Mənzilinizdə tanımadığınız şəxslər qeydiyyatdadırsa nə etməlisiniz?
Hüquq 22 May 2026, 08:33
265
Son dövrlərdə vətəndaşların qarşılaşdığı maraqlı problemlərdən biri də mənzildə tanımadıqları şəxslərin qeydiyyatda görünməsidir. Bir çox insan bu vəziyyətlə qarşılaşdıqda necə hərəkət etməli olduğunu bilmir və ciddi narahatlıq yaşayır.
Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, belə hallarda ilk növbədə vəziyyətin səbəbi araşdırılmalıdır. Çünki bəzi hallarda problem texniki və ya ünvan dəqiqləşdirilməsi ilə bağlı ola bilər.
Mütəxəssislərin sözlərinə görə, ilk ehtimallardan biri ünvanların sistemdə qarışmasıdır. Yəni həmin şəxslər əslində başqa mənzildə qeydiyyatda ola bilərlər, lakin ünvan məlumatlarında oxşarlıq və ya texniki səhv səbəbindən sizin mənzildə görünə bilərlər.
Belə vəziyyətdə vətəndaşlara tövsiyə olunur ki, həmin şəxsləri qeydiyyatdan çıxarmağa çalışmaq əvəzinə, ilk olaraq mənzilin ünvan məlumatlarını dəqiqləşdirsinlər.
Hüquqşünaslar bildirirlər ki, bu məqsədlə vətəndaşlar ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər. Ünvan məlumatlarının düzgünlüyü yoxlanıldıqdan sonra texniki səhvlər aradan qaldırıla bilər.
Lakin əgər araşdırma nəticəsində həqiqətən də tanımadığınız şəxslərin sizin mənzilinizdə qeydiyyatda olduğu müəyyən olunarsa, bu zaman hüquqi prosedura başlanmalıdır.
Həmçinin oxuyun
Mütəxəssislərin sözlərinə görə, belə halda vətəndaş yaşadığı ərazi üzrə polis idarəsinə ərizə ilə müraciət etməlidir. Ərizədə həmin şəxslərin mənzildə yaşamaması və qeydiyyatdan çıxarılması tələbi qeyd olunmalıdır.
Hüquqşünaslar bildirirlər ki, bəzi hallarda polis orqanları araşdırma apararaq qeydiyyat məsələsini həll edə bilir. Lakin proses nəticəsiz qalarsa və ya müraciət təmin olunmazsa, vətəndaşın məhkəməyə müraciət etmək hüququ yaranır.
Bu zaman polis idarəsinin təqdim etdiyi imtina məktubu və digər sənədlərlə birlikdə inzibati məhkəməyə müraciət edilə bilər.
Mütəxəssislər qeyd edirlər ki, məhkəmə yolu ilə tanımadığı şəxslərin qeydiyyatdan çıxarılması mümkün olur və bu tip işlərlə bağlı müsbət qərarlar mövcuddur.
Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, mənzilə dair çıxarış, qeydiyyat məlumatları və digər sənədləri vaxtaşırı yoxlasınlar. Çünki bəzi hallarda insanlar illərlə evlərində kimin qeydiyyatda olduğundan xəbərsiz qalırlar.
Mütəxəssislər sonda vurğulayırlar ki, belə hallarda panikaya düşmək yox, hüquqi qaydada addım atmaq vacibdir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Ər vəfat edəndə ev avtomatik arvada qalır” fikri doğrudurmu?
Cəmiyyətdə geniş yayılan fikirlərdən biri də ər vəfat etdikdən sonra bütün əmlakın avtomatik şəkildə həyat yoldaşına qalması ilə bağlıdır. Hüquqşünaslar isə bildirirlər ki, bu fikir tamamilə doğru deyil və qanunvericilikdə miras bölgüsü fərqli qaydada tənzimlənir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən birinci növbəli vərəsələrə mərhumun valideynləri, həyat yoldaşı və övladları daxildir. Yəni miras təkcə həyat yoldaşına deyil, digər qanuni vərəsələrə də aid hesab olunur.Hüquqşünaslar qeyd edirlər ki, mərhumun əvvəlki nikahdan olan uşaqları da digər övladlar kimi eyni hüquqa malikdirlər. Hətta həmin övladlar başqa ölkədə yaşasalar və ya illərlə əlaqə saxlamasalar belə, qanun qarşısında onların vərəsəlik hüququ qüvvədə...
22 May 2026, 10:54
Ev alqı-satqısında beh necə verilməlidir?
Daşınmaz əmlak alqı-satqısı zamanı insanların ən çox etdiyi səhvlərdən biri də behi rəsmi qaydada deyil, sadəcə bank kartına köçürməklə vermələridir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, bu cür hallarda sonradan ciddi problemlər yarana bilər.Mütəxəssislərin sözlərinə görə, ev almaq və ya satmaq barədə qərar qəti olduqda behin mütləq notarial qaydada rəsmiləşdirilməsi vacibdir. Çünki beh həm alıcının, həm də satıcının sövdələşməyə ciddi yanaşdığını hüquqi baxımdan təsdiq edən vasitə hesab olunur.Hüquqşünaslar qeyd edirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən daşınmaz əmlakla bağlı verilən beh notarial qaydada təsdiq olunmalıdır.Mütəxəssislər bildirirlər ki, bir çox vətəndaş “kartdan göndərmişəm, sübut var” düşüncəsi ilə rahat davranır....
22 May 2026, 09:57
Azərbaycan nefti yenə bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,82 ABŞ dolları və ya 1,62 % artaraq 114,14 ABŞ dolları təşkil edib.Citypost.az xəbər verir ki,hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 111,71 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,85 ABŞ dolları və ya 1,68 % artaraq 111,82 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə...
22 May 2026, 09:48
Avtomobildə texniki nasazlığa görə birbaşa cərimə yazıla bilər? – Hüquqşünas AÇIQLAMASI
Sürücülərin ən çox rastlaşdığı və bəzən qanunvericiliyin tələblərini tam bilmədiyi üçün mübahisə etdiyi mövzulardan biri də nəqliyyat vasitələrində mövcud olan texniki nasazlıqlara görə tətbiq edilən inzibati tənbeh tədbirləridir.Bəs avtomobildə hər hansı nasazlıq aşkarlandıqda yol polisi sürücünü dərhal cərimələyə bilərmi, yoxsa ilk növbədə xəbərdarlıq edilməlidir?Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Mehman Muradlı sürücüləri maraqlandıran suallara aydınlıq gətirib.Vəkil bildirib ki, qanunvericiliyin tələblərinə əsasən, yolda hərəkət edən nəqliyyat vasitəsində texniki nasazlıq aşkar edildikdə, ilk növbədə dərhal cərimə tətbiq olunmur:“Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi və ya yolda hərəkət zamanı texniki nasazlığın müəyyən edilməsi fərqli prosedurlardır. Əgər avtomobildə hər hansı texniki nasazlıq aşkarlanarsa, sürücüyə...
21 May 2026, 13:46
Boşanma zamanı qadın hansı halda evdən pay ala bilər?
Boşanma zamanı ən çox mübahisə yaradan məsələlərdən biri də ev və digər əmlak bölgüsüdür. Bir çox insan düşünür ki, nikahdan sonra istifadə olunan hər bir əmlak avtomatik olaraq hər iki tərəfə məxsus sayılır. Lakin qanunvericilik bu məsələni konkret şəkildə tənzimləyir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə əldə olunan əmlak birgə mülkiyyət hesab edilir. Bu o deməkdir ki, ər və arvad ailə qurduqdan sonra alınan ev, avtomobil və digər əmlaklar hər iki tərəfin ortaq mülkiyyəti sayılır və boşanma zamanı bölüşdürülə bilər.Mütəxəssislər bildirirlər ki, əgər mənzil və ya digər əmlak nikah dövründə alınıbsa, qadının həmin əmlakda pay...
21 May 2026, 11:19
“Uşağı mənə göstərmirlər, aliment ödəməyə bilərəm?” – Qanun nə deyir?
Boşanmadan sonra valideynlər arasında ən çox yaranan problemlərdən biri də uşaqlarla görüş və aliment məsələsidir. Bəzi hallarda atalardan biri bildirir ki, qarşı tərəf uşağı göstərmir və buna görə aliment ödəməkdən imtina edir. Lakin hüquqşünaslar xəbərdarlıq edirlər ki, bu iki məsələ qanun qarşısında bir-birindən tam fərqli hüquqi öhdəliklər hesab olunur.Citypost.az xəbər verir ki, kütəxəssislərin sözlərinə görə, alimentin ödənilməsi ilə bağlı məsuliyyət birbaşa aliment ödəməli olan şəxsin üzərindədir və uşağın göstərilib-göstərilməməsi bu öhdəliyi aradan qaldırmır.Hüquqşünaslar bildirirlər ki, uşaqla görüş məsələsi ayrıca məhkəmə qətnaməsi ilə tənzimlənir. Əgər məhkəmə qərarında uşağın ata ilə görüş hüququ müəyyən edilibsə, həmin qərarın icrasına cavabdeh şəxs uşağın yanında...
21 May 2026, 10:22