Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu reallaşacaq
İdman 27 May 2026, 14:33
538
Bu gün futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu baş tutacaq.
Citypost.az xəbər verir ki, "Şimal" və "Qaradağ Lökbatan" arasında təşkil olunacaq həlledici görüş Şamaxı şəhər stadionunda reallaşacaq.
Matç 16:00-da başlayacaq.
Həmçinin oxuyun
"Şimal" başa çatan mövsümdə I Liqanı 11-ci, "Qaradağ Lökbatan" isə II Liqanı 2-ci pillədə bitirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Kəpəz" Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb
"Kəpəz" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.Citypost.az xəbər verir ki, bu barədə kluv məlumat yayıb."Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.Xatırladaq ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub. "Kəpəz" daha əvvəl Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.
27 May 2026, 13:16
"Şamaxı" futbolçusu Rüfət Abbasovla vidalaşdı
"Şamaxı" futbolçusu Rüfət Abbasovla yollarını ayırıb.Bu barədə Citypost.az-a klubdan məlumat verilib.21 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
26 May 2026, 09:41
Çüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Azərbaycan cüdoçuları Avstriyanın Qrats şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər.Azərbaycan Cüdo Federasiyasından Citypost.az-a verilən məlumata görə, mayın 30-dan 31-dək davam edəcək yarış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq.Ölkəmiz turnirdə 11 çəki dərəcəsində 26 cüdoçu (16 oğlan, 10 qız) ilə təmsil olunacaq. Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın böyük məşqçi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.Beynəlxalq turnirdə 34 ölkədən 676 idmançı (420 oğlan, 256 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu...
26 May 2026, 09:07
Kriştianu Ronaldunun kolleksiya kartı 1,35 milyon dollara satılıb
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun nadir kolleksiya kartı rekord məbləğə alıcı tapıb."Report" ESPN-ə istinadən xəbər verir ki, futbolçunun İtaliyanın "Yuventus" klubunda çıxış etdiyi dövrə aid olan eksklüziv "2018 Panini Kaboom" kartı hərracda 1,35 milyon dollara satılıb.Bu, indiyədək Ronaldunun kartları üçün ödənilən ən yüksək məbləğdir. Sözügedən satış həm də futbol kartları tarixində ikinci ən bahalı sövdələşmə kimi qeydə alınıb. Bu sahədə rekord 1,5 milyon dollara satılan Lionel Messinin debüt kartına məxsusdur. Əfsanəvi Pelenin kartı isə 1,33 milyon dollarla üçüncü ən bahalı əşya olub.Ronaldunun kartı üzrə əvvəlki rekord cəmi iki gün əvvəl, mayın 22-də qeydə alınmışdı. Həmin...
25 May 2026, 17:41
Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb
Premyer Liqada çıxış etmək uğrunda pley-off matçının təyinatları açıqlanıb.Peşəkar Futbol Liqasından Citypost.az-a verilən məlumata görə, həlledici görüşü Tural Qurbanov idarə edəcək. Ona Cəmil Quliyev, Asiman Əzizli və İnqilab Məmmədov kömək edəcəklər.VAR-da Rəvan Həmzəzadə, köməkçisi isə Teymur Teymurov olacaq.Mayın 28-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da reallaşacaq qarşılaşma saat 18:30-da başlayacaq.
25 May 2026, 16:56
"Araz-Naxçıvan" Əfran İsmayılovla yolları ayırıb
"Araz-Naxçıvan" klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb."Report" Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.Rəhbərlik onun müraciətini müsbət cavablandırıb. Ə.İsmayılov son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alıb.Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.
25 May 2026, 13:22