Dilçilik İnstitutunda tələbələr üçün elmi seminarlar təşkil olunub
Cəmiyyət 22 May 2026, 16:30
355
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsində 2026-cı ilin may ayında istehsalat təcrübəsi keçən Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin IV kurs tələbələri üçün müxtəlif mövzularda elmi seminarlar təşkil olunub.
İnstitutdan Citypost.az-a bildirilib ki, seminarlarda Hind-Avropa dilləri şöbəsinin əməkdaşları aktual dilçilik mövzuları ilə bağlı məruzələrlə çıxış ediblər.
Şöbə müdiri filologiya elmləri doktoru Lalə Qurbanova “Süni intellektin dillərə inteqrasiyası” mövzusunda çıxış edərək süni intellektin dilçilik sahəsinə təsirindən bəhs edib. O bildirib ki, son dövrlərdə dilçilikdə süni intellekt texnologiyalarından geniş istifadə olunur və bu istiqamətdə aparılan tədqiqatlar dilçilərin diqqət mərkəzindədir. Mövzu ətrafında tələbələrlə geniş fikir mübadiləsi aparılıb.
Aparıcı elmi işçi dosent Gülşən Axundova “Koqnitiv linqvistika” mövzusunda çıxış edərək koqnitiv dilçiliyin müasir dövrdə dilçiliyin ən aktual və intensiv araşdırılan sahələrindən biri olduğunu vurğulayıb. Digər məruzəçi isə şöbənin aparıcı elmi işçisi dosent Sədaqət Cumayeva olub. O, “Alman dilinin fonem sistemi və dilin fonoloji strukturu” mövzusunda məruzəsində fonetika sahəsində eksperimental fonetik təhlilin müasir dilçilik üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Həmçinin oxuyun
Şöbənin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Şükürlü “Dildə konsept məsələsi” mövzusunda çıxış edərək leksik vahidlərin konseptləşməsi prosesini tələbələrə izah edib. Böyük elmi işçi Bəturə Əliyeva isə “Hind-Avropa dilləri ailəsində roman dilləri qrupu” mövzusunda məruzə ilə çıxış edib. O, xüsusilə italyan dilində söz yaradıcılığı, eləcə də roman dillərində leksik vahidlərin oxşar və fərqli cəhətləri barədə məlumat verib.
Seminarlar tələbələr tərəfindən maraqla qarşılanıb, məruzələrdən sonra onları maraqlandıran suallar alimlər tərəfindən cavablandırılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əli Əsədov MDB Hökumət Başçılarına Qarabağda görülən işlər barədə məlumat verib
Bu gün Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.Nazirlər Kabinetindən Citypost.az-a verilən xəbərə görə, iclasda Baş nazir Əli Əsədov iştirak edib.Baş nazir məhdud tərkibdə keçirilən iclasda çıxışı zamanı humanitar əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahə Birliyə üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri olaraq qalır. Qeyd olunub ki, məhz humanitar layihələr və təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın, ənənəvi dostluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi üçün mühüm potensiala malikdir.Bu kontekstdə Ə.Əsədov 2027-ci ildə Minsk şəhərinin, 2028-ci ildə isə Karaqanda şəhərinin MDB-nin Gənclər Paytaxtı elan olunması ilə bağlı qərarı alqışlayıb.Azərbaycan Hökumətinin başçısı həmçinin qeyd edib ki, bu...
22 May 2026, 16:55
Bakı-Tbilisi-Bakı marşrutu üzrə neçə qatar olacaq?
Bakı–Tbilisi–Bakı qatar marşrutunun 6 illik fasilədən sonra bərpa edilməsi ətrafında çoxsaylı suallar yaranıb.Vətəndaşları maraqlandıarn suallardan biri bu marşrut üzrə neçə qatarın hərəkət edəcəyidir.Citypost.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”ndan (ADY) bildirilib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 2 qatar hərəkət edəcək.Qurum Bakı-Tbilisi qatarında minimal qiymətin (81 AZN) hansı yerlərə şamil olunduğuna da aydınlıq gətirib.“Səfər tarixindən 25–30 gün əvvəl yer seçimi mərhələsində yuxarı mərtəbə (2-ci mərtəbə) seçildikdə yataq yeri 81 AZN olaraq göstərilir.Məlumat üçün bildiririk ki, dinamik qiymət siyasətinə əsasən tələbatın yüksək olduğu günlərdə və səfər tarixinə yaxınlaşdıqca qiymətlər dəyişə bilər. Əvvəlcədən planlaşdırılmış səyahətlərdə isə daha münasib tariflərdən və endirim imkanlarından yararlanmaq mümkündür”,...
22 May 2026, 16:43
Əhliman Əmiraslanov Vedat Bilginlə görüşüb
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Türkiyə Respublikasının Ankara şəhərində keçirilən 11-ci iclası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, Ailə və Sosial İşlər komitəsinin sədri Vedat Bilginlə görüşüb.Citypost.az xəbər verir ki, görüşdə Komitə sədri Əhliman Əmiraslanov Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafında ölkə başçılarının xüsusi rolunu vurğulayıb. O bildirib ki, bu gün ölkələrimiz arasındakı siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-texniki, səhiyyə və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət...
22 May 2026, 16:35
BMT: Dünya Bakıdan verilən çağırışı eşitməlidir
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) səsləndirilən çağırışlar qlobal şəhər inkişafı gündəliyinin əsas istiqamətlərindən birinə çevrilməlidir.Citypost.az xəbər verir ki, bunu Bakıda WUF13-ün bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.Onun sözlərinə görə, forumda hökumət nümayəndələri, 88 nazir, 130 mer, yerli və regional idarəetmə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor rəhbərləri və icmalar bir əsas fikir ətrafında birləşiblər: mənzil siyasəti insanların rifahının mərkəzində dayanmalıdır.Rossbax bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə də inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulmasını nəzərdə tutan 11-ci məqsədə nail olmaq üçün mənzil məsələsi əsas alətlərdən biridir.UN-Habitat rəhbəri qeyd edib ki, Yeni Şəhər Gündəliyinin...
22 May 2026, 16:22
Anar Quliyev: Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə hazırlaşır
Azərbaycan cəmi bir neçə həftədən sonra - iyunun 5-də Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə hazırlaşır.Citypost.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.O bildirib ki, tədbir çərçivəsində mütəxəssislər və praktiklər iqlim məsələlərini müzakirə etmək üçün bir araya gələcəklər.“Biz bu platformadan iqlim dəyişiklikləri kontekstində şəhər inkişafı ilə bağlı çağırışların daha geniş şəkildə müzakirəsi üçün istifadə edəcəyik”, – Anar Quliyev vurğulayıb....
22 May 2026, 16:20
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Möhtərəm cənab Prezident.İcazə verin, Sizi 28 May - Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edim.Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanı yaratması bütün Türk dünyasının fəxridir.Ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən 12-ci Zirvə Görüşü ilə başlayan Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artmış, çoxşaxəli əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur.Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə və dünya arenasında nüfuzunun artırılmasına verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.Əminəm ki, Sizin rəhbərliyinizlə yüksələn xətlə...
22 May 2026, 16:14