az-ın məlumatına görə,hüquqi baxımdan cavab aydındır: xeyr. Azərbaycan qanunvericiliyində xəyanətə görə təzminat tələb etmək hüququ mövcud deyil. Nikahın xəyanət səbəbi ilə pozulması hallarında belə, qanun heç bir təzminat nəzərdə tutmur. Məhkəmələr boşanma zamanı xəyanətin motivini nəzərə almır və mənəvi zərərin ödənilməsi məsələsinə baxmır.Yeganə istisna isə nikah müqaviləsinin mövcudluğu ilə bağlıdır. Əgər tərəflər arasında belə bir müqavilə imzalanıbsa və orada xəyanətə görə təzminat ödənilməsi barədə müddəa göstərilibsə, həmin halda bir...

26 Yanvar 2026, 13:22

Ölən şəxsin kredit borcunun taleyi:Vərəsələrin hüquqi məsuliyyəti

Ailə üzvlərinin itirilməsi ilə yanaşı ortaya çıxan maddi və hüquqi öhdəliklər insanları ən çox düşündürən mövzulardandır. Bu suallardan biri də ölən şəxsin kredit borcunun kim tərəfindən ödənilməli olması ilə bağlıdır.Citypost.az-ın məlumatına görə, hüquqi baxımdan, vəfat etmiş şəxsin kredit borcunun taleyi birbaşa vərəsəlik məsələsi ilə bağlıdır. Əgər ölən şəxsin adına əmlak varsa və vərəsələr bu mirası qəbul edirlərsə, kredit borcu da həmin mirasla birlikdə qəbul edilmiş sayılır. Yəni vərəsələr yalnız əmlaka deyil, eyni zamanda borclara da məsuliyyət daşıyırlar. Lakin şəxsin adında heç bir əmlak yoxdursa və ya mövcud əmlak borcu ödəməyə kifayət etmirsə, vərəsələr öz şəxsi vəsaitləri hesabına bu borcu ödəməyə...

24 Yanvar 2026, 17:14

Miras payımda imtina edən şəxs yenidən pay tələb edə bilərmi? QANUN NƏ DEYİR?

Miras bölgüsü ailədaxili münasibətləri bəzən hüquqi müstəviyə daşıyan ən həssas məsələlərdən biridir. Xüsusən də vərəsələrdən birinin miras payından imtina etməsi sonradan müxtəlif suallar doğurur: imtina edən şəxs fikrini dəyişib yenidən miras payı tələb edə bilərmi? Qanun bu məsələyə necə yanaşır?Citypost.az xəbər verir ki,  Azərbaycan Respublikasının Mülki Məcəlləsində açıq və konkret şəkildə tənzimlənir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən etibarən 3 ay müddətində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəblər olduqda, məhkəmə bu müddəti 2 aydan çox olmayaraq uzada bilər. Mirasdan imtina mütləq qaydada notariat orqanında rəsmiləşdirilməlidir.Eyni Məcəllənin 1257-ci maddəsində isə mühüm bir...

23 Yanvar 2026, 10:47

Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?  

Yollarda avtomobillə heyvan vurulması halları əsasən Mülki Məcəllə və “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Qəsdən vurma halı yoxdursa, sürücü cinayət və ya inzibati məsuliyyət daşımır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən, heyvanın sahibinə məxsus mal-qara nəqliyyat vasitəsinə zərər vurarsa, həmin zərər heyvanın sahibi tərəfindən ödənilməlidir. Heyvanın nəzarətsiz qalması və ya qaçması məsuliyyəti aradan qaldırmır.“Yol hərəkəti haqqında” qanuna görə mal-qara asfalt örtüklü yollardan ötürülməməli, qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə yolun hərəkət hissəsinə buraxılmamalıdır. Bu tələblərin pozulması sürü sahibinin məsuliyyətini yaradır.Əgər avtomobillə vurulan heyvanın sahibi müəyyən edilərsə və zərəri könüllü ödəməzsə, hadisə Dövlət Yol Polisi tərəfindən rəsmiləşdirilir və sürücü məhkəməyə...

22 Yanvar 2026, 15:08

Şirkət açmaq və nizamnamə tələbləri: qanun nə deyir?

Azərbaycanda biznes qurmaq istəyən şəxsləri ilk maraqlandıran suallardan biri şirkətin hansı qaydada yaradılması və bunun üçün hansı hüquqi addımların atılmalı olmasıdır. Qanunvericiliyə əsasən, şirkətlərin yaradılması bir neçə üsulla mümkündür və bu proses müəyyən mərhələlər üzrə həyata keçirilir.Citypost.az-ın məlumatına əsasən Azərbaycanda şirkət əsasən iki formada yaradıla bilər. Birinci üsul təsisçi qərarı ilə yaradılma formasıdır ki, bu zaman tamamilə yeni, hər hansı digər hüquqi şəxsin hüquqi varisi olmayan şirkət formalaşır. İkinci üsul isə yenidən təşkil olunma yolu ilə həyata keçirilir. Bu halda birləşmə, qoşulma, ayrılma, bölünmə və ya çevrilmə nəticəsində yaranan yeni şirkət əvvəlki hüquqi şəxslərin varisi hesab olunur.Şirkət açılması prosesi ümumilikdə...

22 Yanvar 2026, 12:16

Uşaqla ünsiyyət hüququ qanunla qorunur: Nənə və babalar nə bilməlidir?  

Azərbaycanda ailə münasibətlərində ən həssas mövzulardan biri uşağın valideyn və yaxın qohumlarla ünsiyyət hüququdur. Qanunvericiliyə görə, valideynlərin boşanması, ayrı yaşaması və ya şəxsi münaqişələri uşağın bu hüququnu məhdudlaşdıra bilməz. Əsas prinsip isə hər zaman uşağın maraqlarının qorunmasıdır.Citypost.az xəbər verir ki, Ailə Məcəlləsinin 50 və 61-ci maddələrinə əsasən, uşaq həm ata və ana ilə, həm də nənə, baba, bacı, qardaş və digər yaxın qohumlarla ünsiyyət saxlamaq hüququna malikdir. Valideynlər boşansalar belə, uşaq hər iki valideyni ilə görüşməli və münasibət qurmalıdır. Uşaqdan ayrı yaşayan valideynin – xüsusilə atanın – övladı ilə görüşmək, onun tərbiyə və təhsili ilə maraqlanmaq hüququ qanunla qorunur.Qanun eyni...

21 Yanvar 2026, 16:30