Bizə yazın

Baku

-°C

USD

-

Sahibə Qafarova MDB PA-nın 60-cı plenar iclasında çıxış edib

Cəmiyyət 22 May 2026, 17:04

286

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərivəsində bu gün MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 60-cı plenar iclasında iştirak edib.

Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

İclasda çıxış edən Milli Məclisin sədri Assambleyanın qanunverici orqanlarımız arasında dialoq və əməkdaşlığın inkişafında mühüm rolunu, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərin müzakirəsi üçün platforma kimi çıxış etdiyini vurğulayıb. Çıxışında Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında tədbir iştirakçılarına məlumat verən Milli Məclisin sədri qeyd edib ki, 17-22 may tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası şəhərlərin davamlı inkişafı və urbanizasiya məsələlərinə həsr olunmuş ən nüfuzlu və qlobal beynəlxalq tədbirlərdən biridir. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın icmaları və ölkələri ortaq məqsəd ətrafında birləşdirmək bacarığının qəbul olunmasını təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılışında vurğuladığı kimi, “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və həmişə Şərqlə Qərbin qovuşduğu yer olub və belə də qalır”.

Spiker deyib ki, iyun ayında Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın növbəti 24-cü iclası keçiriləcək. O, eyni zamanda, MDB PA-nın humanitar əməkdaşlığı gücləndirməyə yönəlmiş təşəbbüslərinin əhəmiyyətini qeyd edib.

Çıxışında, həmçinin MDB PA-nın seçkilərlə bağlı monitorinq fəaliyyətinə toxunan Milli Məclisin sədri qurumun bu fəaliyyətinin institusional təminatında MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutunun rolunu qeyd edib.

Çıxışına yekun vuran Milli Məclisin sədri bildirib ki, MDB PA bu gün də parlamentlər arasında müntəzəm qarşılıqlı fəaliyyətin effektiv platforması rolunu etimadla davam etdirir. Spiker Assambleya çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün gələcəkdə də birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Niderland Kralı Prezident İlham Əliyevi təbrik edib

Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Zatı-aliləri cənab Prezident.Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram".

22 May 2026, 17:40

Tələbələrə narkotik vasitələrin zərərləri barədə məlumat verilib 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Lənkəran Dövlət Universitetində maarifləndirici tədbir təşkil edilib.Bu barədə Citypost.az xəbər verir ki,  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.Tədbirə Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Milli Antidopinq Agentliyinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsinin rəis müavini, Narkolojı dispanserin həkim-psixoloqu, Lənkəran Dövlət Universitetinin prorektoru, habelə müəllim heyəti və tələbələr iştirak ediblər.Tədbir çərçivəsində gənclərin asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə psixoaktiv maddələrin xüsusiyyətləri və insan...

22 May 2026, 17:38

“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb 

“Deloitte” şirkəti tərəfindən ənənəvi olaraq təşkil edilən “Best managed companies” biznes mükafatının sahibləri müəyyən olunub.Citypost.az xəbər verir ki, “Azərsun Holdinq” də idarəetmənin peşəkar səviyyədə təmin edilməsi, şəffaflıq, həyata keçirilən layihələr və müsabiqənin digər şərtlərinə cavab verdiyi üçün ikinci dəfə təltif olunub. Mükafat şirkətlər qrupunun baş icraçı direktoru Savaş Uzana təqdim edilib.Müsabiqədəki iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər.Adıçəkilən şirkətlər qrupu da 6 ay ərzində aparılan müvafiq yoxlama və müsahibələrdən uğurla keçərək adını qaliblər siyahısına yazdıra bilib. (APA)...

22 May 2026, 17:35

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:Ətraflı“Zati-aliləri.Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.İqtisadi Əməkdaşlıq Təşkilatı regional iqtisadi əməkdaşlığın və daha geniş inteqrasiyanın inkişafında Azərbaycanın fəal və konstruktiv roluna böyük əhəmiyyət verir. Təşkilatımızın əsas üzvü kimi Azərbaycan üzv dövlətlər arasında əlaqələrin, xüsusilə ticarət, enerji sahələrində əməkdaşlığın və davamlı inkişafın təşviqinə dəyərli töhfələr verir.Əminəm ki, kollektiv səylərimiz, ortaq baxışımız, həmçininZati-alinizin himayəsi və dəstəyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatı regionda sülh, sabitlik, firavanlıq naminə...

22 May 2026, 17:33

Mədəniyyət naziri Beyləqanda vətəndaşların müraciətlərini dinləyib 

Mayın 22-də mədəniyyət naziri Adil Kərimli Beyləqan şəhərində vətəndaşların müraciətlərini dinləyib.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbuldan əvvəl nazir və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.Beyləqan rayon Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak ediblər. Sakinlərin müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq...

22 May 2026, 17:22

WUF-a sədrlik Azərbaycandan Meksikaya təhvil verilib

Ümumdünya Şəhərsalma Forumuna (WUF) sədrliyin Azərbaycandan Meksikaya təhvil verilməsi mərasimi keçirilib.Citypost.azxəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax və WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Forumun simvolunu Meksika tərəfinə təhvil verib.Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyası (WUF14) Meksikanın paytaxtı Mexikoda keçiriləcək.

22 May 2026, 17:08