Əli Əsədov MDB Hökumət Başçılarına Qarabağda görülən işlər barədə məlumat verib
Cəmiyyət 22 May 2026, 16:55
33
Bu gün Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən Citypost.az-a verilən xəbərə görə, iclasda Baş nazir Əli Əsədov iştirak edib.
Baş nazir məhdud tərkibdə keçirilən iclasda çıxışı zamanı humanitar əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahə Birliyə üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri olaraq qalır. Qeyd olunub ki, məhz humanitar layihələr və təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın, ənənəvi dostluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi üçün mühüm potensiala malikdir.
Bu kontekstdə Ə.Əsədov 2027-ci ildə Minsk şəhərinin, 2028-ci ildə isə Karaqanda şəhərinin MDB-nin Gənclər Paytaxtı elan olunması ilə bağlı qərarı alqışlayıb.
Azərbaycan Hökumətinin başçısı həmçinin qeyd edib ki, bu günlərdə Bakıda dayanıqlı inkişaf, urbanizasiya və həyat keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunan ən böyük beynəlxalq platformalardan biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başa çatır. BMT-nin himayəsi altında keçirilən forumun dünyanın 182 ölkəsindən 40 mindən çox nümayəndəni bir araya gətirdiyi vurğulanıb.
Baş nazirin sözlərinə görə, forum çərçivəsində qlobal mənzil böhranı, şəhərlərin dayanıqlı inkişafı, iqlim davamlılığı və böhrandan sonrakı bərpa məsələləri də daxil olmaqla aktual qlobal çağırışlar müzakirə olunub.
Ə.Əsədov Azərbaycanın MDB ölkələri ilə iqtisadi-ticari əməkdaşlığının inkişafına xüsusi diqqət yetirib. Bildirilib ki, bu sahədə münasibətlər ardıcıl şəkildə möhkəmlənir və müsbət dinamika nümayiş etdirir. Xüsusilə qeyd olunub ki, 2025-ci ildə Azərbaycan ilə MDB-yə üzv dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 10 faizdən çox artıb.
Baş nazir eyni zamanda qarşılıqlı ticarətin, investisiya əməkdaşlığının daha da genişləndirilməsi və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu da vurğulayıb.
Ə.Əsədov Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərindən danışarkən qeyd edib ki, hazırda ölkədə sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sahəsi və iqtisadiyyatın yüksək texnologiyalar sektorları ardıcıl şəkildə inkişaf edir.
“Yaşıl” energetikanın inkişafının prioritet istiqamət olduğu ayrıca vurğulanıb. Baş nazirin sözlərinə görə, ölkədə bərpaolunan enerji mənbələri sahəsində həyata keçirilən irimiqyaslı layihələr təkcə ekoloji dayanıqlığın möhkəmləndirilməsinə deyil, həm də Azərbaycanın investisiya və ixrac potensialının genişlənməsinə xidmət edir.
Həmçinin oxuyun
Ə.Əsədovun sözlərinə görə, Qarabağ bölgəsinin bərpasına xüsusi diqqət yetirilir. Burada yaşıl enerji zonalarının yaradılması, müasir infrastruktur həllərinin, innovativ texnologiyaların, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ilə keyfiyyətli yeni dayanıqlı inkişaf modeli həyata keçirilir.
Baş nazir bildirib ki, artıq bu gün Qarabağ bölgəsi iqtisadi fəallıq, investisiya və dayanıqlı inkişaf üçün mühüm məkana çevrilir.
Çıxış zamanı Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən etibarlı nəqliyyat-logistika qovşağı kimi rolunu ardıcıl şəkildə gücləndirdiyi də qeyd olunub. İri miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkənin tranzit potensialının daha da genişlənməsinə və Avrasiya məkanında logistik bağlantının möhkəmlənməsinə töhfə verir.
Bundan başqa, Ə.Əsədov iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı artımın təmin olunmasına yönəlmiş genişmiqyaslı iqtisadi təşəbbüslərin həyata keçirilməsinin fəallaşdığını qeyd edib. Bununla əlaqədar bildirilib ki, 2025-ci ilin dekabrında texnologiya sektorunun, innovasiyaların və rəqəmsal transformasiyanın sürətlə inkişafını nəzərdə tutan Azərbaycanın 2026–2029-cu illər üzrə Rəqəmsal İqtisadiyyatın İnkişaf Strategiyası təsdiqlənib.
Baş nazir bildirib ki, həyata keçirilən təşəbbüslərin məcmusu qeyri-neft sektorunun dayanıqlı artımı və beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsi ilə yanaşı, texnologiyalara, infrastrukturun inkişafına və regional inteqrasiyaya əsaslanan yeni iqtisadi modelin formalaşmasına töhfə verir.
Ə.Əsədov çıxışının yekununda vurğulayıb ki, Azərbaycan Respublikası MDB çərçivəsində daim mehriban qonşuluq, qarşılıqlı hörmət və konstruktiv tərəfdaşlıq prinsiplərinə sadiq qalır.
Daha sonra hökumət başçıları iclası geniş tərkibdə davam etdiriblər. İclasın yekununda bir sıra sənədlər imzalanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mədəniyyət naziri Beyləqanda vətəndaşların müraciətlərini dinləyib
Mayın 22-də mədəniyyət naziri Adil Kərimli Beyləqan şəhərində vətəndaşların müraciətlərini dinləyib.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbuldan əvvəl nazir və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.Beyləqan rayon Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak ediblər. Sakinlərin müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq...
22 May 2026, 17:22
Mürsəl İbrahimov Biləsuvarda vətəndaşları qəbul edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov mayın 22-də Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Yardımlı şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.Dövlət Xidməindən Citypost.az-a verilən məlumata görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.Qəbulda 3 şəhid ailəsi və 3 müharibə iştirakçısı olmaqla 23 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər."Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini...
22 May 2026, 17:06
Bakı-Tbilisi-Bakı marşrutu üzrə neçə qatar olacaq?
Bakı–Tbilisi–Bakı qatar marşrutunun 6 illik fasilədən sonra bərpa edilməsi ətrafında çoxsaylı suallar yaranıb.Vətəndaşları maraqlandıarn suallardan biri bu marşrut üzrə neçə qatarın hərəkət edəcəyidir.Citypost.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”ndan (ADY) bildirilib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 2 qatar hərəkət edəcək.Qurum Bakı-Tbilisi qatarında minimal qiymətin (81 AZN) hansı yerlərə şamil olunduğuna da aydınlıq gətirib.“Səfər tarixindən 25–30 gün əvvəl yer seçimi mərhələsində yuxarı mərtəbə (2-ci mərtəbə) seçildikdə yataq yeri 81 AZN olaraq göstərilir.Məlumat üçün bildiririk ki, dinamik qiymət siyasətinə əsasən tələbatın yüksək olduğu günlərdə və səfər tarixinə yaxınlaşdıqca qiymətlər dəyişə bilər. Əvvəlcədən planlaşdırılmış səyahətlərdə isə daha münasib tariflərdən və endirim imkanlarından yararlanmaq mümkündür”,...
22 May 2026, 16:43
Əhliman Əmiraslanov Vedat Bilginlə görüşüb
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Türkiyə Respublikasının Ankara şəhərində keçirilən 11-ci iclası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, Ailə və Sosial İşlər komitəsinin sədri Vedat Bilginlə görüşüb.Citypost.az xəbər verir ki, görüşdə Komitə sədri Əhliman Əmiraslanov Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafında ölkə başçılarının xüsusi rolunu vurğulayıb. O bildirib ki, bu gün ölkələrimiz arasındakı siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-texniki, səhiyyə və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət...
22 May 2026, 16:35
Dilçilik İnstitutunda tələbələr üçün elmi seminarlar təşkil olunub
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsində 2026-cı ilin may ayında istehsalat təcrübəsi keçən Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin IV kurs tələbələri üçün müxtəlif mövzularda elmi seminarlar təşkil olunub.İnstitutdan Citypost.az-a bildirilib ki, seminarlarda Hind-Avropa dilləri şöbəsinin əməkdaşları aktual dilçilik mövzuları ilə bağlı məruzələrlə çıxış ediblər.Şöbə müdiri filologiya elmləri doktoru Lalə Qurbanova “Süni intellektin dillərə inteqrasiyası” mövzusunda çıxış edərək süni intellektin dilçilik sahəsinə təsirindən bəhs edib. O bildirib ki, son dövrlərdə dilçilikdə süni intellekt texnologiyalarından geniş istifadə olunur və bu istiqamətdə aparılan tədqiqatlar dilçilərin diqqət mərkəzindədir. Mövzu ətrafında tələbələrlə geniş fikir mübadiləsi aparılıb.Aparıcı elmi işçi dosent Gülşən Axundova “Koqnitiv linqvistika”...
22 May 2026, 16:30
BMT: Dünya Bakıdan verilən çağırışı eşitməlidir
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) səsləndirilən çağırışlar qlobal şəhər inkişafı gündəliyinin əsas istiqamətlərindən birinə çevrilməlidir.Citypost.az xəbər verir ki, bunu Bakıda WUF13-ün bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.Onun sözlərinə görə, forumda hökumət nümayəndələri, 88 nazir, 130 mer, yerli və regional idarəetmə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor rəhbərləri və icmalar bir əsas fikir ətrafında birləşiblər: mənzil siyasəti insanların rifahının mərkəzində dayanmalıdır.Rossbax bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə də inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulmasını nəzərdə tutan 11-ci məqsədə nail olmaq üçün mənzil məsələsi əsas alətlərdən biridir.UN-Habitat rəhbəri qeyd edib ki, Yeni Şəhər Gündəliyinin...
22 May 2026, 16:22