Diogo Jota'nın ailəsinə mirası ortaya çıxdı
İdman 08 İyul 2025, 22:14
5993
"Liverpul"un futbolçusu Dioqo Jota qardaşı ilə birlikdə avtomobil qəzası keçirdikdən sonra qardaşı Andre ilə birlikdə avtomobildə baş verən yanğında həyatını itirib.
CityPostaz xəbər verir ki,Dioqo Jotanın ölümündən sonra həyat yoldaşı və uşaqlarına qoyacağı miras üzə çıxıb.
Daily Mail-də yer alan xəbərə görə; Jota "Liverpul"a keçidinin ilk iki ilində 8,6 milyon funt-sterlinq qazanıb.
Portuqaliyalı oyunçu 2022-ci ildə yenilənən 5 illik müqavilədə ümumilikdə 21,8 milyon funt-sterlinq dəyərində müqavilə imzalayıb.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Bununla belə, 5 ili tamamlamadan dünyasını dəyişən ulduz futbolçunun ailəsinə qalan 14,5 milyon funt-sterlinq veriləcək.
Jota'nın ölümü ilə viran qalan həyat yoldaşı və uşaqları əmlak, investisiyalar və avtomobillərlə birlikdə performans bonusları və brend sövdələşmələrində 35 milyon funt sterlinqdən çox miras alacaqlar.
Nigar
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Moto” klubundan ayrılıb.Citypost.az xəbər verir ki, bu barədə Lyublin təmsilçisinin rəsmi saytı məlumat yayıb.26 yaşlı hücumçunun klubla müqaviləsinin müddəti bitib və o, azad agent kimi komandanı tərk edib.Mövsümün əvvəlində Polşanın digər klubu “Radomyak”dan “Motor”a keçən Renat burada 22 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
29 May 2026, 09:37
Azərbaycanın çimərlik güləşi millisi Avropa çempionu olub
Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilibCitypost.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, qitə birinciliyində millinin 4 üzvü fəxri kürsüyə qalxıb.60 kqA qrupunda Elcan Həsənov həmyerlimiz Əlirza Heybətliyə (2:1), serbiyalı Nikola Petroviçə (3:0) və yunanıstanlı İoannis Kesidisə (4:1), 1/4 finalda moldovalı Viktor Vdoviyə (3:0), yarımfinalda ukraynalı Denis Vitkoya (3:0) və finalda daha bir ukraynalı Kiril Naqirniyə (4:0) qalib gələrək Avropa çempionu olub.Əlirza Heybətli komanda yoldaşına uduzduqdan sonra yunanıstanlı İoannis Kesidislə (4:1) serbiyalı Nikola Petroviçi (3:0) üstələsə də, 1/4 finalda gürcüstanlı Tariel Saataşviliyə (1:3) uduzub.70 kqRəşad Əliyev A qrupunda serbiyalı Andrey Rayaçiçə (5:0), moldovalı Pavel Mavrodinə (3:1),...
28 May 2026, 09:18
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.Citypost.az-a mətbuat xidmətindən bildirilib ki, 21 yaşlı sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə bağlanıb.O, “3” nömrəli formanı geyinəcək.Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə "Neftçi" akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana ...
27 May 2026, 17:48
Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu reallaşacaq
Bu gün futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu baş tutacaq.Citypost.az xəbər verir ki, "Şimal" və "Qaradağ Lökbatan" arasında təşkil olunacaq həlledici görüş Şamaxı şəhər stadionunda reallaşacaq.Matç 16:00-da başlayacaq."Şimal" başa çatan mövsümdə I Liqanı 11-ci, "Qaradağ Lökbatan" isə II Liqanı 2-ci pillədə bitirib.
27 May 2026, 14:33
"Kəpəz" Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb
"Kəpəz" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.Citypost.az xəbər verir ki, bu barədə kluv məlumat yayıb."Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.Xatırladaq ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub. "Kəpəz" daha əvvəl Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.
27 May 2026, 13:16
"Şamaxı" futbolçusu Rüfət Abbasovla vidalaşdı
"Şamaxı" futbolçusu Rüfət Abbasovla yollarını ayırıb.Bu barədə Citypost.az-a klubdan məlumat verilib.21 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
26 May 2026, 09:41